Məhkəmə qərarları › İş №3(001)-4521/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4521/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4521/2024 06.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X9 iclas katibliyi, Şəxs MMC-nin direktoru X10, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X12 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da həmin hüquqi şəxs, İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti tərəfindən MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək araşdırma aparılmışdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokola əsasən X13 xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin rəhbərliyi tərəfindən AR Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin direktoru X17 məhkəməyə verdiyi izahatında Şəxs MMC barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O, X14 Mehdiyeva Günayın əməliyyatında iştirak etmədiyiini, müalicə həkimi kimi klinikaya gələrək xəstənin səhhəti ilə maraqlandığını, əməliyyat günü klinikada oturaraq onun gözlədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X21 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Şəxs MMC İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Onun barəsində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti tərəfindən MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokol tərtib olunmuşdur. Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və tədqiq edilən: xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Səhiyyə Nazirliyi Analitik X26 Nəzarət Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə saat 12:55-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus müəssisədə plandankənar yoxlama keçirilən zaman sertifikatsız “kosmetoloq” fəaliyyəti ilə məşğul olma faktı aşkarlanmışdır. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Binəqədi rayon prokurorluğunda aparılmış araşdırma zamanı həkim mama-ginekoloqlar X22, X11 və X4 müəssisədə əmək müqaviləsi olmadan xəstə X7 müayinə və müalicəsində iştirakı müəyyən edilmişdir. Bununla yanaşı, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən Şəxs MMC-yə məxsus müəssisədə plandankənar yoxlama keçirilən zaman sənədlərin araşdırılması zamanı müəssisə tərəfindən X7 adına xx.xx.2024-cü il tarixində verilmiş epikrizdə adları qeyd olunan əməkdaşların (X22) ad və soyadları müəyyən edilmişdir. Bu şəxslərə dair əmək müqavilələri yoxlamaya təqdim olunmamışdır. Şəxs MMC tərəfindən verilmiş epikrizdə göstərilmişdir ki, X7 müalicə həkimi kimi X13, X4, X6 adları qeyd olunmuşdur. Şəxs MMC-nin labarotoriyasında X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli bioyimyəvi analizin, o cümlədən koaquloqramma cavablarında da həkimin adı kimi X20 qeyd olunmuşdur. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta hadisəsi baş vermişdir. Belə ki, iş materiallarında olan MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokoldan, X22, X11 və X4 və X7 izahatlarından, X7 adına xx.xx.2024-cü il tarixində verilmiş ekiprizdən görünür ki, X22 Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon prokurorluğunda X7 müraciəti ilə başlanılmış araşdırma materiallarında olan şikayətin surətindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə abdominoplastika əməliyyatının uğursuz olduğunu, həmin plastik əməliyyatı X22, X11 və X5 icra etdiyini, plastik əməliyyatın ödənişini X1 birbaşa (2600 manat) köçürmüşdür. Binəqədi rayon prokurorluğunda araşdırma aparılan zaman X22 2600 manat deyil, 2000 manat pulun onun kartına köçürülməsini qəbul etmiş, lakin həmin pulu nağdlaşdıraraq Nigar Məlikqasımovaya verdiyini bildirmiş, xəstənin şikayətlərindən sonra sonuncuya xərcləməsi üçün 300 manat göndərdiyini bildirmişdir. Lakin iş materiallarında olan izahatlarla müəyyən edilir ki, Günay Mehdiyevanın plastik əməliyyatı həyata keçirtməsindən narazı olduğu digər iki həkim, yəni Nigar Məlikqasımova və Samirə Əkbərbəyova abdominoplastika əməliyyatını 4-nün, yəni Xatirə Həsənova, özləri və Seymur Məmmədovun icra etdiklərini bildirmişdirlər. Məhkəmə iş materiallarında olan X14 izahatını, o cümlədən hüquqi şəxsin nümayəndəsinin izahatını işin faktiki hallarına uyğun olmayan, fiziki və hüquqi şəxsin məsuliyyətdən yayınması məqsədi daşıyan ifadələr kimi qiymətləndirərək onlara tənqidi yanaşır və hesab edir ki, X2 Günay Məhəmməd qızına abdominoplastika əməliyyatını icra etməklə hüquqi şəxs tərəfindən əmək müqaviləsi bağlanılmadan əmək fəaliyyətinə cəlb edilmiş, müəyyən işlərin görülməsini təmin etmişdir. Bununla da Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1 və 33-cü maddələrinə əsasən işçilərlə işəgötürənlər arasında yaranan münasibətləri, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavvilə əmək müqaviləsi adlanır. Həmin Məcəllənin 7-ci maddəsinə görə; İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən: Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər, tərəflərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə hüquqi şəxsə İXM-nin 192.1ci maddəsinin sanksiyası daxilində ən yüngül həddə cərimə cəzası təyin edilməsini məqəsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar