Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-451/2024 20.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-in sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 7-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 20 yanvar 2024-cü ildə gecə saat 01 radələrində ünvan 2 ünvanda polis əməkdaşları – Bakı şəhəri Binəqədi RPİ-in 7-ci PB-in baş əməliyyat müvəkkili polis kapitanı Rüfət Bayramovun, əməliyyat müvəkkili polis leytenantı Məhəmməd Mahmudlunun və sahə inspektoru polis baş leytenantı Məhəmməd Abdurəhimovun qanuni tələblərinə qəsdən məhəl qoymayıb, yüksək səslə nalayiq ifadələr işlətmiş, Bakı şəhəri Binəqədi RPİ-in 7-ci PB-yə getməkdən imtina etməklə tabesizlik göstərmiş, polis bölməsinə aparılması məcburi qaydada təmin edildikdən sonra Bakı şəhəri Binəqədi RPİ-in 7-ci PB-in inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb səs-küy salmaqla polis bölməsinin iş fəaliyyətini pozmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-in sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-in sahə inspektoru, polis baş leytenantı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs 20 yanvar 2024-cü ildə gecə saat 01 radələrində yaşadığı ünvan 2 ünvanda içkili vəziyyətdə arvadı Venera ilə mübahisə yaratdığına görə Venera DİN-in 102 Zəng Xidmətinə müraciət etmişdir. Həmin müraciət əsasında əməliyyat qrupu, yəni polis əməkdaşları – Bakı şəhəri Binəqədi RPİ-in 7-ci PB-in baş əməliyyat müvəkkili polis kapitanı Rüfət Bayramov, əməliyyat müvəkkili polis leytenantı Məhəmməd Mahmudlu və sahə inspektoru polis baş leytenantı Məhəmməd Abdurəhimov dərhal həmin ünvana gəlmişlər. Onlar Şəxs intizama dəvət etsələrdə, o öz aqressiv hərəkətlərini davam etdirmiş, ətrafda yaşayan şəxslərin narahatlığına səbəb olmuşdur. Buna görə polis əməkdaşları onu polis bölməsinə dəvət etmiş, lakin o qanuni tələbə qəsdən məhəl qoymayıb, yüksək səslə nalayiq ifadələr işlətmiş, Bakı şəhəri Binəqədi RPİ-in 7-ci PB-yə getməkdən imtina etməklə tabesizlik göstərmiş, polis bölməsinə aparılması məcburi qaydada təmin edildikdən sonra Bakı şəhəri Binəqədi RPİ-in 7-ci PB-in inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb səs-küy salmaqla polis bölməsinin iş fəaliyyətini pozmuşdur. Şəxs intizamsız davranışını, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabesizlik göstərməsini, polis bölməsinin iş fəaliyyətini pozmasını, polis əməkdaşlarını söyüb təhqir etməsini nəzərə alıb, onun inzibati həbs növündə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 20 yanvar 2024-cü ildə gecə saatlarında sərxoş vəziyyətdə yaşadığı ünvan 2 ünvanda arvadı Venera ilə mübahisəsi yaranmışdır. Buna görə Venera 102 Zəng Xidmətinə zəng etmiş, evə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları onu intizama dəvət etsələr də, onları da söyüb təhqir etmişdir. İçkili olduğu üçün onlara tabesizlik göstərmişdir. Əməlindən peşmandır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayon Binəqədi RPİ-in 7-ci PB-in baş əməliyyat müvəkkili polis kapitanı Rüfət Bayramov, əməliyyat müvəkkili polis leytenantı Məhəmməd Mahmudlu və sahə inspektoru polis baş leytenantı Məhəmməd Abdurəhimovun tərtib etdiyi xx.xx.2024cü il tarixli Raportdan görünür ki, Şəxs 20 yanvar 2024-cü ildə gecə saat 01 radələrində ünvan 2 ünvanda polis əməkdaşları – Bakı şəhəri Binəqədi RPİ-in 7-ci PB-in baş əməliyyat müvəkkili polis kapitanı Rüfət Bayramovun, əməliyyat müvəkkili polis leytenantı Məhəmməd Mahmudlunun və sahə inspektoru polis baş leytenantı Məhəmməd Abdurəhimovun qanuni tələblərinə qəsdən məhəl qoymayıb, yüksək səslə nalayiq ifadələr işlətmiş, Bakı şəhəri Binəqədi RPİ-in 7-ci PB-yə getməkdən imtina etməklə tabesizlik göstərmişdir. Sərxoşluq vəziyyətinin müayinəsinə dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin gün orta dərəcəli sərxoş olmuşdur. İnzibati qaydada tutma haqqında AZA seriyalı № 015237 saylı xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin gün saat 01:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında MN seriyalı № ******* saylı xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı № ******* saylı xx.xx.2024-cü il tarixli protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. “Polis haqqında” qanunun 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Həmin qanunun ikinci hissəsinin birinci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. Eyni qanunun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 33.1.1-ci maddəsinə əsaslanmaqla səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. Heç bir əsaslı səbəb olmadan, ətrafdakı insanlarda həyəcan yaranmasına səbəb olmaqla polis əməkdaşlarına tabesizlik göstərmiş şəxsin cərimə növündə tənbeh edilməsi insanlarda, habelə belə hərəkətlərə məruz qalmış şəxslərdə mənfi emosiyalar doğurur və belə əməli törətmiş şəxsləri qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və onlar tərəfindən yenidən eyni xarakterli inzibati xəta törədilməsinin qarşısını almaq işinə mənfi təsir edir. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh yuxarı həddə təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İXM-nin 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 01:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-451/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-451/2024
20.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver