Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4372/2020 21.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X8 iclas katibliyi, Protokolu tərtib etmiş orqan Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Müdafiəçi Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, hal-hazırda subay, işləməyən, ünvan 1 mənzil 24 ünvanında qeydiyyatda olan, ünvan 2 mənzil 10 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bəxtiyar İsmayılov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Bəxtiyar İsmayılov borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx xxxxxxx 2020-ci il tarixli protokola əsasən məlum olur ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-7791/2019 saylı icra sənədinə əsasən Şəxs X7, X3 və X5 18 yaşa çatanadək saxlanmaları üçün hər ay 240 manat aliment tutularaq X4 xeyrinə ödənilməsi müəyyən edilmişdir.Lakin borcuya müvafiq qaydada icra məmuru tərəfindən icra sənədinin könüllü ödəməsi barədə bildiriş göndərilməsinə baxmayaraq borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılov bildirdi ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-7791/2019 saylı icra sənədinə əsasən Şəxs X7, X3 və X5 18 yaşa çatanadək saxlanmaları üçün hər ay 240 manat aliment tutularaq X4 xeyrinə ödənilməsi müəyyən edilmişdir.Lakin borcuya müvafiq qaydada icra məmuru tərəfindən icra sənədinin könüllü ödəməsi barədə bildiriş göndərilməsinə baxmayaraq borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir.Buna görə də, protokolda göstərilənləri nəzərə alaraq borclu Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 7791/2019 saylı icra sənədinə əsasən ondan - X7, X3 və X5 18 yaşa çatanadək saxlanmaları üçün hər ay 240 manat aliment tutularaq X4 xeyrinə ödənilməsi müəyyən edilmişdir.O, uşaqların atasının yanına verilməsi barədə qərarla razı deyil və həmin qərardan yuxarı məhkəməyə şikayət vermişdir.Həmçinin, onun daimi iş yeri və maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir.O, borcunu ödəməkdən qərəzli olaraq yayınmamışdır.Buna görə də, o, qadın olmasını,daimi iş yeri və maddi imkanın olmamasını, təqsirini etiraf etdiyini, əməlindən peşman olmasını və gələcəkdə aliment borcunu ödəyəcəyini nəzərə alaraq inzibati qaydada ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X10 hüquqlarını müdafiə etdiyi Şəxs qadın olmasın,daimi iş yeri və maddi imkanın olmamasını, təqsirini etiraf etdiyini, əməlindən peşman olmasını və gələcəkdə aliment borcunu ödəyəcəyini nəzərə alaraq inzibati qaydada ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən tələbkar X9 bildirdi ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-7791/2019 saylı icra sənədinə əsasən Şəxs X7, X3 və X5 18 yaşa çatanadək saxlanmaları üçün hər ay 240 manat aliment tutularaq X4 xeyrinə ödənilməsi müəyyən edilmişdir. Lakin borcuya müvafiq qaydada icra məmuru tərəfindən icra sənədinin könüllü ödəməsi barədə bildiriş göndərilməsinə baxmayaraq icra sənədini üzürsüz səbəbdən icra etməmişdir.Buna görə də, protokolda göstərilənləri nəzərə alaraq borclu Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, müdafiəçinin və tələbkarın çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Hesab edirəm ki, icra sənədi üzürsüz səbəbdən qəsdən icra olunmadığından və icra sənədinin icra edilməməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri sübuta yetirildiyindən, o, inzibati qaydada cəzalandırılmalı, lakin Şəxs qadın olması, şəxsiyyəti, maddi vəziyyəti, təqsini etiraf etməsi, əməlindən peşman olması və gələcəkdə aliment borcunu ödəmək istədiyini nəzərə alınaraq o, inzibati qaydada cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 500 (beş yüz ) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Binəqədi Rayon Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-4372/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4372/2020
21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver