Məhkəmə qərarları › İş №3(001)-4324/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4324/2021

13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4324/2021 13.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızı, X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən qəbul edilmiş 24 iyun 2015-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın icrasına xitam verilməsinə dair müraciətinin baxılmağa hazırlanması zamanı, müəyyən etdim: X2 məhkəməyə müraciət edərək, barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən qəbul edilmiş 24 iyun 2015-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın icra etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İnzibati xəta haqqında materialın baxılmağa hazırlanması zamanı müraciəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X1 müraciətinə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Həmin Məcəllənin 145.1.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. Qeyd olunan qanunvericiliyin tələblərindən müəyyən olunur ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilmədikdə onun icrasına xitam verilməsi məsələsi yalnız həmin qərarı qəbul etmiş orqan tərəfindən həyata keçirilir və həmin normalar imperativ xarakter daşıyır. Göründüyü kimi, X2 inzibati qaydada tənbeh edilməsinə dair barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən qəbul edilmiş 24 iyun 2015-ci il tarixli qərarın qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilmədiyindən onun icrasına xitam verilməsini məhkəmədən xahiş etmiş olsa da, həmin məsələ məhkəmə tərəfindən deyil, qərarı qəbul etmiş orqan, yəni Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən həll olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən hesab edirəm ki, X1 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən qəbul edilmiş 24 iyun 2015-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın icrasına xitam verilməsinə dair müraciətinə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 145-ci maddəsini rəhbər tutaraq, qərara aldım: X1 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən qəbul edilmiş 24 iyun 2015-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın icrasına xitam verilməsinə dair müraciəti qaytarılsın. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar