Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4516/2023 02.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X7, Zərərçəkmiş şəxs X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs X2 məxsus olan 500 ABŞ dolları və 500 manat dəyərində qızıl-zinyət əşyalarını götürüb qaytarmaması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, Şəxs X2 məxsus olan 500 ABŞ dolları və 500 manat dəyərində qızıl-zinyət əşyalarını götürüb qaytarmaması ilə bağlı onun özü tərəfindən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət daxil olmuşdur. Şübhəli bilinən Şəxs saxlanılaraq PB-nə gətirilmişdir. Barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs özünü polis əməkdaşı kimi təqdim edərək ondan pul və qızıl əşyaları alaraq geri qaytarmamışdır. Hazırda ondan şikayətçidir və pulunun və qızıllarının geri qaytarılmasını xahiş edir. Ona təxminən qızılların dəyəri olan- 650 manat və nağd şəkildə verdiyi 500 ABŞ dolları məbləğində ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs izahatında bildirmişdir ki, zərərçəkmiş şəxsi aldatmaq niyyəti olmamışdır. Bu səbəbdən inzibati tənbeh tətbiq edilməməsini xahiş etmişdir. Müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxsin vəziyətini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Beləliklə məhkəməyə təqdim edilmiş protokol üzrə inzibati iş araşdırılarkən, tərəflərin izahatlarında bildirdikləri məlumatlarda Cinayət Məcəlləsinin 178-ci maddəsindəki dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlinin əlamətləri mövcud olur. Belə bir vəziyyətdə məhkəməyə təqdim edilmiş protokolda göstərilən əməllərdə cinayət əlamətlərinin olmasına dəlalət edir. İXM-nin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-nin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. İXM-nin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmçinin iş materiallarındakı xx.xx.2023-cü il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 15:00 radələrində tutulmuşdur. İXM-in 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Göstərilənlərə əsasən şəxsin tutulduğu vaxtdan 48 saat keçmiş və bu hal da nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 05 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və iş üzrə materiallar Binəqədi Rayon Prokuroruna və Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilsin. Qərarın surətinin və inzibati qaydada tutulmuş şəxs Şəxs Binəqədi Rayon Prokuroruna və Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim etmək Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X8 həvalə edilir. Şəxs inzibati qaydada tutulmasının 48 saatının xx.xx.2023-cü il tarixdə saat 15:00 dəqiqədə bitməsi nəzərə alınsın. Şəxs göstərdiyi 05 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-4516/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4516/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver