Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4416/2023 30.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, F.Ağazadə küçəsi, ev 10 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X6 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanının qarşısında tikiliyə qeyriqanuni qapı-pəncərə açılması ilə əlaqədar Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin işçilərinə öz vəzifələrini yerinə yetirən zaman vətəndaşlarla icra hakimiyyəti nümayəndələri arasında mübahisə yaşanmışdır. Polis əməkdaşları hadisə yerinə gedərək söküntü işləri aparan ərazinin mühafiəzisini təmin etmiş və vətəndaşlara söküntü işlərinin qanuni olmasını, müdaxilə etmənin yolverilməz olmasını bildirərək, oradan uzaqlaşmalarını tələb etmişdirlər. Şəxs həmin zaman polis tələbinə məhəl qoymamış, tabesizlik göstərmişdir. Odur ki, sonuncu barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq raport əsasında protokol tərtib etdiyini, hadisənin bilavasitə şahidi olmadığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirmişdir ki, özünü təqsirli bilmir, beləki o hər hansı bir şəkildə tabesizlik törətməmişdir. O, söküntü işləri gedən yerə yıxılan qadına kömək etmək üçün oraya getmişdir. Söküntü işlərinin həyata keçirilməsi ilə bağlı icra hakimiyyəti nümayəndələrinin fəaliyyətinə hər hansı bir şəkildə müdaxil etməmişdir. Polis əməkdaşları ilə ümumiyyətlə mübahisə yaşamamışdır. Odur ki, məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X3 izahatında bildirmişdir ki, ünvan 2 ünvanının qarşısında tikiliyə qeyri-qanuni qapı-pəncərə açılmışdır. xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən qeyri-qanuni tikilinin söküntüsü həyata keçirilən zaman, vətəndaşlar onların fəaliyyətinə müdaxilə etmişdirlər. Həmin zaman onlar hadisə yerinə getmişdirlər. Vətəndaşlara söküntü işlərinin qanuni olmasını, müdaxilə etmənin yolverilməz olmasını bildirmiş və uzaqlaşmalarını tələb etmişdirlər. Söküntü işləri davam edən zaman bir nəfər qadın özündən gedərək yıxılmışdır. Bundan sonra vətəndaşlarla sözlü-mübahisə yaranmış, Şəxs tabesizlik göstərmişdir. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq Şəxs söküntünün həyata keçirilməsinin qarşısını almaq üçün hər hansı bir müdaxilə etmədiyini bildirmişdir. Şəxs polisin hansı qanuni tələbinə tabe olmadığını, onun tabesizlik göstərməsinin nədə ifadə olunmasını isə əsaslandıra bilməmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X1 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanının qarşısında tikiliyə qeyri-qanuni tikilinin söküntüsü zamanı Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin fəaliyyətinə vətəndaşlar tərəfindən müdaxilə edilmişdir. Həmin zaman onlar hadisə yerinə getmişdirlər. Vətəndaşlara söküntü işlərinin qanuni olmasını, müdaxilə etmənin yolverilməz olmasını bildirmiş və uzaqlaşmalarını tələb etmişdirlər. Söküntü işləri davam edən zaman bir nəfər qadın özündən gedərək yıxılmışdır. Bundan sonra vətəndaşlarla sözlü-mübahisə yaranmış, Şəxs tabesizlik göstərmişdir. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq Şəxs söküntünün həyata keçirilməsinin qarşısını almaq üçün hər hansı bir müdaxilə etmədiyini bildirmişdir. Şəxs polisin hansı qanuni tələbinə tabe olmadığını, onun tabesizlik göstərməsinin nədə ifadə olunmasını isə əsaslandıra bilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. AZA seriyalı, 019122 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə olan inzibati protokol əsassız olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə tərəfindən inzibati xəta haqqında protokol, iş materialları və tərəflərin izahatları əlaqəli şəkildə tədqiq edilərək müəyyən edilmişdir ki, Şəxs polis əməkdaşlarına hər hansı tabesizlik göstərməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci. maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN ******* saylı protokolda Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inxibati xətanı törətməsi qeyd edilsə də, protokolda onun polis əməkdaşlarının hansı qanuni tələblərinə əməl etməməsi, onun tabesizliyinin nədə ifadə olunması göstərilməmiş, məhkəməyə bunları təsdiq edəcək hər hansı video görüntü və ya digər sübut təqdim edilməmişdir. Qeyd edilən protokolda şəxsin İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinin nə ilə təsdiq edildiyi göstərilməmiş, lakin şəxs izahatında polis əməkdaşının qanuni tələblərinə əməl etdiyini, tabesizlik göstərmədiyini bildirmişdir. Protokol tərtib edilərkən Şəxs tabesizliyinin nə olduğu araşdırılmamış, sadəcə ümumi cümlələrlə qanuni tələbə tabe olmayaraq tabesizlik göstərildiyi qeyd edilmişdir. Halbuki, protokol tərtib etmiş şəxsin hansı hərəkətləri ilə inzibati xəta törətməsi ətraflı qeyd edilməli, onun həmin inzibati xətanı törətməsi protokolu tərtib etmiş şəxs tərəfindən sübut edilməlidir. İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 535.1-ci maddəsinin dispozisiyasında polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edilmişdir. Hazırki halda isə polis əməkdaşları tərəfindən vətəndaş Şəxs yönələn hər hansı bir qanuni tələb olmamışdır. Belə ki, sonuncu xx.xx.2023-cü il tarixdə aparılan söküntü işlərinə hər hansı bir şəkildə müdaxilə etməmiş, polis əməkdaşlarının hər hansı qanuni tələbinə tabesizlik göstərməmişdir. Hadisə zamanı yıxılan qonşu qadına kömək göstərmək məqsədi ilə söküntü aparılan yerə yaxınlaşmışdır. Bununla da məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4416/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4416/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver