Məhkəmə qərarları › İş №3(001)-4360/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4360/2021

14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4360/2021 14.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X2 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə. xx.xx.1980-ci il tarixdə Beyləqan rayonunun Yeni Mil qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, fərdi əməklə məşğul olan (maşın ustası), Beyləqan rayonu, Yeni Mil qəsəbəsi ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Biləcəri qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 206 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 12 dekabr 2021-ci il tarixdə saat 18.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda işlədiyi avtotəmir sexində nəşə çəkmiş və həmçinin 13 dekabr 2021-ci il tarixdə saat 16.00 radələrində Bakı şəhəri, Sulutəpə qəsəbəsi ərazisində avtomobillə hərəkət edərkən yol patrul xidməti əməkdaşları tərəfindən sənədlərin yoxlanması üçün saxlanılması tələb olunsa da avtomobili saxlamış, lakin avtomobilin sənədlərini DYP əməkdaşına təqdim etməkdən imtina etmiş, onunla və orya çağrılan digər polis əməkdaşları ilə mübahisə etmiş, beləliklə də polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə rəisi, polis leytenantı X4 tərəfindən 14 dekabr 2021-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs çıxış edərək, təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və himayəsində 2 azyaşlı övladının olmasını nəzərə alaraq barəsində mümkün qədər yüngül inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi X5 hüquqlarını müdafiə etdiyi şəxs Şəxs təqsirini etiraf etməsini və səmimi peşmançılığını və himayəsində 2 azyaşlı övladının olmasını nəzərə alaraq, barəsində mümkün qədər yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə rəisi, polis leytenantı X4 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 12 dekabr 2021-ci il tarixdə saat 18.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda işlədiyi avtotəmir sexində nəşə çəkmiş və həmçinin 13 dekabr 2021-ci il tarixdə saat 16.00 radələrində Bakı şəhəri, Sulutəpə qəsəbəsi ərazisində avtomobillə hərəkət edərkən yol patrul xidməti əməkdaşları tərəfindən sənədlərin yoxlanması üçün saxlanılması tələb olunsa da avtomobili saxlamış, lakin avtomobilin sənədlərini DYP əməkdaşına təqdim etməkdən imtina etmiş, onunla və orya çağrılan digər polis əməkdaşları ilə mübahisə etmiş, beləliklə də polisin qanuni tələbinə tabe olmamışdır.Buna görə də, məhkəmədən inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə inzibati protokolu tərtib etmiş vəzifəli şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və onun müdafiəçisini dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs inzibati qaydada cəzalanmaldır. Belə ki, Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmçinin, İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrindən müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 206 və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsini və səmimi peşmançılığı, himayəsində 2 azyaşlı övladının olması cəzanı yüngülləşdirən haldır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat ararılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun cəzasını yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 206 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan minimum həddə həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinsin o, 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada tutulmasının əvvəli, Şəxs inzibati qaydada tutulduğu tarixdən, yəni 13 dekabr 2021-ci il tarixdən, saat 17:10-dan hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar