Məhkəmə qərarları › İş №3(001)-4460/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4460/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4460/2025 15.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X14 Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndələri X4 və X5 iştirakları ilə, https://cms.justice.loc/Cases/Default.aspx?cas eId=3460039Şəxs, AZ1108, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 15, mənzil 50, VÖEN ********** Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kiçik leytenantı X2 tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin adına xx.xx.2024-cü il tarixində 18AA221/18AA222 nömrəli yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********0250 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün təqdim olunan xx.xx.2024-cü il tarixli 140324 nömrəli invoysda ümumi invoys dəyəri 39384 ABŞ dolları qeyd edildiyi halda, təqdim edilmiş İran İslam Respublikasına aid ixrac gömrük bəyannaməsində mal partiyasına dair malın ümumi invoys dəyəri 45158 ABŞ dolları qeyd edilmişdir. Araşdırma zamanı izahatı alınmış Şəxs MMC-nin nümayəndəsi X9 izahatında bildirmişdir ki, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsidir. MMC-nin fəaliyyəti müxtəlif ölkələrdən quru meyvələrin idxalı, topdan və pərakəndə satışından ibarətdir. xx.xx.2024-cü il tarixdə şirkətin ünvanına İran İslam Respublikasında fəaliyyət göstərən “TAYMOR JAVANMİRİ” şirkətindən göndərilmiş yüklər Bakı Baş Gömrük İdarəsində **********0250 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Bəyan edilən mallara dair xx.xx.2024-cü il tarixdə **********8968 sorğu nömrəli qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilmişdir. Həmin mallar İran İslam Respublikasında fəaliyyət göstərən “TAYMOR JAVANMİRİ” şirkəti ilə bağlanmış 141224 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə əsasında idxal edilmişdir. Həmin mallar Şəxs MMC tərəfindən sifariş edilib, MMC-yə məxsusdur. İdxal olunmuş mallara görə qarşı tərəfə ödəniş edilməyib. Malları rəsmiləşdirdikdən sonra ödənişlər tam şəkildə qarşı tərəfə ödəniləcək. İdxal edilən xx.xx.2024-cü il tarixdə **********0250 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların ümumi invoys dəyəri 39384 ABŞ dolları təşkil edir. Ödənişlər mallar rəsmiləşdirildikdən sonra tam şəkildə ixracatçı şirkətə ödəniləcək. 2024-cü il ərzində dəfələrlə müxtəlif şirkətlərdən eyni malları idxal olunmuşdur. İran İslam Respublikasında fəaliyyət göstərən “TAYMOR JAVANMİRİ” şirkətindən 18AA221/18AA222 nömrəli nəqliyyat vasitəslə idxal edilən 3500 qutu 5kq olmaqla ümumilikdə 18700 kq “Anguri” adlı üzüm qurusu, 300 qutu 10 kq olmaqla ümumilikdə 3000 kq “Anquri” adlı üzüm qurusu və 240 qutu 8.5 kq olmaqla ümumilikdə 2090 kq “Tizabi” üzüm qurusu yükünün ümumi invoys dəyəri ******* nömrəli xx.xx.2024-cü il tarixli invoys sənədi əsasında 39384 ABŞ dolları təşkil edir. İxrac bəyannaməsində mallarn invoys dəyərinin 45158 ABŞ dolları kimi qeyd edilməsi qarşı tərəfin, yəni İran İslam Respublikasında fəaliyyət göstərən “TAYMOR JAVANMİRİ” şirkətinin səhvidir. Belə ki, ixrac bəyannaməsində dəyəri 31032 ABŞ dolları olan 3500 qutu 5kq olmaqla ümumilikdə 18700 kq “Anquri” adlı üzüm qurusu və dəyəri 4968 ABŞ dolları olan 300 qutu 10 kq olmaqla ümumilikdə 3000 kq “Anguri” adlı üzüm qurusunün dəyəri cəmlənərək 36000 ABŞ dolları, 240 qutu 8.5 kg olmağla ümumilikdə 2090 kg “Tizabi” üzüm qurusunun dəyəri isə 3384 ABŞ dolları kimi geyd edilsə də ixrac bəyannaməsinin 22-ci qrafasında ümumi məbləğ səhvliklə 45158 ABŞ dolları olaraq qeyd edilmişdir. Əlavə yaranacag gömrük ödənişlərini ödəmək niyyətində deyil. Yaranmış uyğunsuzlugla bağlı xx.xx.2024-cü il tarixdə İran İslam Respublikasında fəaliyyət göstərən “TAYMOR JAVANMİRİ” şirkətinə müraciət olunmuş və xx.xx.2024-cü il tarixində sənədlərə düzəliş edilməklə müraciətə cavab verilmişdir. Qeyd olunan yüklər, hal-hazırda Şəxs MMC-nin Binəqədi rayonu, Əcəmi Naxçıvani 57 C ünvanında yerləşən anbarında gömrük təminatı altında saxlanılmaqdadır. Aparılmış araşdırma zamanı 3500 qutu 5kg olmaqla ümumilikdə 17240 kg “Anguri” adlı üzüm qurusu, 300 qutu 10 kg olmaqla ümumilikdə 2760 kg “Anguri” adlı üzüm qurusu və 240 qutu 8.5 kg olmaqla ümumilikdə 1880 kg “Tizabi” üzüm qurusu yükünün giymətləndirilməsi məgsədilə xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2- 000025/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərara əsasən ekspertizanın aparılması “Azərekspertiza” Birliyinin ekspertlərinə həvalə edilmişdir. “Azərekspertiza” Birliyindən Bakı Baş Gömrük İdarəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli 06 nömrəli ekspert rəyinə əsasən xx.xx.2024-cü il tarixə orta bazar qiyməti müəyyən edilərək ekspertiza tədqiqatına təqdim edilmiş 3500 qutu 5kg olmaqla ümumilikdə 17240 kg “Anguri” adlı üzüm qurusunun 1 ölçü vahidinin orta bazar giyməti 5.5 AZN, 300 qutu 10 kg olmaqla ümumilikdə 2760 kg “Anguri” adlı üzüm qurusunun 1 ölçü vahidinin orta bazar qiyməti 5.5 AZN, qurusu və 240 qutu 8.5 kg olmaqla ümumilikdə 1880 kg “Tizabi” üzüm qurusu qurusunun 1 ölçü vahidinin orta bazar qiyməti 6 AZN olmaqla ümumilikdə 121.280 manat olduğu müəyyən edilmişdir. Odur ki, **********0250 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə 06 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, ümumi gömrük dəyərinin müəyyən edilməsi, gömrük dəyərləri arasında fərqin olub-olmaması, gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, təsir etdiyi təqdirdə "ALFA NUTS” MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə qısa müddət ərzində məlumat verilməsi üçün Rəsmiləşdirmə Mərkəzinə 3-33- 1100/013/002759 sorğu nömrəli raportla müraciət olunmuş, həmin müraciətə cavab olaraq Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/007986 nömrəli raportda qeyd edilmişdir ki, “Azərekspertiza” Birliyinin 06 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyini əsas götürüldüyü təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 1070,687 azn, ƏDV üzrə 1477,547 azn, Dövlət Gömrük Komitəsinin Daxilolmalara Nəzarət Baş İdarəsinin Gömrük Dəyərləndirilməsi İdarəsi tərəfindən əldə olunan X10 məxsus dərc olunan rəsmi gömrük saytında (http://www.irica.gov.ir/) inzibati xətanın bilavasitə obyekti olan 3500 qutu 5 kg olmağla ümumilikdə 17240 kg “Anguri” adlı üzüm qurusunun 1 kg-nın dəyəri 2.10 ABŞ dolları, 300 qutu 10 kg olmağla ümumilikdə 2760 kg “Anguri” adlı üzüm qurusunun 1 kg-nın dəyəri 2.10 ABŞ dolları və 240 qutu 8.5 kg olmaqla ümumilikdə 1880 kg “Tizabi” adlı üzüm qurusunun 1 kg-nın dəyəri 1.70 ABŞ dolları olmağla xx.xx.2024-cü il tarixə ümumi gömrük dəyəri 78533,2 manatdır. X10 məxsus dərc olunan rəsmi gömrük saytında olan dəyəri əsas götürüldüyü təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 1737,06 azn, ƏDV üzrə 2397,142 azn təşkil edir. Həmçinin təqdim olunan 140324 nömrəli xx.xx.2024-cü il tarixli invoys sənədində qutu sayları və çəkilər arasında uyğunsuzluq olması qeyd edilmişdir. Beləliklə, “Azərekspertiza” Birliyinin 06 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyi əsas götürüldüyü təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 1070,687 AZN, ƏDV üzrə 1477,547 AZN təşkil edir. 3-33-1100/012/007986 saylı xx.xx.2025-ci il tarixli raportda qeyd olunan uyğunsuzluqla bağlı malların Şəxs MMC-nin nümayəndəsinin iştirakı ilə yoxlanılmasını, faktiki idxal edilən mallarla gömrük orqanına bəyan edilmiş malların eyniləşdirilməsi aparılmaqla xx.xx.2024-cü il tarixli 140324 nömrəli invoys sənədi ilə idxal edilən malların netto və brutto çəkilərində hər hansı uyğunsuzluğun olub-olmadığının müəyyən edilməsi məqsədilə AZ1108, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin anbarında mallara baxış keçirilməsi və yoxlamanın nəticəsi barədə yoxlama haqqında protokol tərtib edilməsinə dair 3-33-1100/013/008395 saylı xx.xx.2025cü il tarixli raporta əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Yoxlama aktında cavab olaraq netto çəkilərində heç bir uyğunsuzluq olmadığı qeyd edilmişdir. Odur ki, **********0250 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə yaranan əlavə ödənişlər barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulan müddət başa çatmadığı üçün həmin bəyannamə üzrə icraat başlanılmalıdır. Beləliklə, 3-33-1100/012/Q07986 saylı xx.xx.2025-ci il tarixli raporta əsasən Şəxs MMC tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilən **********0250 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların orta bazar qiyməti 121280 manat təşkil etdiyi halda əlavə olaraq ödənilməli olan gömrük ödənişləri idxal rüsumu üzrə 1070.687 manat, əlavə dəyər vergisi üzrə 1477.547 manat təşkil edir. Şəxs MMC gömrük ödənişlərinin ödənilməsindən ümumilikdə 2548.234 manat məbləğində yayınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs məhkəməyə elektron qaydada etirazla müraciət etmiş və etirazını onunla əsaslandırmışdır ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi (təhqiqatçı, gömrük xidməti kiçik leytenantı X2) tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Belə ki, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu maddədən göründüyü kimi, törədilən əməlin inzibati xəta hesab olunması üçün bir neçə şərt müəyyən edilmişdir. Həmin şərtlər bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd olunması, hüquqazidd olması və təqsirli sayılmasıdır. Protokolda qeyd olunsa da, əslində isə sözügedən əməllə ictimai münasibətlərə qəsd olunması, əməlin hüquqazidd olması və təqsirli sayılması sübüta yetirilməmişdir. Şəxs tərəfindən İran İslam Respublikasının “Taymor Javanmiri” şirkətindən xx.xx.2024-cü il tarixli 141224 nömrəli alğı-satqı müqaviləsi, xx.xx.2024-cü il tarixli 140324 nömrəli hesab-faktura və qablaşdırma siyahısı (İnvoice and packing list) əsasında alınmış müvafiq mallar xx.xx.2024-cü il tarixli **********0250 nömrəli gömrük bəyannaməsi ilə bəyən olunmuşdur. Bakı Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli qeydlərdə 333-1100/012/036158 nömrəli xx.xx.2024-cü il tarixli məktuba əsasən əməliyyatın dayandırıldığı bildirilmişdir. Bundan sonra bəyannamə üzrə işin təhqiqata verilməsi barədə şifahi formada (hər hansı rəsmi bildiriş olmadan) məlumat əldə edilmişdir. Bildirilmişdir ki, Şəxs MMC ilə İran İslam Respublikasının “Taymor Javanmiri” şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli 141224 nömrəli alğı-satqı müqaviləsində (2-ci hissə) və xx.xx.2024-cü il tarixli 140324 nömrəli “Hesab-faktura və qablaşdırma siyahısı”nda (İnvoice and packing list) qeyd olunmuş dəyərdə (39.384,00 (otuz doqquz min üç yüz səksən dörd) ABŞ dolları) malların alınması Cəmiyyəti tərəfindən həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli 141224 nömrəli alğı-satqı müqaviləsi (2-ci hissə) və xx.xx.2024-cü il tarixli 140324 nömrəli “Hesab-faktura və qablaşdırma siyahısı” (İnvoice and packing list) əsasında xx.xx.2024-cü il tarixli **********0250 nömrəli gömrük bəyannaməsinin 42-ci bölməsində (invoys dəyəri) 39.384,00 (otuz doqquz min üç yüz səksən dörd) ABŞ dolları və 45-ci bölməsində (gömrük dəyəri) 66.952,80 (altmış altı min doqquz yüz əlli iki manat, səksən qəpik (39.384,00 $ x 1.7 = 66952,80)) manat qeyd olunmuşdur. “Taymor Javanmiri” şirkətindən təqdim edilmiş sənədlərin birində 39384 (otuz doqquz min üç yüz səksən dörd) ABŞ dolları əvəzinə malların dəyəri 45158 (qırx beş min yüz əlli səkkiz) ABŞ dolları göstərilmişdir. xx.xx.2024-cü il tarixli **********0250 nömrəli gömrük bəyannaməsi də məhz xx.xx.2024-cü il tarixli 141224 nömrəli alğı-satqı müqaviləsi (2-ci hissə) və xx.xx.2024-cü il tarixli 140324 nömrəli “Hesab-faktura və qablaşdırma siyahısı” (İnvoice and packing list) rəhbər tutularaq tərtib olunmuşdur. Sənəddəki yalnışlıq “Taymor Javanmiri” şirkətinin diqqətinə çatdırılmışdır. “Taymor Javanmiri” şirkəti tərəfindən yalnışlığın ən qısa zamanda aradan qaldırılacağı və rəsmi düzgün sənədin təqdim ediləcəyi bildirilmişdir. “Taymor Javanmiri” şirkəti tərəfindən onlara təqdim olunan sənədin düzgün olan və İran İslam Respublikasının müvafiq qurumları tərəfindən təsdiqlənmiş (hər səhifəsində 2 möhür) rəsmi variantı xx.xx.2024-cü il tarixli 291224/1 nömrəli məktubla (gömrük sənədlərinin 49-cu səhifəsi) Bakı Baş Gömrük İdarəsinə (xx.xx.2024-cü il tarixli 3- 33-1100/1-037629/2024 qeydiyyat nömrəli) və Dövlət Gömrük Komitəsinə göndərilmişdir. Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 333/2- 000149/2025 nömrəli məktubu ilə Cəmiyyətin xx.xx.2024-cü il tarixli 291224/1 nömrəli məktubu Bakı Baş Gömrük İdarəsinə göndərilmişdir. Hətta daha sonra sözügedən sənədin Azərbaycan dilinə tərcümə olunmuş variantı (surəti əlavə olunur) da Bakı Baş Gömrük İdarəsinə təqdim olunmuşdur. “X11 Transort Co.LTD” cavab məktubunda araşdırma zamanı xx.xx.2024-cü il tarixli 140324 nömrəli hesab-faktura (invoys) və qablaşdırma siyahısında malların ümumi dəyərinin 39.384,00 (otuz doqquz min üç yüz səksən dörd) ABŞ dolları göstərilsə də, digər sənəddə malların ümumi dəyərinin 45.158,00 (qırx beş min yüz əlli səkkiz) ABŞ dolları göstərildiyini bildirmişdir. Eyni zamanda, “X11 Transort Co.LTD” səhv ədədin göstərildiyi sənədin düzgün şəkildə tərtib olunmuş və İran İslam Respublikasının müvafiq qurumları tərəfindən təsdiqlənmiş rəsmi (orijinal) variantını təqdim etmişdir. Beləliklə “X11 Transort Co.LTD” səhv etdiyi üçün öz səhvini də özü düzəldə bilib. Şəxs MMC-nin nümayəndəsi X9 xx.xx.2025-ci il tarixində gömrük oqranında bu barədə ətraflı izahat vermişdir. Görünən odur ki, onun izahatı nəzərə alınmamış və Cəmiyyəti barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli 201224/2 nömrəli öhdəlik məktubunda ixrac bəyannaməsində kişmiş məhsullarının qiymətlərinin ayrılıqda düzgün göstərildiyi, 22-ci qrafasında invoysun toplam məbləğinin mexaniki olaraq səhv qeyd edildiyi vurğulanmışdır. xx.xx.2025-ci il tarixli **********0250 sorğu nömrəli gömrük bəyannaməsinə əlavə olunmuş hesab-faktura və qablaşdırma siyahısında (invoice&packing list) (gömrük sənədlərinin 15-ci səhifəsi) malların dəyəri 39.384,00 ABŞ dolları göstərilmişdir. Şəxs MMC ilə “Taymor Javanmiri” şirkəti arasında imzalanmış xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsində (2.1-ci bənd) də fakturanın ümumi məbləği 39.384,00 ABŞ dolları göstərilmişdir (gömrük sənədlərinin 29-cu səhifəsi). İlkin ixrac gömrük bəyannaməsi ilə sonradan təqdim olunmuş düzgün gömrük ixrac gömrük bəyannaməsi arasında yalnız bir ədəd fərqi vardır (ixrac gömrük bəyannaməsinin 22-ci bölməsində valyuta və fakturanın ümumi məbləği hissəsində 45158 və 39384 ədədləri). Bakı Baş Gömrük İdarəsi tərəfindən yalnışlığın olduğu iddia edilən ixrac gömrük bəyannaməsində (gömrük sənədlərinin 19-cu və 21-ci səhifələri) 3 (üç) ədəd işarələnmişdir: 1-ci rəqəm 45158, 2-ci rəqəm 36000 və 3-cü rəqəm 3384. Bununla da ixrac bəyannaməsində səhvə yol verildiyi iddia edilir. İlk öncə qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixli 140324 nömrəli hesab-faktura və qablaşdırma siyahısında (invoice&packing list) aşağıdakı mallar və onlar barədə məlumatlar əks olunmuşdur: Qutu Birləşmiş Birləşmiş S/N Malın adı Çəki Birləşmiş çəki Dəyər sayı qutu dəyər

1. Anguri kişmişi (5 3500 17240 31032 kq-lıq) 3800 20000 36000

2. Anguri kişmişi 300 2760 4968 (10 kq-lıq)

3. Tizabi kişmişis 240 240 1880 1880 3384 3384 (8.5 kq-lıq)

4. Cəmi: 39.384

İxrac üzrə gömrük bəyannaməsinin tərcümə olunmuş və Bakı Baş Gömrük İdarəsinə təqdim olunmuş variantına diqqət yetirilməlidir. Həmin sənəd Bakı Baş Gömrük İdarəsinə təqdim olunsa da, məhkəməyə təqdim edilməmişdir. İxrac gömrük bəyannaməsinə (əslinə və tərcümə variantına) əsasən mallar üzrə məlumatlar qutuların sayına əsasən anguri kişmiş (dənəsiz üzüm kişmişi) və tizabi kişmiş (kükürdlə qurudulmuş kişmiş) olaraq 2 hissədə qruplaşdırılmışdır. Anguri kişmişi (dənəsiz üzüm kişmişi) ilə bağlı hissədə (əslinin 1-ci səhifəsi, tərcümənin 1-ci səhifəsi) (3800 karton = 3500 + 300) 3 (üç) ədəd, yəni 21700, 20000 və 36000 ədədləri qeyd olunmuşdur. 21700 (35. Ümumi çəkisi) anguri kişmişinin (5 və 10 kq-lıq) gross çəkisidir (18700 kq + 3000 kq = 21700 kq). 20000 (38. Xalis çəkisi) anguri kişmişinin (5 və 10 kq-lıq) net çəkisidir (17240 kq + 2760 kq = 20000 kq). 36000 (42. Malın dəyəri) isə anguri kişmişinin (5 və 10 kq-lıq) xarici valyutada ifadə olunmuş dəyəridir (31032 $ + 4968 $ = 36000 $). Malın İran rialı ilə ifadə olunmuş dəyərini çevirdikdə (konvertasiya etdikdə) 36.000,00 ABŞ dolları (19.598.544.000,00 İran rialı * 3544.404,00 = 36.000,00 $) alınır. Tizabi kişmişi (kükürdlə qurudulmuş kişmiş) ilə bağlı hissədə (əslinin 1-ci səhifəsi, tərcümənin 3-cü səhifəsi) (240 karton) 3 (üç) ədəd, yəni 2090, 1880 və 3384 ədədləri qeyd olunmuşdur. 2090 (35. Ümumi çəkisi) tizabi kişmişinin gross çəkisidir (2090 kq). 1880 (38. Xalis çəkisi) tizabi kişmişinin net çəkisidir (1880 kq). 3384 (42. Malın dəyəri) isə tizabi kişmişinin xarici valyutada ifadə olunmuş dəyəridir (3384 $). Malın İran rialı ilə ifadə olunmuş dəyərini çevirdikdə (konvertasiya etdikdə) 3.384,00 ABŞ dolları (1.842.263.136,00 İran rialı + 3544.404,00 = 3.384,00 $) alınır. İxrac gömrük bəyannaməsinin (əslinə və tərcümə variantına əsasən) 22-ci bölməsində valyuta və fakturanın ümumi məbləği ifadə olunmuşdur. Anguri kişmişi (dənəsiz üzüm kişmişi) ilə tizabi kişmişinin (kükürdlə qurudulmuş kişmiş) dəyərini topladıqda isə 39.384,00 ABŞ dolları (36.000 $ + 3.384,00 $ = 39.384,00 $) alınır. Yuxarıda qeyd olunan hesablamalardan görünür ki, ilkin ixrac gömrük bəyannaməsində qeyd olunan 45158 ədədi sadəcə texniki səhvdir. Eyni zamanda qeyd edir ki, inzibati xəta haqqında işin aparılması zamanı aşağıdakı pozuntulara yol verilmişdir:1. Bakı Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli qərardadla iş üzrə əmtəəşünaslıq ekspertizası (gömrük sənədlərinin 71 - 87-ci səhifələri) təyin edilmiş və ekspertiza qarşısında malların xx.xx.2024-cü il tarixinə orta bazar qiymətinin müəyyən olunması tapşırılmışdır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli 10 nömrəli Qərarına əsasən, cinayət təqibi zamanı malların və digər əşyaların dəyərinə dair mübahisə yarandıqda və ya buna qədər müəyyən edilmiş qiymətlər şübhə doğurduqda, habelə Azərbaycan Respublikasının ərazisinə gətirilən malların xarici ölkədən alınmasına dair qaimə-fakturalar, invoys sənədləri təqdim edilmədikdə və ya saxtalaşdırıldıqda qiymətlərin düzgün müəyyən edilməsi üçün cinayət təqibi zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi zəruridir. Hazırki halda isə icraat cinayət təqibi üzrə yox, inzibati xəta üzrədir. Digər tərəfdən Azərbaycan Respublikasının ərazisinə gətirilən malların xarici ölkədən alınmasına dair qaimə-faktura və invoys sənədləri mövcuddur, həmin sənədlərin saxtalaşdırıldığı isə Bakı Baş Gömrük İdarəsi tərəfindən sübuta yetirilməmişdir. Digər tərəfdən ekspertizanın nəticəsi düzgün qiymətləndirilə bilməz. Çünki yerli bazarda orta bazar qiyməti idxal qiymətindən yüksək olacaqdır. Bunun məntiqi nəticəsidir ki, sahibkarlar xarici ölkələrdən yerli bazarla müqayisədə daha ucuz olan malları idxal edib satışını həyata keçirirlər. Orta bazar qiyməti ilə eyni olan malı sahibkarlar necə idxal edib satacaqlar? İXM-in 82.2-1-ci maddəsinə uyğun olaraq, bu Məcəllənin 82.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlər üçün hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) onun baxdığı inzibati xətalar haqqında işlər üzrə barəsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxsin, fiziki şəxsin müdafiəçisinin və ya qanuni nümayəndəsinin, hüquqi şəxsin nümayəndəsinin, prokurorun, zərər çəkmiş şəxsin və ya onun nümayəndəsinin vəsatəti ilə ekspertiza təyin edə bilər. Hazırki halda isə Bakı Baş Gömrük İdarəsi ehtiyac duyulmadığı halda, habelə vəsatət olmadan öz təşəbbüsü ilə ekspertizanın keçirilməsi haqqında qanunsuz qərardad qəbul etmişdir. İXM-in 82.2-6-cı maddəsinin ikinci cümləsinə uyğun olaraq, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) və bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etmək hüququ vardır. Şəxs MMC olaraq ekspertizanın keçirilməsindən xəbəri olmayıb. Ekspertə gəldikdə isə qeyd edilməlidir ki, o, xx.xx.2025-ci il tarixli Rəyin “X1” hissəsində artıq qüvvədən düşmüş “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 1998-ci il 25 iyun tarixli 510-İQ nömrəli Qanununa istinad edir. Ekspert bilmir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VİQ nömrəli Qanununun 26.3-cü maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi gündən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 1998-ci il 25 iyun tarixli 510-İQ nömrəli Qanunu ləğv edilmişdir. Ekspert hüquqlarını vurğulayarkən qüvvədən düşmüş Qanunun 9-cu maddəsinə istinad edir. Ekspert müvafiq internet saytlarında olan məlumatları analiz etdiyini qeyd edir. İdxal olunan mallar (kişmiş) İran İslam Respublikasından sifariş olunsa da, X18 Respublikasının hər hansı internet saytına baxmamışdır və oradan hər hansı məlumatlar əldə etməmişdir. Ekspert müvafiq internet saytlarında olan məlumatları analiz etdiyini vurğulasa da, xx.xx.2025-ci il tarixli Rəyə bununla bağlı həmin internet saytlarından əldə etdiyi hər hansı sübut əlavə etməmişdir. Bütün yuxarıda sadalananlar ekspertizanın təyin edilməsini, onun keçirilməsini və ekspertin rəyini qanunsuz, əsassız və hüquqi qüvvəsiz edir. 2. xx.xx.2025ci il tarixli Raportda (gömrük sənədlərinin 91-ci səhifəsi) malların dəyəri barədə məlumatların İran İslam Respublikasına məxsus dərc olunan rəsmi gömrük saytından (http://www.irica.gov.ir/) əldə edildiyi qeyd olunsa da, həmin sayta daxil ola bilməmişlər (sübut əlavə olunur).3.xx.xx.2025-ci il tarixli Raportda (gömrük sənədlərinin 92-ci səhifəsi) idxal olunan malların netto və brutto şəkilərində hər hansı uyğunsuzluğun olubolmadığının müəyyən edilməsi tapşırılmışdır. Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun inspektoru X3 xx.xx.2025-ci il tarixli aktında malların netto və brutto çəkilərinin ayrıldığını, qutu sayılarının sayıldığını və malların netto çəkilərində heç bir uyğunsuzluğun aşkar olunmadığını qeyd etmişdir. 4. Bakı Baş Gömrük İdarəsi xx.xx.2025ci il tarixində inzibati icraatı başlamaq və inzibati araşdırma aparılması üçün kifayət qədər səbəblər və inzibati xəta hadisəsinin olduğunu müəyyən edən məlumatları, həmçinin inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurətinin yarandığını əsas gətirərək inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırma aparılması haqqında qərardad qəbul etmişdir. xx.xx.2025-ci il tarixli qərardadda inzibati icraatı başlamaq və inzibati araşdırma aparılması üçün kifayət qədər səbəblər və inzibati xəta hadisəsinin olduğunu müəyyən edən məlumatları, həmçinin inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti vuğulansa da, artıq xx.xx.2025-ci il tarixinə kimi ekspertiza keçirilmiş, ekspertin rəyi alınmış, Cəmiyyətimizin əməkdaşı Məmmədov Pərvizin izahatı alınmış, raportlar yazılmış, baxış keçirilmiş və digər prosessual hərəkətlər edilmişdir.xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə kimi yalnız Cəmiyyətin 2 əməkdaşına zəng olunması ilə bağlı akt tərtib olunmuşdur. Göründüyü kimi Bakı Baş Gömrük İdarəsi inzibati icraatı başlamaq və inzibati araşdırma aparılması haqqında xx.xx.2025-ci il tarixli qərardadda İXM-in 102.1-ci maddəsində göstərilən əsasları qeyd etsə də, reallıqda isə inzibati xəta haqqında iş üzrə icraat zamanı ötürülmüş müddəti pərdələmək üçün belə bir qərardad qəbul etmişdir. İnzibati icraatı başlamaq və inzibati araşdırma aparılması haqqında qərardad xx.xx.2024cü il tarixli raportdan sonra qəbul edilməli və bundan sonra digər prosessual hərəkətlər keçirilməli idi. İnzibati araşdırma İXM-in tələbləri və prosessual normalar pozulmaqla 5 (beş) ay müddətində aparılmışdır. xx.xx.2025-ci il tarixli arayışda Adıgözəlova Aygün Cəmiyyətin nümayəndəsi Fuad Məmmədov ilə əlaqə saxladığını və onun xaricdə olduğunu və xx.xx.2025-cil tarixində qayıdacağını bildirdiyini qeyd etmişdir. X15 tərəfindən səsləndirilmiş əsas fikirlər qeyd olunmamışdır. Fuad Məmmədov Bakı Baş Gömrük İdarəsi tərəfindən qanunsuzluqlara yol verildiyini və inzibati araşdırmanın 5 (beş) ay deyil, maksimum 2 (iki) ay aparıla biləcəyini vurğulamışdır. Adıgözəlova Aygün isə məzuniyyətdə olduğunu və başqa səbəblərdən işin uzandığını bildirmişdir. “İzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə (Mötəbərlik prezumpsiyası) əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Bakı Baş Gömrük İdarəsi qanunvericiliyin tələblərini pozmaqla apardığı inzibati araşdırma ilə Cəmiyyət tərəfindən xx.xx.2024-cü il tarixli 291224/1 nömrəli məktubla təqdim olunmuş və İran İslam Respublikasının müvafiq qurumları tərəfindən təsdiqlənmiş rəsmi ixrac bəyannaməsinin mötəbərsizliyini sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokola protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin etirazının dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs ilə “Taymor Javanmiri” şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqısatqı müqaviləsindən görünür ki, müqavilənin premeti qida məhsulunun alqı-satısıdır, fakturanın ümumi məbləği 39.384 AB dollarıdır.

Şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, ixracatçı “Taymor Javanmiri” şirkəti tərəfindən Şəxsnə göndərilən malların eyniləşdirmə nömrələri və vasitələri, ümumi invoys dəyəri aşağıdakı kimidir: Malın adı: Üzum qurusu, Botanik adı: Vitis vinifera, Qablaşdırılması: karton qutu.

1. Anguri 3500 qutu 5kq-lıq 17240 kq

2. Anguri 300 qutu 10kq-lıq 2760 kq

3. Tizabi 240 qutu 8.5 kq-lıq- 1880 kq .Cəmi yer sayı 4040 yer, ümum çəki 21880 kq. İnvoys dəyəri 39.384 ABŞ dolları.

“Taymor Javanmiri” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 140324 nömrəli Faktura və qablaşdırma siyahısına əsasən:

1. Kişmiş Anguri - 3500 karton, ümumi çəki 18700 kg, xalis çəki 17240 kg, 1 kg dəyəri 1.8 $, ümumi dəyər 31032 $

2. Kişmiş Anguri – 300 karton, ümumi çəki 3000 kg, xalis çəki 2760 kg, 1 kg dəyri 1.8 $, ümumi dəyər 4968 $

3. Kişmiş Tizabi 240 karton, ümumi çəki 2090 kg, xalis çəki 1880 kg, 1 kg dəyri 1.8 $, ümumi dəyər 3384 $ Cəmi: 4040 qutu karton, ümumi çəki 23790 kg, xalis çəki 21880 kg, ümumi dəyər 39384 $

1351021 nömrəli X6 görünür ki, “Taymor Javanmiri” şirkəti tərəfindən Şəxsnə göndərilən malların qutularının sayı 4040 ədəd, ümumi çəkisi 21700 kg (kişmiş anguri) +2090 kg (kişmiş tizabi), xalis çəki 2000kg+1880kg, 36000 ABŞ dolları (kişmiş anguri)+3384 ABŞ dolları (kişmiş tizabi). Qeyd olunan malların ümumi gömrük dəyəri isə 45.158 ABŞ dolları göstərilib.

Şəxs tərəfindən xx.xx.2024-cü il tarixli X13 əsasən mallar aşağıdakı kimi bəyan edilmişdir.

1. Anguri 3500 qutu 5kq-lıq 18700 kq

2. Anguri 300 qutu 10kq-lıq 3000 kq

3. Tizabi 240 qutu 8.5 kq-lıq- 2090 kq .Cəmi yer sayı 4040 yer, ümum çəki 21880 kq. İnvoys dəyəri 39.384 ABŞ dolları.

X11 Transpor Co. Ltd-nin məktubundan görünür ki, sorğuya əsasən tərəflərindən müvafiq araşdırma aparılmış və sənədlər yenidən nəzərdən keçirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixli 140324 nömrəli hesab-faktura (invoys) və qablaşdırma siyahısında malların ümumi dəyəri 39384 (otuz doqquz min üç yüz səksən dörd) X7 dolları göstərilsə də, digər sənəddə malların ümumi dəyəri 45158 (qırx beş min yüz əlli səkkiz) X7 dolları göstərilmişdir. Səhv ədədin göstərildiyi sənədin düzgün şəkildə tərtib olunmuş və İran İslam Respublikasının müvafiq qurumları tərəfindən təsdiqlənmiş rəsmi (orijinal) variantı məktuba əlavə edilir. Həmin məktuba əlavə edilmiş ******* nömrəli tərcümə edilmiş X6 görünür ki, “Taymor Javanmiri” şirkəti tərəfindən Şəxsnə göndərilən malların qutularının sayı 4040 ədəd, ümumi çəkisi 21700 kg (kişmiş anguri) +2090 kg (kişmiş tizabi), xalis çəki 2000kg+1880kg, 36000 ABŞ dolları (kişmiş anguri)+3384 ABŞ dolları (kişmiş tizabi). Qeyd olunan malların ümumi gömrük dəyəri isə 39384 ABŞ dolları göstərilib. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli 06 nömrəli ekspert rəyinə əsasən xx.xx.2024-cü il tarixə orta bazar giyməti müəyyən edilərək ekspertiza tədqiqatına təqdim edilmiş 3500 qutu 5kg olmaqla ümumilikdə 17240 kg “Anguri” adlı üzüm qurusunun 1 ölçü vahidinin orta bazar giyməti 5.5 AZN, 300 qutu 10 kg olmaqla ümumilikdə 2760 kg “Anguri” adlı üzüm qurusunun 1 ölçü vahidinin orta bazar qiyməti 5.5 AZN, qurusu və 240 qutu 8.5 kg olmaqla ümumilikdə 1880 kg “Tizabi” üzüm qurusu qurusunun 1 ölçü vahidinin orta bazar qiyməti 6 AZN olmaqla ümumilikdə 121.280 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qeyd etmək lazımdır ki, gömrük orqanları tərəfindən aparılmış araşdırmanın səbəbi İranın ixrac bəyannaməsi ilə Şəxs tərəfindən təqdim olunmuş gömrük bəyannaməsi arasında olan qiymət fərqi olmuşdur. Lakin bu fərq Şəxs hərəkətləri ilə bağlı deyil, texniki uyğunsuzluq nəticəsində yaranmışdır. Belə ki, məhkəmə iclasında bütün sübutlar ayrıayrılıqda təhlil və müqayisə edilmiş və nəticə etibari ilə müəyyən edilmişdir ki, şirkət tərəfindən təqdim olunmuş müqavilə, faktura, qablaşdırma siyahısı və digər müşayiətedici sənədlərdə malların real dəyəri 39,384 ABŞ dolları olaraq düzgün göstərilmiş, gömrük bəyannaməsi də məhz bu rəqəmə uyğun şəkildə tərtib olunmuşdur. İranın ixrac bəyannaməsində malların ayrı-ayrı dəyərləri düzgün göstərilsə də, yekun hissədə texniki səbəbdən səhvən 45,158 ABŞ dolları qeyd edilmiş və bu uyğunsuzluq qarşı şirkət tərəfindən aparılmış daxili araşdırma nəticəsində təsdiq olunaraq texniki səhv kimi etiraf edilmiş, üzr bildirilmiş və rəsmi sənədlə təsdiqlənmişdir. Şəxs malların dəyərini gizlətmədən, şəffaf şəkildə bəyan etmiş, dövlət büdcəsinə heç bir zərər vurmamışdır. Nəzərə alınmalıdır ki, bu əməl nə qəsdən törədilib, nə də maliyyə və hüquqi nəticə doğurub. Həmçinin o da qeyd edilməlidir ki, gömrük orqanı tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizasının təyin olunması qərarı yetərli və əsaslı hüquqi dəlillərlə müşayiət edilməmiş, yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarına formal istinadla izah olunmuşdur. Halbuki həmin Plenum qərarının tətbiqi yalnız cinayət təqibi çərçivəsində və malların dəyərinin bilərəkdən az göstərilməsi, sənədlərin saxtalaşdırılması və ya təqdim edilməməsi kimi hallarda – yəni cinayət tərkibi ehtimalını doğuran güclü şübhələr olduqda mümkündür. Mövcud iş üzrə isə bu cür şübhələr doğuracaq heç bir hal aşkar edilməmiş, əksinə, təqdim olunmuş müqavilə, invoys, qablaşdırma siyahısı və gömrük bəyannamələri bir-birini tam şəkildə təsdiq etmiş, qiymət fərqinin səbəbi isə qarşı şirkət tərəfindən rəsmi məktubla texniki uyğunsuzluq kimi izah olunmuşdur. Belə şəraitdə isə ekspertizanın təyin edilməsi kimi tədbirin görülməsi faktiki vəziyyətlə müqayisədə mütənasibsiz olmuşdur. Bu kontekstdə iş üzrə inzibati xəta hadisəsinin tərkib əlamətləri sübut olunmadığından, inzibati icraata xitam verilməsi qanuna uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar