Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4379/2021 16.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, 11.04.1986-cı il tarixdə Ağsu rayonu, Çaparlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağsu rayonu, Çaparlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Güzdək qəsəbəsi, yeni tikilidə yaşayan, xxxxxxx FİN-ə malik olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş 16.12.2021-ci il tarixli, MN 0444328- 3087 nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 izahat verərək bildirmişdir ki, 13.12.2021-ci il tarixdə 00:15 radələrində yol patrul xidməti əməkdaşı efir vasitəsi ilə onun qanuni tələblərinə tabe olmayan bir nəfər vətəndaşın olduğunu bildirmişdir. Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati ərazisində xidmət aparan polis əməkdaşları Binəqədi rayonu, Binəqədi şossesi, döngə 1-in qarşısına gələrək həmin şəxsi Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Bölmədə onun xx.xx.1986-cı təvəllüdlü Şəxs olduğu müəyyən edilərək izahatı alınmış və barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən X3 inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, 13.12.2021-ci ildə qohumu X1 məxsus Binəqədi şossesi döngə 1 də yerləşən evinə qonaq getmiş, Elşənlə birlikdə yeyib-içdikdən sonra şəxsi avtomobilinə əyləşərək yaşadığı evə gedərkən yol polisi onu saxlamışdır. O, həmin zaman sərxoş vəziyyətdə olduğundan avtomobili ara məhləyə sürmüş və avtomobili saxlamışdır. Bu zaman yol polis əməkdaları ona yaxınlaşaraq iradlarını bildirmiş və sənədlərin istəmişdilər. Bu zaman qohumu Elşən də hadisə yerinə gəlmiş və YPX əməkdaşları ilə aralarında sözlü mübahisə yaranmışdır. Bundan sonra polis əməkdaşları onu bölməyə dəvət etmiş, o da sərxoş vəziyyətdə olduğu üçün polis əməkdaşlarının qanuni tələbindən imtina etmiş və onlarla mübahisə etmişdir. Bundan sonra polis əməkdaşları onu bölməyə aparmış və barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib etmişdir. Əməlindən peşmandır və məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən peşman olmasının nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı Həsənov Elxan Amil oğlu bildirmişdir ki, 13.12.2021-ci il tarixdə 6-cı PB-nin ərazisində xidmətdə olduqları zaman saat 00:10 radələrində **-YP-*** nömrəli çağrışlı avtopatrulda xidmət apararkən VAZ 2106 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşının işıq cihazından istifadə etmədiyi üçün saxla əmri verdikdə avtomaşın anidən sürəti artıraraq ara məhlələrinə birinə dönmüş, bir qədər sonra yol dalan olduğuna görə avtomaşını məcburi saxlamışdır. O, düşüb sürücüyə yaxınlaşmaq istədikdə maşından iki nəfər düşüb uca səslə onlara qarşı nalayıq ifadələr işlətmişlər. Dəfələrlə xəbərdarlıq etsələrdə həmin şəxslər tabesizlik edib onlara müqavimət göstərmişlər. Bundan sonra o, dərhal ərazidə xidmətdə olan PPXB-nin 6466 çağrışlı avtopatrulunu və ** YP *** çağrışlı patrul maşınlarını hadisə yerinə çağırmışlar. Həmin vaxt kənardan özünü sürücünün yeznəsi kimi təqdim edən Elşən adlı şəxs onlara nalayıq ifadələr işlədərək müqavimət göstərmişdir. Onlar sürücünü və Elşən adlı şəxsi 6-cı PB-nə aparmışlar. Hər iki şəxsdən kəskin spirt qoxusu gəldiyinə görə onları müayinədən keçirdib şərxoş olduqlarını müəyyən etmişlər. Məhkəmə iclasında şahid Binəqədi RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X6 bildirmişdir ki, 13.12.2021-ci il tarixdə 6-cı PB-nin ərazisində xidmətdə olduqları zaman saat 00:10 radələrində **-YP-*** nömrəli çağrışlı avtopatrulda xidmət apararkən VAZ 2106 **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşının işıq cihazından istifadə etmədiyi üçün saxla əmri verdikdə avtomaşın anidən sürəti artıraraq ara məhlələrinə birinə dönmüş, bir qədər sonra yol dalan olduğuna görə avtomaşını məcburi saxlamışdır. Onlar düşüb sürücüyə yaxınlaşmaq istədikdə maşından iki nəfər düşüb uca səslə onlara qarşı nalayıq ifadələr işlətmişlər. Dəfələrlə xəbərdarlıq etsələrdə onlar tabesizlik edib onlara müqavimət göstərmişlər. Bundan sonra onlar dərhal ərazidə xidmətdə olan PPXB-nin 6466 çağrışlı avtopatrulunu və ** YP *** çağrışlı patrul maşınlarını hadisə yerinə çağırmışlar. Həmin vaxt kənardan özünü sürücünün yeznəsi kimi təqdim edən Elşən adlı şəxs onlara nalayıq ifadələr işlədərək müqavimət göstərmişdir. Onlar sürücünü və Elşən adlı şəxsi 6-cı PB-nə aparmışlar. Hər iki şəxsdən kəskin spirt qoxusu gəldiyinə görə onları müayinədən keçirdib şərxoş olduqlarını müəyyən etmişdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 13.12.2021-ci il tarixli raportdan görünür ki, Şəxs polisin qanuni tələblərinə cavab vermədiyi üçün 6-cı Polis Bölməsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. 16.12.2021-ci il tarixli, AZA 009541 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16.12.2021-ci il tarixdə, saat 10:40-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. 16.12.2021-ci il tarixli, MN 0444328-3087 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13.12.2021-ci il tarixdə polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİ-nin 6-cı PB tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Şəxs əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işi materiallarını araşdırıb müəyyən etmişdir ki, Vəkil dövlət hesabına məhkumun müdafiəçisi qismində məhkəmə iclasında iştirak edərək məhkumun hüquqlarının müdafiəsinə 3 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 3 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Şəxs göstərdiyi 03 (üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 (on səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-4379/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4379/2021
16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver