Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-433/2024 06.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şikayət verən X1, Qərarından şikayət verilmiş Binəqədi RPİ-in X11 Şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, X1 Binəqədi RPİ-in X11 Şöbəsinin TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 məhkəməyə müraciət edərək, Binəqədi RPİ-in X11 Şöbəsinin TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini onunla əsaslandırmışdır ki, Binəqədi RPİ-in X11 Şöbəsinin TP ******* nömrəli xx.xx.2023-cü tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat cərimə edilmişdir. Həmin maddəyə görə məsuliyyət nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs üçün nəzərdə tutulmuşdur. Halbuki nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasından məlumatı olmamışdır. Bundan başqa inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın xx.xx.2023-cü ildə törədildiyi göstərilsə də, baş verdiyini qəbul etmədiyi yol-nəqliyyat hadisəsi xx.xx.2023-cü ildə olmuşdur. Belə ki, məhz həmin tarixdə vətəndaş X7 ona yaxınlaşaraq bildirmişdir ki, guya o, idarə etdiyi “Chevrolet Cobalt LTZ minik” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun avtomobilini sürtmüşdür. Göründüyü kimi iddia olunan inzibati xətanın tarixi də düzgün müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Binəqədi RPİ-in X11 Şöbəsinin nümayəndəsi X6 şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: TP ******* nömrəli xx.xx.2023-cü il tarixli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, Binəqədi RPİ-in X11 Şöbəsinin rəisi polis mayoru V.Q.Qələndərov “Chevrolet Cobalt LTZ minik” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsi ilə təqsirli bililib 200 (iki yüz) manat cərimə edilməsi barədə qərar qəbul etmişdir ondan ötrü ki, A.Y.Balaoğlanov xx.xx.2023cü ildə Binəqədi rayonu 6-cı mkr., S.Məmmədova küçəsində “Chevrolet Cobalt LTZ minik” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda idarə etmişdir. X3 bildirir ki, baş verdiyini qəbul etmədiyi yol-nəqliyyat hadisəsi xx.xx.2023-cü ildə olsa da, TP ******* nömrəli xx.xx.2023-cü il tarixli İnzibati Tənbeh vermə haqqında Qərarda inzibati xətanın xx.xx.2023-cü ildə törədildiyi göstərilmişdir. Qərarından şikayət verilmiş Binəqədi RPİ-in X11 Şöbəsinin nümayəndəsi X6 bildirir ki, yol-nəqliyyat hadisəsi TP ******* nömrəli xx.xx.2023-cü il tarixli İnzibati Tənbeh vermə haqqında Qərarda göstərildiyi kimi xx.xx.2023-cü ildə törədilmişdir. Binəqədi RPİ-in X11 Şöbəsindən məhkəməyə təqdim edilmiş İnzibati araşdırma materialında olan vətəndaş X4 izahatından görünür ki, onun öz xətti ilə yazdığı izahatında bir neçə yerdə yol-nəqliyyat hadisəsinin günü ilə bağlı qeydlərinə düzəlişlər edilmiş, hadisənin günü 06 kimi göstərilmişdir. Göründüyü kimi şikayət verən inzibati xətanın törədildiyi vaxtın düzgünlüyünü mübahisələndirir, bununla bağlı bitərəf sübut kimi qəbul edilə biləcək şəxsin - X4 yazılı izahatında isə məhz yol-nəqliyyat hadisəsinin günü ilə bağlı qeydlər hissəsinə bir neçə yerdə düzəlişlər edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir:.. 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti. 115.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir:. 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xətanın törədildiyi vaxt mötəbər sübutlarla təsdiq olunmursa və mübahisəli olaraq qalırsa, belə qərar qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də səlahiyyətli orqan işə yenidən baxarkən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin, bundan əlavə “Təhlükəsiz şəhər” kameralarının arxivləşdirdiyi məlumatlardan istifadə etməklə inzibati xətanın törədildiyi vaxtı dəqiq müəyyən etməli, belə məlumatlar qeydə alınmadığı halda isə yol-nəqliyyat hadisəsinin iştirakçısı olan vətəndaş X5 dəvət edərək, təkrar izahatını almalı, xx.xx.2023-cü il tarixli izahatında yol-nəqliyyat hadisəsinin günü ilə bağlı qeydlər hissəsinə bir neçə yerdə düzəlişlər etməsinin səbəblərini araşdırmalı, nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Binəqədi RPİ-in X11 Şöbəsinin TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında baxılmaq üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Binəqədi RPİ-in X11 Şöbəsinin TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş baxılmaq üçün yuxarı səlahiyyətli orqana - Binəqədi RPİ-in X11 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-433/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-433/2024
06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver