Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4376/2021 16.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızı, Şikayət vermiş şəxs X1 BDYPİ-nə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol- Patrul Xidməti inspektoru polis baş serjantı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: BDYPİ-nə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol-Patrul Xidməti inspektoru polis baş serjantı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından X4 oğlu tərəfindən verilmiş şikayət üzrə inzibati material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə icraatına daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 126.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Eyni zamanda qeyd edilməlidir ki, X2 ünvanlandığı şikayətdə BDYPİ-nə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol-Patrul Xidməti inspektoru polis baş serjantı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı rəsmi qaydada nə vaxt almasını göstərməmiş və iş materiallarına mübahisələndirilən qərarı nə vaxt almasını təsdiq edən sənəd əlavə etməmişdir. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, X4 oğlunun BDYPİ-nə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol-Patrul Xidməti inspektoru polis baş serjantı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-132-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 BDYPİ-nə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol-Patrul Xidməti inspektoru polis baş serjantı X3 tərəfindən qəbul edilmiş 02.11.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-4376/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4376/2021
16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver