Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4422/2023 13.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, X7 Xidmətinin Bakı şəhər İdarəsinin böyük məsləhətçisi X3 iştirakı ilə, X8 X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarının ləğvinə dair şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət və X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarının ləğvinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində direktor vəzifəsini icra edir. Azərbaycan Respublikasının X7 Xidmətinin Bakı Şəhər İdarəsi xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cii maddəsinə əsasən mənə inzibati tənbeh tətbiq edilmiş və 1400 (bir min dörd yüz) manat məbləğində cərimə olunmuşdur. Barəsində tərtib edilmiş elektron qərardan o bu gün Daxili İşlər Nazirliyinin elektron portalından təsadüfən istifadə etdiyi vaxt məlumatı olmuşdur. Barəsində tərtib edilmiş elektron qərardan qanunda nəzərdə tutulduğu halda nə sms şəkildə xəbərdarlıq almış, nə də İnzibati Xətalar Məcəlləsinin 125.4-cü maddəsində nəzərdə tutulduğu şəkildə onun ünvanına kağız daşıyıcıda surəti göndərilmişdir. Qeyd olunan xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarı və xx.xx.2021-ci il tarixli MN ******* nömrəli protokolu tamamilə əsassızdır və qanunvericiliyə, elecə də işin faktiki hallarına zidd olaraq tərtib edilmişdir. Bildirik ki, hazırda cəmiyyətin keçmiş işçisi X4 ərizəsində qeyd etdiyi inzibati xəta tərkibinin yaranmasına səbəb ola biləcək hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasi Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən X5 xx.xx.2023cü il tarxli 250005/22 nömrəli İnkasso Sərəncamına əsasaən son haqq hesab ödənilmişdir. Budan əlavə qeyd etmək istəyir ki, şirkətin işçisi olan Şefket Tufana əmək haqları ödənilmişdir. Məhkəmə iclasında iştirak edən X7 Xidmətinin Bakı şəhər İdarəsinin böyük məsləhətçisi X6 çıxış edərək bildirmişdir ki, sözügedən məsələyə mahiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmış və xx.xx.2021-ci il tarixli qərar ilə "xxxx" QSC-nin direktoru X8 X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməmişdir. Göstərilənlərə əsasən şikayət ərizəsinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbehvermə haqqında qərardan şikayət vermiş şəxs X11na rəsmi qaydada məlumat verilməsinə, eyni zamanda elektron məhkəmə informasiya sistemi vasitəsi ilə istifadəsində olan mobil telefon nömrəsinə “sms bildiriş” göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir üzrlü səbəb təqdim etməmişdir. Məhkəmə iclasının inzibati tənbehvermə haqqında qərardan şikayət vermiş şəxsin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin prosessual müddətin bərpa edilməsinə dair vəsatətini və şikayət ərizəsini inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş sənədlərlə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, X11 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 İXM-in 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 1400 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1510/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, "xxxx" QSC-nin direktoru X8 X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməmişdir. Göründüyü kimi, X1nun mübahisələndirdiyi X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı onun tərəfindən daha öncə məhkəmə qaydasında mübahisələndirilmiş və mahiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılaraq "xxxx" QSC-nin direktoru X8 X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Sözügedən işə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan hazırki şiayət ərizəsinə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Bu səbəbdən, X8 X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 106-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət, verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-4422/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4422/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver