Məhkəmə qərarları › İş №3(001)-4455/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4455/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4455/2024 01.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, X1 Bakı şəhəri BPİ-nin X13 İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, X3 Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin 01 iyun 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X6 məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin 01 iyun 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər Baş Polis İdarəsindən ona daxil olan zəng əsasında xx.xx.2024-cü il tarixində Binəqədi rayonu Zəngəzur küçəsində ona məxsus olan ** BL *** dövlət qeydiyat nişanlı “Chevrolet Malib”u markalı avtomobili ilə hərəkətdə olan zaman 327.2 - əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmasi ilə bağlı məlumat almışdır. Bildirdiklərinə görə yolda yerləşdirilən kamera vasitəsi ilə qayda pozuntusu qeydə alınıb. Bununla bağlı zəng olunan quruma yaxınlaşmağı tələb olunsa da o bundan imtina etmişdir. Daha sonra xx.xx.2024-cu il tarixində barəsində İXP6271023 inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Bu protokolla bağlı Bakı Şəhər Baş Polis İdarəsinə www.dyp.gov.az saytı vasitəsi ilə şikayətini bildirmişdir. Şikayətinin məzmunu belə olub: “Əgər bu qaydanı pozmuşamsa və xüsusi texniki vasitə ilə qeydə alınıbsa, bu halda mənə 24 saat ərzində Elektron Qərar tərib olunmalı və elektron kabinetə yerləşdirilməli idi (İXM 38.6. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.)” Lakin onun barəsində hadisədən təxminən 25 gün sonra İXP tərtib olunub. İXM 122.5-ci maddəsinə əsasən, Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Göründüyü kimi Xüsusi texniki vasitə ilə qeydə alınmış görüntüdən yalnız Elektron Qərar çıxarıla bilər, inzibati xəta haqqında protokol tərtib olunması qadağandır. Müraciətində bu maddəyə əsaslanaraq inzibati xəta haqqında protokolun ləğv olunmasını istəmişdir. Lakin qərarı çıxaran Azadi Hüseynzadə və şikayətinə baxan iş icraçısı Xəlil Cəfərov İXM 99-cu maddəyə əsaslanaraq iş üzrə icraata başlandığını və qayda pozuntusu sübuta yetirildiyini bildirir və protokolu qüvvədə saxlayır. Bununla bağlı Bakı şəhər Baş Polis İdarəsində Xəlil Cəfərovla görüşərək etirazını şifahi formada da bildirmişdir və mövqeyini əsaslandırmışdır. Lakin İXM-nin 122.5-ci maddəsinə məhəl qoymadan və suallarını cavablandırmadan yalnız İXM 99-cu maddəni əsas götürərək eyni fikri bildirib. Sual vermişdir ki, bu halda 99-cu və 122.5-ci maddələr bir-biri ilə ziddiyyət təşkil edir? Yenə də sualına cavab almamışdır. Barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin nümayəndəsi X8 şikayətin dəlillərinə münasibət bildirərək məhkəməyə spzügedən inzibati xətanın şəxs tərəfindən törədilməsini təsdiq edən görüntünü təqdim edərək bildirmişdir ki, şikayətçi tərəfindən inzibati xətanın törədilməsi yol polis əməkdaşları tərəfindən təhlükəsiz şəhər görüntülərinə baxılan zaman müəyyən edilmiş və bu barədə inzibati xəta haqqınfda iş üzrə icraat başlanılaraq şəxsə bu barədə məlumat verilmiş, daha sonra sözügedən inzibati xəta ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şikayətçinin əsaslandığı normalar sözügedən qayda pozuntusuna şamil edilmir. Şikayətçi törətdiyi qayda pozuntusuna dair inzibati məsuliyyətdən yayınmaq üçün qərardan şikayət vermişdir. Tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın qanuna uyğun olduğunu nəzərə alaraq, məhkəmədən verilmiş şikayət ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin nümayəndəsinin məhkəməyə təqdim etdiyi diskə baxış zamanı “CHEVROLET MALİBU” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən olunmuşdur. Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin 01 iyun 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “CHEVROLET MALİBU” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bililib 80 (səksən) manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xəta haqqında qərarın və ona əlavələrin real vaxt rejimində tərtib olunmaqla bir gün müddətində internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilməməsinin qanunsuzluğu barədə şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin 01 iyun 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, sözügedən xətanın mövcudluğu Bakı şəhər DYPİ-in operatoru tərəfindən “Təhlükəsiz şəhər” xidmətinin nəzarət-müşahidə kameraları vasitəsilə qeydə alınmış arxiv görüntülərinə baxış keçirilərkən aşkarlanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə görə müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Göründüyü kimi xüsusi texniki vasitələr yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik vasitələrdir. “Təhlükəsiz şəhər” xidmətinin nəzarət-müşahidə kameralarının funksiyası isə Bakı şəhərində əməliyyat şəraitinə nəzarətin gücləndirilməsi, asayişin qorunması, baş vermiş hadisələrin canlı olaraq izlənməsi, mümkün terror hadisələrinin qarşısının alınması və eləcə də baş vermiş hadisə zamanı X10 çevikliyinin yüksəldilməsinin təmin olunmasıdır. Başqa sözlə, “Təhlükəsiz şəhər” xidmətinin nəzarət-müşahidə kameraları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların real vaxt rejimində aşkarlanmasında istifadə olunan xüsusi texniki vasitə hesab edilmir və buna görə həmin kameraların arxivləşdirdiyi görüntülərə İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində göstərilmiş icraat qaydaları tətbiq edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X3 Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin 01 iyun 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X3 Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin 01 iyun 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar