Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4470/2020 22.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PBnin sahə inspektoru, polis baş leytenantı X3, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Goranboy şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi, 3 saylı yataqxanada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində ondan ötrü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, Binəqədi rayonu, Ə.ünvan 3 ünvanında yerləşən binaya məxsus lampaları oğurlamışdır. Törədilmiş inzibati xəta ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon Pİ-nin 5-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən inzibati xəta haqqında xx xxxxxxx 2020-ci il tarixli MN №0647829 saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməklə barəsində inzibati həbs tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir. İnspektor bildirmişdir ki, Quliyev X4 rayonu, Ə.ünvan 3 ünvanında yerləşən binaya məxsus lampaları oğurlamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətdiyi oğurluğu etiraf edərək, spirtli içki aludəçisi olduğunu, hərdən xırda oğurluqlar etdiyini, əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Yalçın Zeynalov tərəfindən qəbul edilmiş X1 müraciəti əsasında toplanmış material üzrə xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Şəxs Binəqədi RPİ-nin 5-ci PB-nin rəisi polis mayoru cənab Cavid İsmayılzadəyə verdiyi yazılı izahatından görünür ki, o, spirtli içki aludəçisi olduğunu, hərdən xırda oğurluqlar etdiyini etiraf etmişdir. Əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli MN №0647829 saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli AZA №000543 saylı İnzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 12:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan məlum olur ki, cinayət işinin başlanması rədd edilmişdir, əməldə İXM-nin 227-ci maddəsinin tərkibi olduğu üçün təqsirkar şəxsin inzibati məsuliyətə cəlb olunması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən Şəxs inzibati qaydada tutulduğu müddət onun həbs müddətinə daxil edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi əməldən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam sübuta yetirilir. Ona görə də, Şəxs Azərbaycan Respubliaksı İXM-nin 227-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. İnzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsini, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs inzibati həbs növündə tənbehin təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların müvəqqəti saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-4470/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4470/2020
22.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver