Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4477/2024 21.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədirliyi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «HƏRBİ VƏTƏNPƏRVƏRLİK VƏ MÜTƏXƏSSİS HAZİRLİĞİ MƏRKƏZİ” MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «HƏRBİ VƏTƏNPƏRVƏRLİK VƏ MÜTƏXƏSSİS HAZİRLİĞİ MƏRKƏZİ” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 469.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən «HƏRBİ VƏTƏNPƏRVƏRLİK VƏ MÜTƏXƏSSİS HAZİRLİĞİ MƏRKƏZİ” MMC barəsində İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, “VAZ 21074” Xüsusi Təlim markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi «HƏRBİ VƏTƏNPƏRVƏRLİK VƏ MÜTƏXƏSSİS HAZİRLİĞİ MƏRKƏZİ” MMC mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamamışdır. Bununla da, «HƏRBİ VƏTƏNPƏRVƏRLİK VƏ MÜTƏXƏSSİS HAZİRLİĞİ MƏRKƏZİ”MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsinin tələbləri pozulmuşdur. Ona görə də, xx.xx.2024-cü il tarixdə «HƏRBİ VƏTƏNPƏRVƏRLİK VƏ MÜTƏXƏSSİS HAZİRLİĞİ MƏRKƏZİ” MMC barəsində İXP ******* saylı inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «HƏRBİ VƏTƏNPƏRVƏRLİK VƏ MÜTƏXƏSSİS HAZİRLİĞİ MƏRKƏZİ” MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 inzibati iş üzrə qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş sənədləri araşdırarq hesab edir ki, «HƏRBİ VƏTƏNPƏRVƏRLİK VƏ MÜTƏXƏSSİS HAZİRLİĞİ MƏRKƏZİ” MMC barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “VAZ 21074” Xüsusi Təlim markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi «HƏRBİ VƏTƏNPƏRVƏRLİK VƏ MÜTƏXƏSSİS HAZİRLİĞİ MƏRKƏZİ” MMC mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan “VAZ 21074” Xüsusi Təlim markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi «HƏRBİ VƏTƏNPƏRVƏRLİK VƏ MÜTƏXƏSSİS HAZİRLİĞİ MƏRKƏZİ” MMC mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamamışdır. Bununla da «HƏRBİ VƏTƏNPƏRVƏRLİK VƏ MÜTƏXƏSSİS HAZİRLİĞİ MƏRKƏZİ” MMC-nin Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs «HƏRBİ VƏTƏNPƏRVƏRLİK VƏ MÜTƏXƏSSİS HAZİRLİĞİ MƏRKƏZİ” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «HƏRBİ VƏTƏNPƏRVƏRLİK VƏ MÜTƏXƏSSİS HAZİRLİĞİ MƏRKƏZİ” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində tərəflər qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-4477/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4477/2024
21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver