Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4447/2025 18.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, Hüquqi şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3425969"xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati xəta törətməsi barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş inzibati xəta haqqında protokolun icraata qəbulu məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin inspektoru X1 tərəfindən hüquqi şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3425969"xxxx" MMC (VÖEN 1****3*721) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 11.*6.2*25ci il tarixli MN seriyalı 2119*69 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hüquqi şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3425969"xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 1*6.*-cı və 1*6.*.3-cü maddələrinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:..inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi.. 1*9.1-ci və 1*9.1.6-cı maddələrinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:.. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;.. Göründüyü kimi, Məhkəmənin ilkin vəzifəsi inzibati xətaya dair tərtib olunmuş protokolun qanunvericiliyə uyğun və düzgün şəkildə rəsmiləşdirilib-rəsmiləşdirilməməsini yoxlamaqdır. Hazırkı halda, təqdim olunmuş protokolda hüquqi baxımdan məsuliyyətə cəlb edilməli olan subyekt düzgün müəyyənləşdirilməmişdir. Belə ki, hazırki işdəki protokolda göstərilmiş hüquqi şəxsin adı ilə qeyd olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) arasında uyğunsuzluq mövcuddur və həmin VÖEN faktiki olaraq tamamilə başqa hüquqi şəxsə məxsusdur. Bu hal hüquqi şəxsin identifikasiyasını mümkünsüz edir, çünki hüquqi şəxsin hüquqi məsuliyyətə cəlb olunması üçün onun identifikasiyasının – onun həm adı, həm də VÖEN-i əsasında tam dəqiqliklə müəyyənləşdirilməsi zəruridir. Əgər adı başqa, VÖEN-i başqa hüquqi şəxsə aiddirsə, bu halda protokolda göstərilən şəxs əslində müəyyən edilməmiş hesab olunur ki, bu da protokolun əsas rekvizitlərindən birində subyektin identifikasiyasında ciddi nöqsanın olduğunu göstərir. Qeyd olunmalıdır ki, bu cür uyğunsuzluğun məhkəmə baxışı zamanı aradan qaldırılması texniki və hüquqi baxımdan mümkün deyil. Çünki bu, artıq sübutların dəyişdirilməsi, yeni hüquqi subyektə yönəlmə və kökündən yeni icraat başlanmasını tələb edir. Ona görə də bu yanlışlığın aradan qaldırılması yalnız protokolun tərtib edilmiş orqana qaytarılması ilə mümkündür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *4 noyabr 2*2*-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X3 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 1*9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilən səbəbdən də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən göndərilmiş 11.*6.2*25-ci il tarixli MN seriyalı 2119*69 nömrəli Protokolun geri qaytarılması və protokolun yenidən, qanuna uyğun qaydada tərtib olunması zəruridir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1*6 və 1*9-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3425969"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati xəta törətməsi barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən göndərilmiş 11.*6.2*25-ci il tarixli MN seriyalı 2119*69 nömrəli Protokol geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-4447/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4447/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver