Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-453/2024 06.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi X1 iclas katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün "xxxx" MMC-nin İXM-nin 447.0.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material daxil olmuşdur. İnzibati xəta haqqında material onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən qanunvericiliklə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərt zəmanət talonuna (müqaviləyə) daxil edilmişdir. Bununla da, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.9-cu maddəsinin tələbləri pozulmuşdur. Bu səbəbdən barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol qanuni və əsaslı olduğundan MMC barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi hüquqi şəxsin təqsiri olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O qeyd etmişdir ki, Şəxs MMC tərəfindən istehlakçılarla bağlanan alğı-satqı müqavilələrində ayrıayrılıqda hər bir məişət avadanlığı və texnika üçün qarantiya müddəti müəyyən edilir, müvafiq qarantiya müddəti əşyanın alıcıya verildiyi məqamdan hesablanır. Zəmanət talonlarında hər bir mal üçün zəmanət xidmətinin müddəti müəyyən edilir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdırarq hesab edir ki, "xxxx" MMC barəsində tərtib olunmuş material əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan surətindən görünür ki, "xxxx" MMC tərəfindən qanunvericiliklə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərt zəmanət talonuna (müqaviləyə) daxil edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan "xxxx" MMC tərəfindən qanunvericiliklə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərt zəmanət talonuna (müqaviləyə) daxil edilmişdir. Bununla da MMC-nin Azərbaycan Respublikası İXM-in 447.0.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 4000 (dörd min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-453/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-453/2024
06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver