Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4341/2021 14.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızı, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-nin polis sahə inspektoru, polis mayoru Yusifov Etibar tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədləri baxılmağa hazırlayarkən müəyyən etdim: Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-nin polis sahə inspektoru, polis mayoru Yusifov Etibar tərəfindən 13 dekabr 2021-ci il tarixli, MN 0962120, 13 dekabr 2021-ci il tarixli, MN 0962121, 13 dekabr 2021-ci il tarixli, MN 0962118, 13 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materialları təhlil olunarkən müəyyən etdim ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-nin polis sahə inspektoru, polis mayoru Yusifov Etibar tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar düzgün tərtib olunmamışdır. Ona görə də, həmin protokolları və onlara əlavə edilmiş iş materialları geri qaytarılmalıdır. Binəqədi rayon Məhkəməsinin 3(001)-4329/2021 saylı, 13.12.2021-ci il tarixli qərardadına əsasən tərtib olunmuş inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardadda göstərilən nöqsanlar aradan qaldırılmadan yenidən qeyd edilən inzibati xəta haqqında protokollar baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki, protokolları tərtib edən şəxs inzibati iş üzrə icraatı natamam şəkildə apararaq işi məhkəməyə təqdim etmişdir. Polis bölməsində aparılan inzibati icraat zamanı sahə inspektoru zərərçəkmiş şəxslərin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olub-olmamasını, onunla barışıb-barışmamasını, həmçinin dəymiş zərərin aradan qaldırılıb-qaldırılmamasını müəyyən etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Bu səbəbdən qeyd edilən hallar mütləq aydınlaşdırılmalıdır. 13 dekabr 2021-ci il tarixli, MN 0962120, 13 dekabr 2021-ci il tarixli, MN 0962121, 13 dekabr 2021-ci il tarixli, MN 0962118, 13 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən izahat cox səthi alınmış, işin halları hərtərəfli araşdırılmamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, protokollara talanmış əşyaların dəyərinin müəyyən edilməsinə dair ekspert (mütəxəssis) rəyi (talanmış əşyaların ekspertə təqdim olunması mümkün olmadıqda eyni növ əşyanın hazırki bazar dəyəri barədə mütəxəssis arayışı) əlavə edilməmişdir. Həmin sübutlar təqdim edilmədən, yəni dəymiş zərər barədə ekspert (mütəxəssis) rəyi təqdim edilmədən törədilmiş əməlin inzibati xəta tərkibi və ya cinayət tərkibi yaratmasını müəyyən etmək mümkün deyildir. Göründüyü kimi yuxarıda qeyd edilən hallar araşdırılmadan şəxs barəsində inzibati icraat başlanmışdır. İşin mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmamışdır. Qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokol İXM-in tələblərinə uyğun tərtib olunmadığından və iş üzrə zəruri araşdırma aparılmadığından məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolların geri qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunan hallara əsasən hesab edirəm ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş 13 dekabr 2021-ci il tarixli, MN 0962120, 13 dekabr 2021-ci il tarixli, MN 0962121, 13 dekabr 2021-ci il tarixli, MN 0962118, 13 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar və əlavə edilmiş sənədlər Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 7-ciı Polis Bölməsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 106 və 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş 13 dekabr 2021-ci il tarixli, MN 0962120, 13 dekabr 2021-ci il tarixli, MN 0962121, 13 dekabr 2021-ci il tarixli, MN 0962118, 13 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar və əlavə edilmiş sənədlər Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə geri qaytarılsın. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-4341/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4341/2021
14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver