Məhkəmə qərarları › İş №3(001)-4538/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4538/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4538/2024 28.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X14 bildirmişdir ki, X3 Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlandığı müraciətlər aidiyyəti üzrə araşdırılması üçün X11 Xidmətinin Bakı şəhər İdarəsinə daxil olmuşdur. Belə ki, əmək müqaviləsi bildirişindən açıq-aydın görünür ki, Samir Məmmədovun işə başlama tarixi xx.xx.2022-ci ildir, amma sistemə daxil edilmə tarixi isə xx.xx.2022-ci ildir. Qanunvericiliyə görə əmək müqaviləsi qüvvəyə minmədən işçi işləməyə başlaya bilməz. Bundan başqa, həmin şirkətin mühasibatlığında işləyən Fidan Cəfərli adlı xanımın izahat formasında teleqramı quruma daxil olmuşdur. Nurlan Aslanov adlı təcrübə keçən tələbə və Samir Məmmədovun özü şahidlik edmişlər ki, Samir Məmmədov əmək müqaviləsi olmadan işə cəlb olunmuşdur. Həmin teleqram məhkəməyə təqdim edilmişdir. Əlavə sübut kimi isə həmin müəssisənin rəhbəri ilə Samir Məmmədov arasında “vatsap” yazışmaları var. Həmçinin, Samir Məmmədov əmək müqaviləsinə xitam veriləndən sonra da işə cəlb olunmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X6 bildirmişdir ki, X9 ilə qanunvericiliyin tələblərinə uyğun əmək müqaviləsi bağlanmış və daha sonra sonuncu ilə əmək münasibətlərinə xitam verilmişdir. Fərz etsək ki, hətta 2022-ci ildə Samir Məmmədovun iddia etdiyi əmək müqaviləsi 5-6 gün gec bağlanıb, İXM-in 38.1-ci maddəsi əsas götürülərək, hazırkı əsassız inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bununla yanaşı, Samir Məmmədov iddiasını şahid ifadəsi ilə gücləndirməyə çalışmışdır. Yalnız şahid ifadəsinə əsaslanaraq pozuntunun tanınması Avropa İnsan Hüquqları Məhkəməsində formalaşmış hüquqi mövqeyə əsasən “ədalətli məhkəmə araşdırması” hüququnun kobud pozuntu hesab edilir. Belə ki, Əl-Xavaya və X4rşı işində Avropa İnsan Hüquqları Məhkəməsinin tərəfindən qəbul edilmiş qərarda qeyd edilir ki, “...ittiham hökmü yalnız və ya həlledici dərəcədə məhkəmə iclasında iştirak etməyən şahidin ifadəsinə əsaslanıbsa və istər ibtidai istintaq, istərsə də məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin həmin şahidi şəxsən və ya vəkili vasitəsilə dindirməsinə imkan yaradıİmayıbsa, adətən bu hal 6-cı maddədə nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması tələblərinə zidd sayılır ("hökmün yalnız və ye həlledici dərəcədə məhkəmə iclasında iştirak etməyən şahidin ifadəsinə əsaslanmasının yolverilməzliyi haqqınc qayda"). ...ittiham hökmü yalnız və ya həlledici dərəcədə məhkəmə iclasında iştirak etməyən şahidin ifadəsinə əsaslanıbsa, Məhkəmə həmin məhkəmə iclasının ədalətliliyini ciddi şəkildə araşdırmalıdır. Belə ifadənin sübut qismində qəbulu riskli olduğuna görə, balanslaşdırma məqsədi üçün bu araşdırma çox mühüm amildir və balans təmin edilməsi üçün kifayət qədər amillərin, o cümlədən ciddi prosessual təminatların olması tələb olunur. Hər bir işdə cavablandırılmalı olan sual bundan ibarətdir ki, kifayət qədər balanslaşdırıcı amillər var idimi, o cümlədən sübutun etibarlılığının ədalətli və düzgün qiymətləndirilməsinə imkan verən tədbirlər görülmüşdümü?” Qeyd olunanlara əsaslanaraq, şahidin məhkəmə iclasına dəvət edilməsi və məhkəmə iclasında dindirilməsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X13 bildirmişdir ki, Samir Məmmədov Şəxs MMC-də əmək hüquqlarının pozulması ilə bağlı ilk öncə prokurorluq orqanlarına müraciət etmişdir. Prokurorluq orqanından da Əmək müfəttişliyinə aidiyyətı üzrə material daxil olmuşdur. Həmin material əsasında araşdırma aparılmış, araşdırma zamanı hər iki tərəfə sənədlərin əmək müfəttişliyinə təqdim edilməsi ilə bağlı bildiriş göndərilmişdir. Samir Məmmədov bank hesabından çıxarışlarını, həmçinin “votsap” yazışmalarını təqdim etmişdir. Eyni zamanda Fidan Cəfərlinin əmək müfəttişliyinə ünvanladığı teleqram var ki, Fidan xanım da Şəxs MMC-də baş mühasib işlədiyini və Samir Məmmədovun həmin şirkətdə əmək müqaviləsi olmadan 24 saatlıq iş rejimi ilə işlədiyini təsdiq etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Xanım Abbasova Şəxs MMC-də maliyyə şöbəsində işləmişdir. Xanım Abbasovanın Şəxs MMC-də hansı vəzifədə işləməsi barədə onun dəqiq məlumatı yoxdur. O, Xanım Abbasova ilə Samir Məmmədovun birbirilə hansı münasibətdə olmasını bilməmişdir. X20 müfəttişliyinə teleqram ünvanlayaraq, baş mühasib Fidan Cəfərlinin yanında təcrübədə olduğu dövrdə orada Samir Məmmədovun mühafizəçi işlədiyini qeyd etmişdir. Nurlan Aslanovun Şəxs MMC-də təcrübə keçməsi ilə bağlı onlarda rəsmi sübut olmamışdır. Samir Məmmədov “votsap” qrupundan 2023-cü ilin iyul ayında çıxarılmış, daha sonra yenidən qrupa qaytarılmışdır. 2023-cü ilin oktyabr noyabr aylarında Samir Məmmədovun həmin qrupda işlərlə bağlı yazışmaları mövcuddur. Bundan başqa Samir Məmmədov tərəfindən bank çıxarışları təqdim olunmuş, həmin çıxarışlarda sonuncu ödəniş onun kart hesabına 2023-cü ilin iyul ayında daxil olmuşdur. Bundan sonra kart hesabına ödənişlər edilməmişdir. Odur ki, məhkəmədən Şəxs MMC Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində müvafiq qərarın qəbul edilməsini xahiş edirəm. Məhkəmə iclasında , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X6 bildirmişdir ki, 2022-ci ildə olan pozuntu ilə bağlı 1 illik müddət keçmişdir. Şahid qismində dəvət olunan X17 Məmmədovun həyat yoldaşıdır, bundan başqa birbaşa maliyyə direktorudur, vəzifəli şəxsdir. Əgər belə bir pozuntu varı idisə, niyə görə Xanım Abbasova ilə bağlı tədbir görülməmişdir. “Votsap” yazışmalarının isə nə qədər mötəbər olması məlum deyildir. Digər tərəfdən isə Fidan Cəfərli şahid qismində dəvət edilməli idi, lakin şahid məhkəməyə dəvət edilməmişdir. Bu vaxta qədər bir şahid olmuş, o şahidlə bağlı onlar münasibət bildirə bilməmişlər. Nurlan Abbaslının da Şəxs MMC ilə bağlılığı barədə rəsmi sənəd yoxdur. Ona görə də Nurlan Abbaslının teleqramının sübut kimi nəzərə alınmamasını xahiş etmişdir. O, məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X9 bildirmişdir ki, o, Şəxs MMC-də cəmi 1 il işləmiş, daha sonra onun yerinə yeni işçi gəldiyinə görə o, işdən çıxmışdır. Onunla bağlanmış əmək müqaviləsinə 2023-cü ilin iyul ayında xitam verilmişdir. O, 3 ay işsiz qalmış, daha sonra onu həmin MMC-yə dəvət etmiş və əmək müqaviləsi olmadan işləməyi təklif etmişlər. O, həmin MMC-də 5 ay əmək müqaviləsi olmadan gözətçi işləmişdir. Bu müddətdə 500 manat əmək haqqı almış və əmək haqqı ona nağd şəkildə verilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, X18 xanımın tələbəsi olmuş, yanında təcrübə keçmişdir. O, şirkətdə əmək müqaviləsi olmadan işləyən zaman Nurlan da orada olmuşdur. Xanım Abbasova onun həyat yoldaşıdır və həmin şirkətdə işləmişdir. O, şirkətdə Qarabağ qazisinin yerinə 1 il 1 ay əmək müqaviləsi ilə işləmişdir. Həmin şəxs işinə qayıdanda o, işdən çıxarılmışdır. O, əmək müqaviləsi ilə işləyən vaxtlarda da həyat yoldaşı orada işləmişdir. Həyat yoldaşı ilə o, eyni vaxtda işdən çıxmışlar. Onun əmək müqaviləsinə xitam verilən zaman işsizlikdən sığorta haqqı almamışdır. Onun balansına 500 manat pul köçürülmüşdür. Lakin Şəxs MMC-nin direktoru Kənan ona demişdir ki, pul onlara çatmalıdır. O, da həmin pulu Kənanın kartına göndərmişdir. O, işsiz kimi qeydiyyata düşməmiş və müavinət də almamışdır. O, əmək müqaviləsi olmadan 5 ay işləmiş, 5 ay işlədiyi dövrdə 3 ayın əmək haqqını almış, 2 ayın əmək haqqı isə ona ödənilməmişdir. O, şirkətdə 24 saat işləmiş, oradan çıxandan sonra şikayət etdiyinə görə 1 sutkalıq iş rejimini ləğv edilmişdir. Ona nağd şəkildə əmək haqqı verildiyinə görə əmək müqaviləsi olmadan işləməyə razı olmuşdur. 2023-cü ilin iyul ayında onunla əmək müqaviləsinə xitam verilmiş, 3 ay sonra yenidən 5 ay əmək müqaviləsi olmadan işləməyə başlamış, fevral ayında işdən çıxmışdır. Məhkəmə iclasında şahid X1 bildirmişdir ki, o, Şəxs MMC-də 2021-ci ildən 2024-cü ilin fevral ayına qədər rəsmi işləmişdir. Həmin dövrdə həyat yoldaşı Samir Məmmədov da həmin MMC-də işləmişdir. Samirin əmək müqaviləsinə 2023-cü ilin iyul ayında xitam verilmişdir. Samirin əmək müqaviləsinə xitam veriləndə sonuncuya işsizlik müavinəti alması üçün ixtisarla işdən çıxarılcağını demişlər. Samirin kart hesabına işsizlik müavinəti kimi 500 manat pul köçürülmüşdür. Lakin Şəxs MMC-nin direktoru Kənan bəy Samirə həmin məbləği kartına köçürməsini demiş, Samir də pulu Kənan bəyin kartına köçürtmüşdür. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şəxs MMC-dən Samiri oktyabr ayında işləməyə dəvət etmişlər. Samir 2022-ci ilin oktyabr ayından 2023-cü ilin fevral ayına qədər orada əmək müqaviləsi olmadan işləmişdir. Samirə 1 ay işləyəndən sonra əmək müqaviləsi bağlayacaqları ilə bağ vəd vermiş, lakin əmək müqaviləsi bağlanmamışdır. Onlar bununla bağlı dəfələrlə şirkətə müraciət etsələr də nəticəsi olmamışdır. Fidan da həmin şirkətdə işləmiş, hazırda analıq məzuniyyətinə çıxmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli teleqramdan görünür ki, Şəxs MMC-də baş mühasib vəzifəsində işləyən X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək bildirmişdir ki, X9 Şəxs MMC-də əmək müqaviləsi olmadan 24 saatlıq iş rejimi ilə işləmişdir. Sami Məmmədova ödənişlər nağd şəkildə ödənilmişdir. Samir Məmmədova qarşı əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Elektron məhkəmə portal çıxarışından görünür ki, VÖEN nömrəsi ********** olan Şəxs hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 4C ünvanında yerləşir. X9 istifadəsində olan kart hesabından çıxarışdan görünür ki, həmin hesaba xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək haqqı köçürülmüşdür. X3 istifadəsində olan mobil telefon nömrəsinin daxil edildiyi “Votsap” sosial şəbəkəsində yaradılmış qrupda aparılmış yazışmalardan görünür ki, həmin qrupda Şəxs MMC-də iş fəaliyyəti ilə bağlı yazışmalar aparılmış, 2023-cü ilin oktyabr ayından 2024-cü ilin fevral ayına kimi aparılmış yazışmalarda Samir Məmmədov da iştirak etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında toplanmış iş materialını tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmədə toplanmış sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə tədqiq edilmiş iş materiallarından və toplanmış sübutlardan müəyyən edilmişdir ki, X9 2023-cü ilin oktyabr ayından 2024-cü ilin fevral ayına kimi Şəxsndə əmək müqaviləsi olmadan mühafizəçi vəzifəsində işləmişdir. Həmin fakt X3 məhkəmə iclasında verdiyi izahat və inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmış, lakin cəmiyyət tərəfindən qeyd olunan halı təkzib edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Digər tərifdən qeyd edilməlidir ki, işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir, işəgötürən isə tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Göründüyü kimi, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin mövcud olması və bu münasibətlərdən irəli gələn hüquq və vəzifələrin yaranması üçün əmək müqaviləsinin bağlanması mühüm şərtdir. Bundan başqa iş materiallarında olan X3 istifadəsində olan bank kart hesabından çıxarışdan, “Votsap” sosial şəbəkəsində aparılmış yazışmalardan görünür ki, Samir Məmmədov 2023-cü ilin oktyabr ayından 2024-cü ilin fevral ayına kimi Şəxsndə işlərin görülməsinə cəlb edilsə də, onunla əmək müqaviləsi bağlanmamış, əmək haqqı bank hesabına köçürülməmişdir. Qeyd olunan xüsusatlar Şəxs əməlində Əmək qanunvericiliyinin pozulmasına mövcudluğuna dəlalət edir. Ona görə də məhkəmə, Şəxs İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 3-cü hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 31.3-cü maddəsinə əsasən, Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən nzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, hüquqi şəxs qismində barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar