Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4496/2025 16.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4cü maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə 216.968 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 03 may 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Şəxs ilə Türkiyə Respublikasında fəaliyyət göstərən “NYA OTOMOTİV İC DİS VE TİC. A.S.” şirkəti arasında xx.xx.2021-ci il tarixdə dəyəri 8000.000 ABŞ dolları olan alğı-satqı müqaviləsi bağlanmışdır. Bundan əlavə xx.xx.2022-ci il tarixdə Şəxs şirkəti ilə X1 fəaliyyət göstərən “BRİDGESTONE MİDDLE EAST & AFRİCA FZE” şirkəti arasında səlahiyyətli, istisnasız olmayan distributor müqaviləsi bağlanmışdır. Hər iki şirkətlə bağlanmış müqavilələrin məqsədi Şəxs tərəfindən vasitəçilik xidmətinin göstərilməsi olmuşdur. Lakin 3 şirkət arasında üçtərəfli müqavilə bağlanmamışdır. Qeyd edilən müqavilə əsasında “NYA OTOMOTİV İC DİS VE TİC. A.S.” şirkəti tərəfindən Şəxs MMC-nin bank hesabına xx.xx.2023-cü il tarixdə 218.100 ABŞ dolları məbləğində vəsait köçürülmüş, vasitəçilik xidməti ilə bağlı müvafiq haqq çıxıldıqdan sonra həmin tarixdə 216.968 ABŞ dolları məbləğində olan pul vəsaiti “BRİDGESTONE MİDDLE EAST & AFRİCA FZE” şirkətinin hesabına köçürülmüşdür. Köçürülmüş məbləğ hesabına alınmış mallar əsasında “NYA OTOMOTİV İC DİS VE TİC. A.S.” şirkətinin ünvanına göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, "xxxx" MMC tərəfindən 216.968 ABŞ dolları məbləğində vəsait "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 216.968 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Qeyd edilən faktla bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, həmin şirkətin hesabına Türkiyə Respublikasında fəaliyyət göstərən “NYA OTOMOTİV İC DİS VE TİC. A.S.” şirkəti tərəfindən 218.100 ABŞ dolları məbləğində vəsait köçürülmüş, 216.968 ABŞ dolları məbləğində olan vəsait xx.xx.2023-cü il tarixdə X1 fəaliyyət göstərən “BRİDGESTONE MİDDLE EAST & AFRİCA FZE” şirkətinin hesabına köçürülmüşdür. Şəxs faktiki olaraq bu halda vasitəçilik xidməti göstərmiş, lakin hər iki şirkətlə bağlanmış müqavilələri vaxtında banka təqdim etməmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, qeyd edilən faktla bağlı texniki səhv olaraq Mərkəzi Bank tərəfindən iki protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, 10/2021-A 210USD nömrəli müqavilədən görünür ki, “NYA OTOMOTİV İC DİS VE TİC. A.S.” şirkəti ilə Şəxs arasında ümumi dəyəri 8000.000 ABŞ dolları olan alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli, TSA BS 25.2.22 nömrəli müqavilədən görünür ki, “BRİDGESTONE MİDDLE EAST & AFRİCA FZE” şirkəti ilə Şəxs arasında səlahiyyətli, istisnasız olmayan distributor müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli, CDATUX********** nömrəli “Köçürmə ərizəsi”ndən görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan 216.968 ABŞ dolları məbləğində pul vəsaiti “BRİDGESTONE MİDDLE EAST & AFRİCA FZE” şirkətinin hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən 216.968 ABŞ dolları məbləğində olan vəsait bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin banka idxal olunan mal və xidmətlər üzrə qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində mal və xidmətin idxalını təsdiq edən sənəd təqdim edilməmişdir. xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə 216.968 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 03 may 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-4437 nömrəli qərarından görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 10 iyun 2025-ci il tarixli, EP ******* nömrəli protokol üzrə qeydə alınmış 3(001)-4437/2025 sıra nömrəli iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 3(001)-4496/2025 sıra nömrəli işə birləşdirilməklə, bir icraatda baxılması qərara alınmışdır. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş bank sənədlərindən görünür ki, Türkiyə Respublikasında fəaliyyət göstərən “NYA OTOMOTİV İC DİS VE TİC. A.S.” şirkəti tərəfindən xx.xx.2021-ci il tarixli, 10/2021-A 210USD nömrəli müqavilə əsasında 218.100 ABŞ dolları məbləğində vəsait 05 may 2023-cü il tarixdə Şəxs bank hesabına köçürülmüşdür. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs bank hesabına distributor müqaviləsi əsasında “NYA OTOMOTİV İC DİS VE TİC. A.S.” şirkəti tərəfindən köçürülmüş 218.100 ABŞ dolları məbləğində vəsaitdən 216.968 ABŞ dolları məbləğində olan vəsait “BRİDGESTONE MİDDLE EAST & AFRİCA FZE” şirkəti ilə bağlanmış alğı-satqı müqaviləsi əsasında həmin şirkətin hesabına köçürülmüşdür. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərardadında göstərilmişdir ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndinə əsasən malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyri- rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı maliyyə köçürmələri tənzimlənmişdir. Belə ki, bu köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir. Vasitəçilik mülki dövriyyə subyekti tərəfindən kontragentlə münasibətlərin üçüncü şəxsin (vasitəçinin) iştirakı ilə qurulmasını nəzərdə tutur. Vasitəçilik münasibətləri müxtəlif müqavilələrlə (ticarət agenti, konsessiya, komissiya, broker müqavilələri) rəsmiləşdirilir. Belə müqavilələr əsasında bir tərəf muzd (haqq) müqabilində digər tərəf qarşısında malların alınması və ya satılması sahəsində, habelə malların müəyyən bazarda yerləşdirilməsinə yönələn öhdəlikləri öz üzərinə götürür. Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən vəsaitin xaricə köçürülməsi ilə bağlı məsələlər Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə tənzimləndiyi halda, kommersiya fəaliyyətində müqavilə üzrə öhdəlik vasitəçilik fəaliyyəti ilə bağlı olduqda malın alınması və ölkəyə daxil edilmədən tranzit ötürülməsi ilə bağlı köçürmələr həmin Qaydaların 4.3.2-1-ci yarımbəndi ilə tənzimlənir. Vasitəçilik fəaliyyəti ilə əlaqədar köçürmələr zamanı alınan malın ölkənin gömrük ərazisinə daxil edilməsi nəzərdə tutulmadığından vasitəçinin malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiqləyən sənədi) təqdim etmək öhdəliyi də mövcud olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətin yaranması şəxsin malların ölkə ərazisinə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiq edən sənədi) təqdim etmək öhdəliyini pozması ilə şərtləndirilir. Bu baxımdan şəxsin fəaliyyəti vasitəçiliklə deyil, müqavilə predmetini təşkil edən malların ölkə ərazisinə idxal edilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar olmalıdır. Bu qəbildən olan işlərə baxılarkən inzibati xətaya görə məsuliyyətə cəlb olunan şəxsin valyuta vəsaitləri ilə həyata keçirdiyi hərəkətlərin və göndərişlərin kimin adından və kimin vəsaiti hesabına həyata keçirilməsi məhkəmələr tərəfindən müəyyənləşdirilməli, müqavilə tərəfləri arasında real vasitəçilik münasibətlərinin olubolmaması, müqavilənin görüntü üçün bağlanıb-bağlanmaması, vasitəçilik haqqında müqavilələrin qabaqcadan banka təhvil verilib-verilməməsi, geri çağırılmayan akkreditiv və bank qarantiyasının olubolmaması araşdırılmalıdır. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3 və ya 4.3.2-1-ci yarımbəndinin tətbiqinin mümkünlüyü məsələsi işin hallarından asılı olaraq iqtisadi münasibətlərin subyektinin fəaliyyətinin konkret müqavilə üzrə vasitəçiliklə bağlı olub-olmamasının, müqavilə tərəflərinin əsl hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsinə əsasən həll olunmalıdır. Əks yanaşma mülki dövriyyə iştirakçılarının hüquqi əsas olmadan inzibati məsuliyyətə cəlb edilməsi və nəticədə onların maliyyə vəziyyətlərinin pisləşməsi, habelə Konstitusiyanın 59-cu maddəsində nəzərdə tutulmuş sahibkarlıq hüquqlarının pozulmasına səbəb ola bilər Göründüyü kimi, Şəxs ilə Türkiyə Respublikasında fəaliyyət göstərən “NYA OTOMOTİV İC DİS VE TİC. A.S.” şirkəti arasında xx.xx.2021-ci il tarixdə dəyəri 8.000.000 ABŞ dolları olan alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan əlavə xx.xx.2022-ci il tarixdə Şəxs şirkəti ilə X1 fəaliyyət göstərən fəaliyyət göstərən “BRİDGESTONE MİDDLE EAST & AFRİCA FZE” şirkəti arasında distributor müqaviləsi bağlanmışdır. Hər iki şirkətlə bağlanmış müqavilələrin məqsədi Şəxs tərəfindən vasitəçilik xidmətinin göstərilməsi olmuşdur. Qeyd edilən alqı-satqı müqaviləsi əsasında “NYA OTOMOTİV İC DİS VE TİC. A.S.” şirkəti tərəfindən Şəxs MMC-nin bank hesabına 218.100 ABŞ dolları məbləğində vəsait daxil olmuş, sonradan həmin vəsaitdən 216.968 ABŞ dolları məbləğində olan vəsait xx.xx.2023-cü il tarixdə “BRİDGESTONE MİDDLE EAST & AFRİCA FZE” şirkətinin hesabına köçürülmüşdür. Köçürülmüş məbləğ hesabına alınmış mallar “NYA OTOMOTİV İC DİS VE TİC. A.S.” şirkətinin ünvanına “BRİDGESTONE MİDDLE EAST & AFRİCA FZE” şirkəti tərəfindən göndərilmişdir. Bu isə onu göstərir ki, xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə 216.968 ABŞ dolları məbləğində olan vəsaitin bank hesabından xaricə köçürməsi və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməməsi, valyuta vəsaitini geri qaytarmaması ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən texniki səhv olaraq eyni inzibati xətaya görə 10 iyun 2025-ci il tarixli, EP ******* nömrəli və xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İXM-in 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Odur ki, məhkəmə eyni inzibati xəta ilə bağlı tərtib edilmiş inzibati xəta haqqında protokollardan xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola üzrə toplanmış işə baxaraq qərar qəbul edilməsini zəruri hesab etmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4496/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4496/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver