Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4403/2024 06.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X6 iclas katibliyi, X1, Qərarından şikayət verilən orqanın nümayəndəsi X7 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyü tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyü tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* tarixli inzibati xəta haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayət olunla əsaslandırılmışdır ki, o, 21,06.2024-cü il tarixində idarə etdiyi **-BM- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Respublika X20indən çıxıb şəhərə doğru hərəkət edərkən daxil olduğu Xırdalan dairəsindəki nəqliyyat vasitələrinin hərəkətinə manə olmasa da lakin, Ekologiya postu kimi tanınan postun serjantı nəqliyyat vasitəsini saxlayaraq qayda pozuntusu olduğunu qeyd edərək ona İnzibati protokol tərtib etdi. Məsələ ilə bağlı polis serjantının sürücü ilə kobud rəftarı bir yana eyni zamanda bir vətəndaş olaraq ona tərtib olunmuş bu protokoldan şikayətini birbaşa Binəqədi Rayon Məhkəməsinə ünvanlanması isə hadisənin bu rayon ərazisində qeydə alınması ilə bağlıdır və məhkəmə iclaslarında şəxsən iştirak edərək qarşı tərəfin iclasda iştirakını şəxsən istəyir ki, cavabdeh şəxsin ona deyə biləcəyi fikirləri hər hansı bir hüquqşünas tərəfindən icra olunması Polis serjantının sürücü ilə ünsiyyəti demək deyil. Dəfələrlə DYP əməkdaşlarının hərəkətlərindən X19 Eyvazova ünvanlasa da amma bununla bağlı heç bir tənbeh tələbi seçilməmişdir. Yenidən Məhkəmə zallarına göndərilən hüquqşünasın fikirləri Məhkəmə hakimləri tərəfindən əsas gətirilərək vətəndaş hüquqlarının tapdalanması ilə sonlandırılmışdır. Bir Azərbaycan Respublikasının vətəndaşı olaraq xahişi odur ki, ona tərtib olunmuş TP 656587 protokolunun ləğvinə dair qərar çıxarılsın. Qərar xx.xx.2024-cü il tarixində 11.23 radələrində Xırdalan şəhəri Şəfiqə Əfəndizadə küçəsi ilə hərəkətdə olduğu zaman Xırdalan dairəsində dairəvi zolağa daxil olmaq və zolaq boyu qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmadan zolağa daxil olaraq yoluna davam etməli olduğu bir halda ona saxla əmri verən Polis X3 göstərdiyi kamera görüntüsü zamanı stop nişanının tələbini pozmaqla hərəkət zolağında saxlamağını bildirmiş bununla da onun dediyinə baxsaq yolayrıcına daxil olma qaydasını pozmuş hesab olunur. Lakin, qeyd edir ki, yolayrıcına daxil olma qaydasının pozulması X8 müvafiq qaydaları ilə tənzimlənməlidir. Yəni, X8 75, 76 və 77-ci maddələrinin alt bəndləri ilə tənzimləndikdən sonra qayda pozuntusu İnzibati Xətalar haqqında qanunla cəriməsi tətbiq olunur. Amma bizim qanunlar isə Yol Polislərinə verilmiş səlahiyyətlərlə və istədikləri qanunu bildi ya bilmədi ilə tənzimlənməsi eyni zamanda vətəndaşla kobud davranmaqla protokolu qüvvədə saxlayıb vətəndaş haqqlarını tapdalayır bilirlər ki, onlardan üst səviyyədə olan aidiyyatı qurumlar da onların tərəfindən çıxış edib vətəndaşın haqqını qorumur. Bu baxımdan da hər tin başında dayanıb sürücüyə cərimə protokolu tərtib edir. O bildirmişdir ki, yol ayrıcına daxil olmaqdan bu cərimə protokolunda söhbət gedə bilməz. X8 42-ci maddəsinin 1-ci bəndində bu barədə dəqiqlikə göstərilib ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Əgər serjantın qeyd etdiyinə baxsaq cərimə protokolu stop xəttini keçməyə görə cərimə balı olmadan X8 müvafiq maddəsi ilə 40 AZN olmalıdır. O haldaki, dairəvi zolağa daxil olan zaman ya 2.5 nişanı ı Stop nişanı) və ya onu yerdə 1.12 nişanı əvəz edərək dairəvi zolağa daxil olan sürücü məsuliyyəti ondan ibarətdir ki, dayanmadan keçmək qadağandır tələbinə əməl olunmalıdır. Amma, bu yol ayrıcında dairəvi zolağa daxil olmaqla yoldakı hərəkəti davam etdirməkdən söhbət gedirsə burda üstünlük dairəvi zolağa daxil olan nəqliyyat vasitəsinin hərəkəti ilə tənzimlənməlidir və ya Yolda YPX əməkdaşının iştirakı ilə yola daxil olan nəqliyyat vasitəsinin bir hissəsinin saxlanması və digərinə yol vermə qaydası ilə həyata keçirilir. O da yol ayrıcına daxil olan zaman heç bir yol nəqliyyat vasitəsinin qarşısını kəsmədən yoluna davam edirsə burda dairəvi zolağa daxil olan onun nəqliyyat vasitəsidir ki, burda da üstünlük onda olur. İkinci məsələ isə odur ki, dairəvi zolaqda yol ayrıcı haqqında heç bir termindən söhbət gedə bilməz. Yolayrıcı — yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir; Bu cür yollar iki tərəfli hərəkətdə olan işıqforun hər iki tərəfə yaşıl işıq olması ilə yol ayrıcına daxil olan sürücü qarşı tərəfin nəqliyyat vasitəsinə yol verməklə yoluna davam etməsi hesab olunur. Onu qeyd etmək istəyir ki, bu dairəvi zolaqla Xırdalan dairəsinə daxil olub Sumqayıt şəhəri istiqamətində yolunu davam etdirən Yol Patrul maşını YP 750-nin də kameralarda hərəkətini görmək olur. Burda o, əgər yol ayrıcına daxil olan nəqliyyat vasitələrinə maneə yaratmış olsaydı o zaman onun hərəkəti haqqında inzibati tənbeh vermə protokolu həmin YPX əməkdaşı tərəfindən ola bilərdi. O irad bildirmədiyi halda Ekoloji postun əməkdaşının prinsipcə haqqında 102 məlumat mərkəzinə şikayətindən sonra protokol yazması qanuna ziddir. Haqqında qeyd etdiyi YPX əməkdaşının davranış etikasında olan məsələyə də aydınlıq gətirilməsi üçün X18 X17 da şəxsən şikayət etmişdir. Belə Polis məmurlarının olması ümumiyyətlə bizim qanunların nəyinki bərpası heç onların heç bir hüquqi müstəvidə həlli demək deyil deyə bildirmişdir. Məsələnin daha ciddi müstəvidə baxılaraq onun barəsində tərtib olunmuş qanunsuz TP ******* protokoluna xitam verilməsinə və üzərində olan inzibati Xətalar ilə verilmiş 327.2-ci maddəsini ləğvinə köməklik edilməsini və ləğv olunmuş qərarın xitamı barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında iştirak edərək şikayətin məzmununa uyğun izahat vermiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* tarixli inzibati xəta haqqında qərarının ləğv olunmasını və icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X10 etirazında bildirmişdir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Şikayət formal olaraq verilmiş, X16 qaydalar "Kia Niro (hibrid) minik" markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən pozulmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən: xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, X5 idarə etdiyi "Kia Niro (hibrid) minik" markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə AR İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. Nəticədə 80 manat mələğində cərimə edilmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi inzibati xətalar haqqında işlər üzrə icraata başlanılmaması və başlanmış icraata xitam verilməsinin əsaslarını müəyyən edir. İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. X8 42-ci maddəsinin İ bəndinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 42-ci maddəsinin X bəndinə görə yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Həmin Qanunun 77-ci maddəsinin İ bəndinə görə eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı inzibati orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən inzibati xəta hadisəsinin video görüntüsünə baxış keçirilən zaman müəyyən edilmişdir ki, "Kia Niro (hibrid) minik" markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan zaman dairədə hərəkət edən soldan gələn nəqliyyat vasitəsinin sürücüsünə yol verməmiş, onun hərəkətinə maneə yaratmışdır. Göründüyü kimi X5 tərəfindən AR İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş yolayrıcını keçmə qaydaları pozulmuş və bununla da inzibati xəta hadisəsi törədilmiş və əsaslı olaraq barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. İnzibati xəta hadisəsinin mövcudluğu məhkəmə araşdırması zamanı iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, formal əsaslar inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğvi üçün əsas ola bilməz. Məhkəmə xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri ictimai mənəviyyatı, ictimai qaydanı və ictimai təhlükəsizliyi, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İstər fiziki və hüquqi şəxslər, istərsə də inzibati orqanlar tərəfindən inzibati xətaların qarşısının alınması istiqamətində bütün tədbirlər həyata keçirilməli və heç biri qanunun onlara verdiyi imkanlardan sui-istifadə etməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyü tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* tarixli inzibati qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-4403/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4403/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver