Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4442/2025 03.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Firmasının nümayəndəsi X2 iştirakı ilə, Şəxs Firması barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs Firması barəsində İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* (00100-01510/25) nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmçinin inzibati xəta haqqında protokola əsasən Şəxs Firması tərəfindən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda X4nin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməmişdir. Nəticədə Şəxs Firması tərəfindən İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Proses iştirakçısının izahatı:
2. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Firmasının nümayəndəsi X3 bildirmişdir ki, Malbi Firması barəsində Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında Protokolun qanunsuz və əsassız olduğunu hesab edirlər. Belə ki, sözügedən xx.xx.2024-cü il tarixli X4 üzrə idxal olunmuş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə müvafiq X4 verildikdən sonra gətirilmişdir. Malların gömrük ərazisinə gətirilməsini təsdiq edən Malların qeydiyyat kodu adlı qəbzdə malların gətirilmə vaxtına diqqət yetirildikdə malların “Mazımqaya” Gömrük Postundan 02 oktyabr 2024-cü il tarixində saat 18:09-da gətirilməsi görünəcəkdir. Müvafiq X4nin elektron hökumət portalında qeydə alınması vaxtı isə 02 oktyabr 2024-cü il, saat 16:42 olmuşdur. Göründüyü kimi, **********3344 nömrəli X4 üzrə bəyan olunmuş mallar, yalnız X4nin verilməsindən sonra gömrük ərazisinə gətirilmişdir. Belə olan halda, Malbi Firması tərəfindən hər hansı inzibati xəta pozuntusuna yol verilmədiyi müəyyən olunur. Yəni, baxılan hal üzrə inzibati xəta tərkibi olmadığına görə İXM-in 53.1-ci maddəsinə əsasən baxılan inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməlidir. Digər tərəfdən, hesab edirlər ki, Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında Protokol üzrə İXM-in 38.1-ci maddəsində müəyyən olunmuş müddətin keçməsi nəzərə alınaraq, Şəxs Firması barəsində inzibati tənbeh tətbiq edilə bilməz. Belə ki, İXM-in 38.1-ci maddəsində müəyyən olunmuşdur ki, inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Hazırkı iş üzrə baxılan inzibati xəta tərkibi isə İXM-in 38.1-ci maddəsində müəyyən edilmiş istisnalara aid edilməmişdir. Belə halda, hazırkı iş üzrə inzibati xəta haqqında icraata xitam verilməsi üçün növbəti əsasın İXM-in 53.1.6-cı maddəsində qeyd edilmiş “müddətin başa çatması” əsasının da mövcud olduğu müəyyən edilir. Odur ki, məhkəmənin yuxanda qeyd edilənləri nəzərə alaraq, baxılan inzibati xəta haqqında iş üzrə icraata xitam verməli olduğunu hesab edirlər.
3. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib etmiş quruma məlumat verilmiş, lakin nümayəndə məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
4. Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, **********3227 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, 53AB096/53AB097 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şəxs Firmasının ünvanına gələn mallar xx.xx.2024-cü il tarixdə saat 17:01-də Azərbaycan Respublikasının gömrük ərazinsə daxil olmuş, lakin həmin nəqliyyat vasitəsi ilə ölkə ərazisində gətirilən mallara dair **********3344 sorğu nömrəli xx.xx.2024-cü il tarixli X4 xx.xx.2024-cü il tarixdə saat 16:42-də gömrük orqanına verilmiş və mallar həmin tarixdə saat 18:09-da qeydiyyata alınmışdır.
5. **********3344 sorğu nömrəli X4ndən görünür ki, 53AB096/53AB097 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şəxs Firmasının ünvanına gələn mallara dair X4 xx.xx.2024-cü il tarixdə saat 16:42-də rəsmiləşdirmək üçün gömrük orqanına göndərilmiş yüklər həmin tarixdə saat 18:39-da buraxılmışdır.
6. Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* (00100-01510/25) nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Malbi” Firması tərəfindən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda X4nin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, yəni malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl elektron formada verilməmişdir. Nəticədə Şəxs Firması tərəfindən İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:
7. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Malbi” Firmasının İXM-in 485.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 485.2-ci maddəsi ilə tövsif edilmişdir.
8. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Malbi” Firmasına istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Malbi” Firmasına istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir.
9. Belə ki, məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, **********3227 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, 53AB096/53AB097 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şəxs Firmasının ünvanına gələn mallar xx.xx.2024-cü il tarixdə saat 17:01-də Azərbaycan Respublikasının gömrük ərazinsə daxil olmuş, lakin həmin nəqliyyat vasitəsi ilə ölkə ərazisində gətirilən mallara dair **********3344 sorğu nömrəli xx.xx.2024-cü il tarixli X4 xx.xx.2024-cü il tarixdə saat 16:42-də gömrük orqanına verilmiş və mallar həmin tarixdə saat 18:09-da qeydiyyata alınmışdır. Halbuki qanunvericiliyin tələblərinə uyğun olaraq X4 malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməli idi.
10. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən X4ndə risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir.
11. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada X4 verilir. X4nin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. X4nin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
12. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda X4nin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
13. Qeyd olunan qanunvericiliyin tələblərindən müəyyən edilmişdir ki, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada X4 verilir və bu proses malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl olmalıdır.
14. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Firmasının hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Malbi” Firmasının təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir.
15. Məhkəmə, Şəxs Firmasının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir.
16. Məhkəmə Şəxs Firmasına inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.
17. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
18. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
19. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.
20. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.
21. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir.
22. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
23. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
24. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Firması İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir.
25. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-50, 110, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Firması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova