Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4437/2025 02.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi ilə Şəxs (MMC) barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş 10 iyun 2025-ci il tarixli, EP ******* nömrəli “inzibati xəta haqqında protokol”a açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXMnin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 10 iyun 2025-ci il tarixli, EP ******* nömrəli “inzibati xəta haqqında protokol” baxılması üçün əlavə sənədlərlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən 216968 ABŞ dolları məbləğində vəsait bank basitəsilə 02 may 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutara, habelə qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 216968 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 03 may 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Protokol baxılması üçün icraata qəbul edilmiş, məhkəmə baxışı iclası təyin edilmiş, lakin sonradan müəyyən edilmişdir ki, protokolda göstərilən əsaslarla Mərkəzi Bank tərəfindən Şəxs MMC barəsində 12 iyun 2025-ci il tarixli, EP ******* nömrəli protokol da tərtib edilərək, baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmiş, həmin iş 3(001)-4496/2025 sıra nömrəsi ilə qeydə alınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iş məhkəmənin icraatında olan 3(001)-4496/2025 saylı işə birləşdirilməklə, bir icraatda baxılmalıdır. Belə ki, İXM-nin 34.2-ci maddəsinə əsasən, səxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 10 iyun 2025-ci il tarixli, EP ******* nömrəli protokol üzrə qeydə alınmış 3(001)-4437/2025 sıra nömrəli iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 3(001)-4496/2025 sıra nömrəli işə birləşdirilməklə, bir icraatda baxılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-4437/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4437/2025
02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver