Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4366/2023 07.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 iştirakı ilə, X2 Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli 00100/02357 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli 00100/02357 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 2014,46 manat cərimə edilmişdir. Qərardan narazı qalan X3 məhkəməyə şikayət vermiş, Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli 00100/02357 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini onunla əsaslandırmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq xx.xx.2020-ci ildə Əfqanıstan Respublikasına əridilmiş piy məhsulu ixrac etmiş və həmin tarixdə **********5263 nömrəli gömrük bəyannaməsi tərtib edilmişdir. Bəyannamədə göstərilən malın invoys dəyəri 2633,28 ABŞ təşkil etmişdir. İİR-na tətbiq olunan sanksiyalarla əlaqədar göstərilən məbləğin bank hesabına köçürülməsi mümkün olmasa da, həmin məbləğ 180 gün ərzində tam olaraq nağd şəkildə ona çatdırılmışdır. Məbləğ ona çatdırıldıqdan sonra onu banka köçürməkdə çətinlik çəkmiş, bununla bağlı dəfələrlə gömrük işçilərinə müraciət etsə, nəticəsi olmamışdır. xx.xx.2023-cü ildə Bakı Baş Gömrük idarəsinin Təhqiqat şöbəsinə dəvət olunmuşdur. Orada ona məbləğin bank hesabına köçürülməsi üçün 2023-cü ilin sentyabr ayının sonuna kimi möhlət vermişlər. Möhlətlə bağlı Bakı Baş Gömrük İdarəsinə ərizə də təqdim etmişdir. xx.xx.2023-cü ildə bank vasitəsilə **********5263 bəyannamə nömrəsində göstərilən 2633,28 ABŞ dolları vəsait bank hesabına köçürülmüşdür. Bununla əlaqadar Bakı Baş Gömrük İdarəsinə məlumat vermişdir. Məsələnin həll edilməsinə baxmayaraq xx.xx.2023-cü ildə barəsində İnzibati xəta haqqında Protokol tərtib edilməklə xx.xx.2023-cü ildə İnzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2014,46 manat məbləğində cərimə edilmişdir. Qərarı qanunsuz və əsassız hesab edir. Odur ki, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərardan şikayətə Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023cü il tarixli 00100/02357 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli 00100/02357 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 2014,46 manat cərimə edilmişdir ondan ötrü ki, Əfqanıstan Respublikasında fəaliyyət göstərən şirkətlə bağladığı xx.xx.2019-cu il tarixli 01/19 nömrəli müqaviləyə əsasən Bakı Baş Gömrük İdarəsində xx.xx.2017-ci ildən xx.xx.2023-cü ilədək rəsmiləşdirilən xx.xx.2020-ci il tarixli **********5263 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb malları Azərbaycan Respublikasından kənara ixrac etmiş, lakin qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 2633.28 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına malların ixrac edildiyi gündən 180 gün ərzində məcburi qaydada köçürülməli olduğu halda köçürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Qaydaların 15.1-ci bəndinə uyğun olaraq, şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Beləliklə, işin təsvir edilmiş mübahisəsiz hallarından və qanunun sadalanmış normalarının tələblərindən göründüyü kimi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X1 yolu ilə Azərbaycan Respublikasından kənara xx.xx.2020-ci ildə ixrac etdiyi malların müqabilində əldə edilmiş 2633.28 ABŞ dolları məbləğində pul vəsaitini onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesaba köçürülməsini təmin etməmiş, bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar olmasa da, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud olmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin müddətin keçməsinə görə məsuliyyətdən azad etməni nəzərdə tutan 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Dairəsi həmin maddədə müəyyən edilmiş bəzi inzibati xətaların, o cümlədən gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə isə bu müddət bir il təşkil edir. Göründüyü kimi, inzibati tənbehin tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlbetmə müddəti ilə şərtləndirilmişdir. Baxılan işdə malların bəyan olunduğu gündən (xx.xx.2020) 180 gün sonra, yəni xx.xx.2020-ci ildə inzibati xəta hadisəsi baş vermişdir və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 bu inzibati xətaya görə ən geci 29 iyul 2021-ci ilədək məsuliyyətə cəlb edilə bilərdi. Bakı Baş Gömrük İdarəsində 2023-cü ildə işə baxılarkən həmin müddət ötmüşdü. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsində müddətlərin uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanmalı olması nəzərdə tutulsa da, nəzərə alınmalıdır ki, inzibati məsuliyyətə cəlb etmə müddətləri şəxsin inzibati məsuliyyətdən azad edilməsinə əsas verən və inzibati xətanın törədildiyi gündən hesablanan müddətlərdir. Törədilmiş inzibati xəta ilə həmin inzibati xətaya görə şəxsin məsuliyyətə cəlb edilməsi arasında müddət nə qədər çox uzanarsa, şəxsin tənbeh edilməsi də bir o qədər lüzumsuz olur və tənbeh istər xüsusi, istərsə də ümumi xəbərdarlıq baxımından əhəmiyyətini itirir. Bu mənada inzibati xətanın vaxtında aşkara çıxarılması və təqsirli şəxsin məsuliyyət məsələsinin müddət ötmədən həlli səlahiyyətli orqanların vəzifəsi idi. Lakin Bakı Baş Gömrük İdarəsi bu məqamı nəzərə almamış, müddət ötdükdən sonra şəxsin inzibati tənbeh edilməsinə dair qanunsuz qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:....53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X2 Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli 00100/02357 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli 00100/02357 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin qərar əsasında X2 Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə 2014,46 manat cərimə edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-4366/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4366/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver