Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-451/2023 24.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X6 iclas katibliyi, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin polis baş leytenantı X7, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakı ilə xx.xx.1983-cü il tarixdə Şamaxı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə ilk dəfə evdə 200 manat və sonra Araz marketdə terminaldan 200 manat kartına göndərilməsinə nail olaraq şəxsin etibarından sui-istifadə edərək dələduzluq etmişdir. Onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərara əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Şəxs xx.xx.2022-ci ildə ünvan 3 ünvanda X10 cam balkon düzəldəcəyinə söz vermiş, 500 manat pul almasına baxmayaraq, vədinə əməl etməmişdir. Onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərara əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında 1 epizod üzrə inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, maddi ehtiyacı ucbatından protokollarda göstərilən əməli törətmiş, vətəndaş X3 50 manat qaytarmış yekun olaraq 350 manat maddi ziyan vurmuşdur. Vurduğu ziyanı hələ ödəməmişdir, lakin ərizə təqdim edərək, X4 vurduğu 350 manat maddi ziyanı hissə-hissə, mart ayının 15-dək ödəyəcəyini bildirmişdir. Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı protokolda qeyd edilənlərlə razı olmayaraq qeyd etmişdir ki, xx.xx.2022-ci ildə ünvan 3 ünvanda X8 cam balkon düzəldəcəyi üçün 1500 manat istədiyini vətəndaşın ilkin ödəniş kimi 500 manat ödədiyini, həmin puldan 300 manat pəncərə şüşəsi alınmasına xərclədiyini işi görmək üçün əlavə materiallar lazım olduğundan müştəriyə zəng edərək əlavə pulun lazım olduğunu bildirdiyini, müştərinin isə ancaq işi tam icra etdikdən sonra ona ödəniş edəcəyini bildirmişdir. Daha sonra həmin müştərinin dəvət etdiyi baş bir usta onun 300 manat verib aldığı şüşələri sifariş etdiyi ünvanı öyrənərək gedib götürmüşdür. Onun vətəndaşı aldatmaq niyyətin in olmadığını, günə 20-30 manat pul qazandığını himayəsində azyaşlı uşaqları olduğunu bildirmişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşı məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokollarda göstərilən əməlləri törətmişdir. Onun barəsində həmin əməllərə görə cinayət işinin başlanılması rədd edilmişdir, həmin qərarlar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməllərin törədilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 məhkəmə iclasında bildirmişdir ki, Şəxs işlədiyi mebel sexinə müraciət edərək pəncərə düzəltdirmək istədiyini bildirmişdir. Həmin sex usta kimi Şəxs göndərmişdir. İlk öncə rezini taxması üçün ona 50 manat ödəniş etdiyini, Teymurun həmin işi icra etdiyini, daha sonra pəncərə düzəltmək üçün aldığını qeyd etmişdir. Pulun 200 manatını avqust ayının 24-ü, qalan 200 manatını isə sentyabr ayında onun kartına göndərməklə ödəmişdir. Lakin dəfələrlə axtarmasına və tələb etməsinə baxmayaraq Şəxs pəncərələri düzəltməyə gəlməmişdir. Sonda onun barəsində müvafiq polis bölməsinə şikayət etməyə məcbur olmuşdur. Lakin gənc olmasını, himayəsində azyaşlı uşaqları olmasını və kasıb vəziyyətdə yaşadığını gördükdən sonra ürəyi yumşaldığını və ona vaxt vermək istədiyini, Şəxs inzibati qaydada həbs edilməsini istəmədiyini, mart ayınadək hissə-hissə 350 manat pulu ona qaytarmasını istədiyini qeyd etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq digər zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarındakı xx.xx.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində tutulmuşdur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, ilk dəfə inzibati xəta törətməsini məhkəmə onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə araşdırması zamanı onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol mülki xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2-ci maddəsinə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs ilə X13 arasında podrat müqaviləsindən irəli gələn mülki xarakterli münasibətlər olmuşdur. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində tərtib edilmiş xx.xx.2023cü il tarixli, MN ******* saylı protokol üzrə başlanılmış inzibati xəta üzrə icraata xitam verilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs 1 epizod üzrə inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün məhkəməyə verdiyi izahatı, məhkəməyədək verdiyi yazılı izahatı ilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə şəxsə barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, o cümlədən ona təyin ediləcək inzibati tənbehin islah üçün kifayət edib-etməyəcəyini mütləq şəkildə müəyyən etməlidir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də 160 saat müddətində ictimai işlər növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Belə olan halda Şəxs inzibati qaydada tutulmadan azad olunmalı və X9 məhkəmə baxışı zamanı göstərdiyi hüquqi xidmətə görə 18 manat pul dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs inzibati qaydada tutulmadan azad edilsin. İnzibati tənbeh tədbirinin əvvəli Şəxs ictimai işlərə cəlb olunduğu vaxtdan saatla hesablansın. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. X9 məhkəmə baxışı zamanı göstərdiyi hüquqi xidmətə görə 03 saat əmək haqqının məbləği 18 (on səkkiz) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod-200156, VÖEN- **********, m/h AZ37NABZ********************. S.W.İ.F.T.B.İ.K: AİİBAZ2X, hesab № AZ48AİİB********************, VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-451/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-451/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver