Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4432/2024 05.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X6 bildirmişdir ki, X4 Daxili İşlər Nazirliyinin təqdim etdiyi siyahı üzrə Qarabağ və X10 zonalarında işləyən şəxslər üçün portala daxil edilmiş icazə ilə bağlı siyahı təqdim edilmişdir. Həmin siyahıda əmək müqaviləsi bağlanmamış şəxslər qeyd edilmişdir. Belə ki, bəzi şəxslər barəsində işçi kimi şirkətlər tərəfindən icazə alınsa da, həmin şəxslərlə əmək müqaviləsi bağlanmamışdır. Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iki nəfər şəxs - X7 və X9 ilə əmək müqavilə bağlanmadan işlərə cəlb olunmuşlar. X9 ilə bağlı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X7 ilə bağlı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək portalda icazə alınmışdır. Lakin həmin şəxslərin əmək müqaviləsi elektron sistemdə aşkar edilməmişdir. Həmin şəxslər əmək müqaviləsi olmadan Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən işğaldan azad olunmuş ərazilərdə işlərə cəlb edilmişlər. Bununla əlaqədar olaraq protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Ona görə də, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, o, qeyd edilən inzibati işlə bağlı aparılan icraatda iştirak etmişdir. İnzibati icraat zamanı onlara başqa bir siyahı təqdim edilmişdir. Onlar aktı və tərtib edilmiş aktı imzalamaqdan imtina etmişlər. Belə ki, X7 xx.xx.2024-cü il tarixdə Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. X9 xx.xx.2024-cü il tarixdə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. X9 ilə bağlı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək portalda icazə alınmışdır. Ümumiyyətlə şəxs barəsində əmək müqaviləsi olmadan icazə portalına işçi kimi daxil edilməsi mümkün deyil. Şəxs Qapalı Səhmdar Cəmiyyəti Elm və Təhsil Nazirliyinin sifarişi əsasında Zəngilan rayonunda məktəb tikintisini həyat keçirdir. X7 xx.xx.2024-cü il tarixdə işə götürülmüş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək portalda barəsində icazə alınmışdır. Həmin şəxslərlə əmək müqaviləsi bağlandıqdan sonra portalda barələrində icazə alınmışdır. Portala həmin şəxslərin adlarının daxil edilməsi və ya çıxarılması ilə Şəxs Qapalı Səhmdar Cəmiyyətinin heç bir səlahiyyəti yoxdur. Bir qayda olaraq QSC işçilərlə bağlı məlumatı sifarişçi quruma bildirir, həmin qurum da öz növbəsinə məlumatı portala daxil edir. Qeyd edilən şəxslərin işdən çıxarılması ilə bağlı məlumat verilmiş, lakin həmin şəxslərin adlarının hansı səbəbdən hələ də portalda qalması ilə bağlı məlumatları yoxdur. Odur ki, qeyd edilənlərə əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin əməlində İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X7 xx.xx.2024cü il tarixdə Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. X1 Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. X9 ilə bağlı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X7 ilə bağlı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "icaze.e-gov.az” portalı vasitəsilə icazə alınmışdır. X7 və X9 ilə bağlanmış əmək müqavilələrinə xitam verilsə də, həmin şəxslərin adları portalda qaldığına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən inzibati xəta üzrə işlə bağlı düzgün araşdırma aparılmadan Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində əsassız halda İXM-in 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Qapalı Səhmdar Cəmiyyətinin əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Qapalı Səhmdar Cəmiyyətinin əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4432/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4432/2024
05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver