Məhkəmə qərarları › İş №3(001)-4419/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4419/2023

01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4419/2023 01.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Fərdi qaydada fəaliyyət göstərən Vəkil Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı müəyyən etdim: Fərdi qaydada fəaliyyət göstərən Vəkil Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəmənin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, fərdi qaydada fəaliyyət göstərən Vəkil tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 65.6-cı maddəsinə əsasən vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən orderlə təsdiq edilir. Nümayəndənin səlahiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Alamdarlou Moharram İXM-nin 575.1.6-cı maddəsi ilə təqsirli bilinərək, ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla 400 manat məbləğində cərimə edilmişdir. Belə olan halda sözügedən qərardan şikayət İXM-nin tələbləri nəzərə alınmaqla Alamdarlou Moharramin özü tərəfindən və yaxud müdafiəçisi ya da nümayəndəsi tərəfindən verilə bilər. Hazırki iş üzrə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ərizəsini fərdi qaydada fəaliyyət göstərən Vəkil etibarnamə üzrə nümayəndə olduğunu qeyd edərək imzalamışdır. Halbuki, inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq nümayəndənin səlahiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Hazırkı şikayətə 2 ədəd etibarnamə əlavə edilmişdir. Lakin həmin etibarnamələrdən biri Türkiyə Respublikasında tərtib edilmiş, lakin apostol olunmamışdır. xx.xx.2023-cü il tarixli etibarnamənin isə əsli məhkəməyə təqdim olunmadığından, sadəcə müddətin bərpası barədə verilmiş ərizədə vəkil tərəfindən həmin etibarnamənin orginallığına şübhə edilmədiyi üçün məhkəməyə müraciət edilməsi göstərildiyindən, həqiqətən nümayəndənin həmin etibarnamə üzrə səlahiyyətli şəxs olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin inzibati tənbeh vermə haqqında qərardan müdafiəçi tərəfindən şikayət verilməsi də qanunvericilikdə nəzərdə tutulmuşdur. Vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən orderlə təsdiq edilir. Şikayətə əlavə edilmiş vəkil orderində həmin tapşırılığın yerinə yetirildiyi təşkilat kimi “Bakı İnzibati Məhkəməsi” göstərilmişdir. Odur ki, fərdi qaydada fəaliyyət göstərən Vəkil Alamdarlou Moharram barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət vermək səlahiyyəti də mövcud deyildir. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, Vəkil Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Fərdi qaydada fəaliyyət göstərən Vəkil Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar