Məhkəmə qərarları › İş №3(001)-4327/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4327/2021

13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4327/2021 13.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Zərər çəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1980-cı il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, xxxxxxx FİN-ə malik olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru izahat verərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-4268/2017 saylı, 20.09.2017-ci il tarixli icra vərəqəsinə əsasən N.C.Nəbiyevanın 05 may 2003-cü il tarixdə anadan olmuş uşağı X4, 09 oktyabr 2004-cü il tarixdə anadan olmuş uşağı X6, 29 avqust 2006-cı il tarixdə anadan olmuş uşağı Nurcan Nəbiyevanın, 22 yanvar 2008-ci il tarixdə anadan olmuş uşağı X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər bir uşaq üçün sabit pul məbləğində 75 manat məbləğində alimentin X2 verilməsi qeyd edilmişdir. İcra vərəqəsi üzrə hazırkı günə cəmi 6481 manat məbləğində borcu yaranmışdır. İcra vərəqəsinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq müəyyən ödənişlər etsə də, Şəxs borcun tam ödənilməsindən yayınmışdır. Ona görə də, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-4268/2021 saylı, 20.09.2017-ci il tarixli icra vərəqəsinə əsasən ondan X6, X3, X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində hər bir uşaq üçün 75 manat məbləğində alimentin tələbkara verilməsi qeyd edilmişdir. İcra vərəqəsi üzrə tələbkara hazırkı günə 6481 manat borcu vardır. O, sürücü işləməklə aylıq əmək haqqısı 500 manat təşkil edir. O, ikinci dəfə ailə həyatı qurub və 2-ci ailəsindən 3 uşağı vardır. Aldığı məvacib kifayət etmədiyindən borcunu tam şəkildə ödəyə bilmir. Lakin buna baxmayaraq hər ay 300 manat alimenti ödəyə bilir. Göstərilən icra sənədi üzrə Şamaxı rayon Məhkməsinin 13.03.2019-cu il tarixli hökmü ilə 1 il 6 ay islah işləri cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtarmışdır. Cəza çəkdiyi müddət ərzində də alimenti ödəməkdə davam etmişdir. Lakin, baş vermiş pandemiya dövründə işləyə bilməsə də alimenti az-az olsa da ödəmişdir. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil bildirmişdir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X8 izahat verərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-4268/2021 saylı, 20.09.2017-ci il tarixli icra vərəqəsinə əsasən X6, Nurcan Nəbiyevanın, X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər bir uşaq üçün sabit pul məbləğində hər bir uşaq üçün 75 manat məbləğində alimentin ona verilməsi qeyd edilmişdir. İcra vərəqəsi üzrə hazırkı günə cəmi 6481 manat məbləğində borcu yaranmışdır. Lakin Şəxs Şəki rayon Məhkəməsinin qeyd edilən qətnaməsini hazırki günə kimi tam icra etməmişdir. O, borcunu tam şəkildə tələb edir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə olunmuş: Şəki Rayon Məhkəməsinin 2(075)-4268/2021 saylı, 20.09.2017-ci il tarixli icra vərəqəsinə əsasən 05 may 2003-cu il tarixdə anadan olmuş uşağı X4, 09 oktyabr 2004-cü il tarixdə anadan olmuş uşağı X6, 29 avqust 2006-cı il tarixdə anadan olmuş uşağı Nurcan Nəbiyevanın, 22 yanvar 2008-ci il tarixdə anadan olmuş uşağı X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər bir uşaq üçün sabit pul məbləğində 75 manat məbləğində alimentin X2 verilməsi qeyd edilmişdir. Şəki rayon İcra və probasoya şöbəsinin icra məmuru Şamo Babayevin 19.01.2018ci il tarixli qərarının surətindən görünür ki, borclu Şəxs barəsində iş üzrə icraata başlanmışdır. 19.01.2018-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs icra sənədində göstərilən tələbin təmin edilməsi təklif olunur, göstərilən tələbin üzrsüz səbəbdən icra etmədəyi təqdirdə məcburi qaydada təmin ediləcəyi barədə xəbərdarlıq olunur. 13.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəki Rayon Məhkəməsinin 2(075)-4268/2021 saylı, 20.09.2017-ci il tarixli icra vərəqəsini icra etmədiyinə görə barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 02.07.2019-cu il tarixli qərardan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 4268/2021 saylı, 20.09.2017-ci il tarixli icra sənədi icra olunması üçün ərazi aidiyyatı üzrə Binəqədi rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Şamaxı rayon Məhkəməsinin 16.04.2018-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətinə inzibati həbs edilmişdir. Şamaxı rayon Məhkəməsinin 13.03.2019-cu il tarixli hökmdən görünür ki, Şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət törətməkdə təqsirli bilinmiş, aylıq qazancının 10 faizi dövlət gəlirləri tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Ödəniş qəbzlərindən görünür ki, Şəxs müvafiq məbləğlərdə ödənişlər etmişdir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin izahatlarını və vəkilin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib qeyd edilənlərə əsasən hesab edir ki, Şəxs əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsüf edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, icraata başlamaq haqqında qərar qəbul olunmasına, icra məmuru tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq, borclunun 6481 manat borcunun olması, borcunun indiyədək tam icra olunmaması, tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını, X9 şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar