Məhkəmə qərarları › İş №3(001)-4372/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4372/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4372/2023 30.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, Binəqədi rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 09 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Binəqədi rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində 09 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. İş materiallarından görünür ki, Şəxs yaşayış yeri Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsidir. Belə olan halda, Binəqədi rayon Polis İdarəsi sözügedən inzibati xəta haqqında protokolla Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə deyil, aidiyyətı üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət etməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Həmin Məcəllənin 109.1 və 109.1.7-ci maddələrinin tələbinə görə əgər işə baxılması hakimin səlahiyyətinə aid deyildirsə inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sözügedən inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə təqdim edilsə də, həmin işə baxılması Binəqədi rayon Məhkəməsi hakiminin səlahiyyətinə aid deyil. Beləliklə də, təsvir olunanlarla əsasən məhkəmə hesab edir ki, Binəqədi rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 09 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokola baxılması Binəqədi rayon məhkəməsi hakiminin səlahiyyətinə aid olmadığından baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Binəqədi rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 09 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilsin. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar