Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-44/2024 05.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs (borclu) “Gündelik.baku.com” internet Saytının təsisçisi, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X9 borclu “Gündelik.baku.com” internet Saytının təsisçisi, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-870/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən “Gündelik.baku.com” internet saytında Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı vəzivəsində işləyən X4 barəsində dərc edilmiş yazılarda “...qadın sahibkardan 10 000 manat pul tələb etməsi, vermədiyi üçün onu döydürməsi”, “...tənqidi məqalələr yazan jurnalisti həbs etdirməsi”, “...yoxlama zamanı 50 milyon vəsaitin təyinatına uyğun olmayaraq xərclədiyini ortaya çıxması”, “Rafil Hüseynov İ Qarabağ müharibəsində şəhid olmuş Əli Talıbovun şəhidlik statusunu ləğv etmək üçün bütün dövlət qurumlarına müraciət edir” və “Şəhid ailəsinə torpaq vermək istəməyən icra başçısı Rafil Hüseynov imtina etmək üçün şəhid Əli Talıbovun şəhidlik statusunu ləğv etmək qərarına gəlib” kimi məlumatların yalan məlumatlar olması müəyyən edilməsi, saytdan iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 150 manat dövlət nəfinə tutulması xx.xx.2021-ci il tarixdə saytda “Ağcabədinin icra başçısı X7 şəhidinin statusunu ləğv etdirmək istəyir – şəhidin həyat yoldaşı dövlət qurumlarından kömək istəyir” başlıqlı məqalədə istifadə edilmiş “...qadın sahibkardan 10000 manat pul tələb etməsi, vermədiyi üçün onu döydürməsi”, “...tənqidi məqalələr yazan jurnalisti həbs etdirməsi”, “...yoxlama zamanı 50 milyon vəsaitin təyinatına uyğun olmayaraq xərclədiyini ortaya çıxması”, “Rafil Hüseynov İ Qarabağ müharibəsində şəhid olmuş Əli Talıbovun şəhidlik statusunu ləğv etmək üçün bütün dövlət qurumlarına müraciət edir” və “Şəhid ailəsinə torpaq vermək istəməyən icra başçısı Rafil Hüseynov imtina etmək üçün şəhid Əli Talıbovun şəhidlik statusunu ləğv etmək qərarına gəlib” yazılarında bildirilən həqiqətə uyğun (doğru0 olmayan məlumatlar X1 işgüzar nüfuzunu ləkələyən məlumatları hüsab edilməsi, cavabdeh “Gündelik.baku.com” internet saytının üzərinə həmin məlumatların həqiətə uyğun olmaması barədə hazırki mülki iş üzrə qəbul olunmuş yekun məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra 1 ay ərzində, həmin şriftlə, “Təkzib” başlığı altında, mətnində heç bir dəyişiklik edilmədən təkzib verməsi vəzifəsi qoyması, təkzibin mətninin təkzib edilən məlumatın həcmindən iki dəfədən çox olmaması qət edilmişdir. Lakin “Gündelik.baku.com” internet saytı tərəfindən icra sənədi icra edilməmişdir.Buna görə də, icra məmuru tərəfindən “Gündelik.baku.com” internet saytının rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. İcra məmuruna, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs (borclu) “Gündelik.baku.com” internet Saytının təsisçisi, vəzifəli şəxs Şəxs və tələbkar X2 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs (borclu) “Gündelik.baku.com” internet Saytının təsisçisi, vəzifəli şəxs Şəxs, tələbkar və icra məmuru məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər.Buna görə də, məhkəmə icra məmuru, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin və tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, “Gündelik.baku.com” internet Saytının təsisçisi, vəzifəli şəxs Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Məhkəmə inzibati protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, “Gündelik.baku.com” internet Saytının təsisçisi, vəzifəli şəxs Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-870/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən “Gündelik.baku.com” internet saytında Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı vəzivəsində işləyən X4 barəsində dərc edilmiş yazılarda “...qadın sahibkardan 10000 manat pul tələb etməsi, vermədiyi üçün onu döydürməsi”, “...tənqidi məqalələr yazan jurnalisti həbs etdirməsi”, “...yoxlama zamanı 50 milyon vəsaitin təyinatına uyğun olmayaraq xərclədiyini ortaya çıxması”, “Rafil Hüseynov İ Qarabağ müharibəsində şəhid olmuş Əli Talıbovun şəhidlik statusunu ləğv etmək üçün bütün dövlət qurumlarına müraciət edir” və “Şəhid ailəsinə torpaq vermək istəməyən icra başçısı Rafil Hüseynov imtina etmək üçün şəhid Əli Talıbovun şəhidlik statusunu ləğv etmək qərarına gəlib” kimi məlumatların yalan məlumatlar olması müəyyən edilməsi, saytdan iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 150 manat dövlət nəfinə tutulması xx.xx.2021-ci il tarixdə saytda “Ağcabədinin icra başçısı X7 şəhidinin statusunu ləğv etdirmək istəyir – şəhidin həyat yoldaşı dövlət qurumlarından kömək istəyir” başlıqlı məqalədə istifadə edilmiş “...qadın sahibkardan 10000 manat pul tələb etməsi, vermədiyi üçün onu döydürməsi”, “...tənqidi məqalələr yazan jurnalisti həbs etdirməsi”, “...yoxlama zamanı 50 milyon vəsaitin təyinatına uyğun olmayaraq xərclədiyini ortaya çıxması”, “Rafil Hüseynov İ Qarabağ müharibəsində şəhid olmuş Əli Talıbovun şəhidlik statusunu ləğv etmək üçün bütün dövlət qurumlarına müraciət edir” və “Şəhid ailəsinə torpaq vermək istəməyən icra başçısı Rafil Hüseynov imtina etmək üçün şəhid Əli Talıbovun şəhidlik statusunu ləğv etmək qərarına gəlib” yazılarında bildirilən həqiqətə uyğun (doğru0 olmayan məlumatlar X1 işgüzar nüfuzunu ləkələyən məlumatları hüsab edilməsi, cavabdeh “Gündelik.baku.com” internet saytının üzərinə həmin məlumatların həqiətə uyğun olmaması barədə hazırki mülki iş üzrə qəbul olunmuş yekun məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra 1 ay ərzində, həmin şriftlə, “Təkzib” başlığı altında, mətnində heç bir dəyişiklik edilmədən təkzib verməsi vəzifəsi qoyması, təkzibin mətninin təkzib edilən məlumatın həcmindən iki dəfədən çox olmaması qət edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Hesab edirəm ki, icra sənədi üzürsüz səbəbdən uzun müddət icra olunmadığından və icra sənədinin icra edilməməsində “Gündelik.baku.com” internet Saytının təsisçisi, vəzifəli şəxs Şəxs təqsiri sübuta yetirildiyindən, o, inzibati qaydada cəzalandırılmalı, lakin “Gündelik.baku.com” internet saytının təsisçisi, vəzifəli şəxs Şəxs şəxsiyyəti, ailə və maddi vəziyyəti nəzərə alınaraq o, minimum həddə inzibati qaydada cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Gündelik.baku.com” internet saytının təsisçisi, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 1 200 (bir min iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilvasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-44/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-44/2024
05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver