Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-438/2021 07.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Səbail rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs barəsində İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş 25.05.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli, 3(001)-438/2021 nömrəli qərarı ilə Şəxs İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Şəxs tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli, 3(001)-438/2021 nömrəli qərarından verilmiş apellyasiya şikayəti əsasında inzibati xəta haqqında iş materialı baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16.04.2021-ci il tarixli, 3(103)-863/2021 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli, 3(001)- 438/2021 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, proses iştirakçıları məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: DİN-nin DYP portal çıxarışından və SS628687872 AZ kodlu Bakı şəhəri Səbail rayon Polis İdarəsi DYPŞ tərəfindən Şəxsnə ünvanlanmış sorğunun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, Şəxsnə mülkiyyətində olan “Ford Cargo” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 21.12.2019-cu il tarixdə idarə edərək İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş fiziki şəxs barədə məlumat verilməsinin xahiş olunmasına dair Bakı şəhər Binəqədi RPİnin DYPŞ tərəfindən 24.01.2021-ci il tarixdə sorğu verilmiş və həmin sorğu Əliyeva soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. 25.05.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs tərəfindən 24.01.2021-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumat verilmədiyindən barəsində İXM-in 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 12.12.2017-ci il tarixli 17-AİS-047 nömrəli müqavilədən görünür ki, Şəxs balansında olan “Ford Cargo” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobil «4 N X1» Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmişdir. 27.01.2020-ci il tarixli sorğuya cavab məktubdan görünür ki, Şəxs tərəfindən Bakı şəhəri Səbail rayon Polis İdarəsi DYPŞ-nə 12.12.2017-ci il tarixli 17-AİS-047 nömrəli müqavilə ilə “Ford Cargo” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin «4 N X1» Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilməsi barədə məlumat verilməklə 24.01.2020-ci il tarixdə cəmiyyətə daxil olmuş sorğuya cavab ünvanlanmışdır. Məhkəmə, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, “Ford Cargo” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 21.12.2019-cu il tarixdə idarə edərək İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, lakin həmin xəta törədilən zaman qeyd edilən avtomobil Şəxs balansında olmasına baxmayaraq, «4 N X1» Məhdud Məsuliyyətli Cəmiyyətində icarədə olmuşdur. Həmin hal iş materiallarında olan icarə müqaviləsi və ona əlavələrlə öz təsdiqini tapır. Bundan başqa 24.01.2020-ci il tarixdə Şəxsnə sorğu daxil olsa da, cəmiyyət tərəfindən 27.01.2020-ci il tarixdə Bakı şəhəri Səbail rayon Polis İdarəsi DYPŞ-nə “Ford Cargo” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin «4 N X1» Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilməsinə dair sübut göndərilmişdir. Qeyd olunanlar Şəxs əməlində İXM-in 347-ci maddəsinin tərkib əlamətlərinin olmasını istisna edir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə Şəxs əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Dövlət X2 tərəfindən tərtib olunmuş 25.05.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Dövlət X2 tərəfindən tərtib olunmuş 25.05.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-438/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-438/2021
07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver