Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4519/2024 24.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X4 iclas katibliyi, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2024-cü il tarixdə Biləcəri qəsəbəsi, Ozon dairəsi ərazisində polisin qanuni tələblərinə əməl etməyərək tabesizlik göstərmişdir. Buna görə də, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Biləcəri qəsəbəsi,Ozon dairəsi yaxınlığında dostunun maşınına əyləşmiş və dostu gəldikdən sonra nevroloji uşaq xəstəxanasına getmək istəmişdir.O, maşına əyləşdikdən sonra polis əməkdaşları ora yaxınlaşmış və biri ona özünü təqdim etmədən kobud şəkildə maşından enməyini söyləmişdir.O, bunun səbəbini soruşduqda dəfələrcə soruşduqdan sonra ona maşının yük yerində nəsə olduğunu və ona görə yaxınlaşdıqlarını bildirmişdir.Ona maşının yük yerin təqdim etməyini söyləmişdirlər və o da düşüb yük yerini açmışdır.Bu zaman polis əməkdaşları onu zorla maşına mindirmək istəmişdirlər.Bir müharibə veteranı və 2016-cı il aprel döyüşçüsü olaraq həmçinin antiterror əməliyyatlarında iştirak edən döyüşçü olaraq polisin onu söyərək və döyərək maşına mindirməsini və qıraqdan baxanlar olduğunu gördüyü üçün maşına minmək istəməmişdir və polis əməkdaşı onu söyərək, döyərək PPX maşınına mindirmişdir.O, guya rayonlar arası taksi fəaliyyəti ilə məşğul olduğu üçün polis əməkdaşlarının bu cür etdiyini lakin o isə maşını olmadığını həmçinin polislər ona yaxınlaşanda maşında tək oturduğunu, bunun dairədə olan müşahidə kameralarından və digər kameralardan görünə biləcəyini,Polis əməkdaşı Nəcəfzadənin onu 6-cı Polis Bölməsində döyüb təhqir etdiyini və bunun 6-cı Polis Bölməsində olan kameralardan görünə biləcəyini bildirmişdir. Barəsində verilmiş inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 hüquqlarını müdafiə etdiyi şəxs Şəxs barəsində verilmiş inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Biləcəri qəsəbəsi, Ozon dairəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır.Bu səbəbdən Şəxs barəsində məhkəmədən inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Biləcəri qəsəbəsi, Ozon dairəsi adlanan yerin yaxınlığında, qanunsuz sərnişin daşıma ilə bağlı reyd keçirilən zaman Ozon dairəsi yaxınlığında Mercedes 4 göz markalı avto maşının qanunsuz fəaliyyət göstərdiyin aşkar etmişdirlər.Yaxınlaşıb özlərini təqdim etmiş,vətəndaşa törətdiyi inzibati xətanı izah etmiş,o isə maşından enməkdən boyun qaçırmışdır.Vətəndaşla profilaktiki söhbətlər zamanı yenidən qanunsuz olaraq tabesizlik göstərərək,maşından düşməli olduğunu polisin qanuni tələbinə məhəl qoyul törətdiyi inzibati xəta ilə bağlı bölməyə aparılacağı bildirilmişdir.Vətəndaş polisin qanuni tələbinə tabe olmadıqda “Bərdə” rayonunda N saylı hərbi hissədə hərbi polisdə işlədiyini və bölməyə aparılsa belə heç bir protokol cərimə yazılmamasını bildirmişdir.Vətəndaşla profilaktiki söhbətlər aparılsa da vətəndaş həmin yerdən uzaqlaşmağa və “mənə heçnə edə bilməzsiniz” deyə-deyə getməyə başlamışdır.Vətəndaşı avtomaşına əyləşdirən zaman əl-qol hərəkətləri etməyə və polis əməkdaşının yaxasından tutub müqavimət göstərtməyə başlamışdır.Əlavə avto patrul köməyə çağırmışdırlar.Vətəndaşı maşına mindirdikdən sonra vətəndaş həm ictimai yerdə, həm də avto maşında polis əməkdaşlarını təhqir etmiş, hədə-qorxu gəlmiş və nalayiq ifadələr işlətmişdir İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:00 dəqiqədə inzibati qaydada tutulmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən, Şəxs xx.xx.2020-ci il təvəllüdlü X9 adlı və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı 02 azyaşlı uşağı vardır. Məhkəmə Şəxs müharibə veteranı olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin məhkəmə qeyd edir ki, araşdırma zamanı onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Məhkəmə işin həcmini nəzərə alaraq hesab edir ki, X5 müdafiəçi qismində məhkəmə iclasında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 06 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 05 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 36 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs inzibati qaydada tutulmadan azad edilsin. Şəxs göstərdiyi 06 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 36 (otuz altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-4519/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4519/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver