Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4391/2021 20.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X5 Zəzərçəkmiş şəxs X4 iştirakı ilə xx.xx.1970-ci ildə Jdanov rayonunun Mil qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmayan, Beyləqan rayonu, Mil qəsəbə Ə/D, Mil qəsəbəsi ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, X10 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru, polis kapitanı X6 tərəfindən 20.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün materiallarla birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X11 izahat verərək bildirmişdir ki, Şəxs 28.09.2020-ci il tarixdə saat 14 radələrində Binəqədi rayonu Çiçək qəsəbəsində su xətti çəkmək adı ilə X2 150 manat pul alaraq onun aldatmışdır. X1 müraciəti əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından 09.12.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tədbir görüıməsi üçün qərarın surəti 40-cı PB-nə təqdim edilmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, hazırda əməlindən peşmandır və barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs şikayətinin olduğunu8 və ona vurulmuş maddi ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olsa da, hazırkı mərhələdə məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 09.12.2021-ci il tarixli qərardaddan görünür ki, Şəxs əməlində İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olduğundan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar müvafiq tədbirlər görülməsi üçün 40-cı PB-nə təqdim edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 09.12.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə X4 Binəqədi RPİ-nin 40-cı PB-nə müraciət etməsi faktı əsasında toplanmış material üzrə hadisəni törətmiş şəxsin əməlində cinayət tərkibi olmadığından, həmin fakta görə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 20.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs barəsində X4 ərizəsi əsasında Bİnəqədi RPİ-nin 40-cı PB-də araşdırma aparılmış və 09.12.2021-ci il tarixdə Şəxs əməlində cinayət tərkibi olmadığından, həmin fakta görə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, inzibati xətanın aşkar olunduğu gündən, yəni 28.09.2020-ci il tarixdən cinayət işinin başlanması rədd edildiyi 09.12.2021-ci il ttarixədək 01 ildən artıq müddət keçmişdir. Ona görə də məhkəmə, Şəxs barəsində inzibati tənbeh təyin edilməsi üçün müddətin keçməsi qənaətinə gəlmişdir. Belə ki, İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-in 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara və qanunun tələblərinə əsasən məhkəmə hesab edir ki, hazırda inzibati tənbeh tətbiq edilməsi üçün İXM-in 38.3-cü maddəsində nəzərdə tutulmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildikdən 3 aylıq müddət keçdiyindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam veriləcəyindən onun həbsdə saxlanılmasına zərurət olmadığı üçün o, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 48-53, 61, 105.1, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. İnzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edilməsi üçün müddət keçdiyindən iş üzrə icraata xitam verilsin. Qərarın icrası Şəxs həbsdən azad edilməsi hissəsində Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə həvalə edilsin və dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-4391/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4391/2021
20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver