Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4437/2024 18.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, İdrisli Jalə Qalib qızının katibliyi, Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin inspektoru X5, X1 iştirakı ilə, Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin inspektoru X8 tərəfindən barəsində 30 may 2024-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Protokol ona görə tərtib edilmişdir ki, guya o, buraxılış kartı olmadan avtomobil idarə etmişdir. Həmin protokol əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. Sözügedən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X6 şikayətinin mahiyyətinə uyğun çıxış edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin xx.xx.2024-cii il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 01 avqust 2024-cü il tarixli iclasında Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin aparıcı məsləhətçisi X11 şikayətin dəlillərinə münasibət bildirərək bildirmişdir ki, vətəndaşın özünün də qeyd etdiyi kimi bu açıq şəkildə yükdaşıma fəaliyyətinə aiddir. Bununla bağlı həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı mövcuddur. Bundan əlavə, “Avtomobil nəqliyyatı haqqında” qanunun 13-cü maddəsində qeyd olunub ki, ölkədaxili sifarişli daşımalar həyata keçirən hər bir fərdi sahibkar X3 buraxılış vəsiqəsi və buraxılış kartı almalıdır. Sifarişli daşımalara taksi fəaliyyəti istisna olmaqla ölkədaxili və qeyri-müntəzəm yükdaşımalar aiddir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin inspektoru X10 çıxış edərək, şikayətin təmin edilməməsi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin xx.xx.2024-cii il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X6 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, "xxxx" MMC hüquqi şəxs kimi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur və şirkətə məxsus olan yükləri özünə məxsus avtomobillərlə müxtəlif yerlərə çatdırılmasını təmin edir. Bununla əlaqədar X2 kimi işə götürülmüş və “X17” markalı **-LV-*** nömrəli nəqliyyat vasitəsinə görə ona etibarnamə verilmişdir. Göründüyü kimi fərdi sahibkar X9 daşınma müqaviləsi və ya digər əsaslarla haqq müqabilində yük daşımalarını həyata keçirmir, o istifadəsində olan yük avtomobili ilə özünə məxsus yükü daşıyan fərdi sahibkardır. X6 isə əmək müqaviləsi əsasında onun işçisidir. Qeyd edilən səbəbdən də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yüklərin şirkətin işçisi X6 tərəfindən idarə edilən “X17” markalı avtomobillə daşıması zamanı buraxılış kartı alınmasına ehtiyac yoxdur və həmin məsələyə görə X4 əməllərində Azərbaycan Respublikası İXM-in 324.4-cü maddəsinin tərkibi yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 324-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti daşıyıcı statusuna məxsus olan şəxslər ola bilər. İndiki halda şəxs əmək müqaviləsi əsasında işlədiyi şəxsin yükünü daşıdığı üçün onun daşıyıcı statusu yoxdur. Azərbaycan Respublikası İXM-in 324.1-ci maddəsinə əsasən buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə - vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən buraxılış kartı olmadan yük və qeyrimüntəzəm sərnişin daşınmasına görə - əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-4437/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4437/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver