Məhkəmə qərarları › İş №3(001)-454/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-454/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-454/2023 08.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, X1, Qərarından şikayət verilən orqan Bakı şəhər Binəqədi RPİ-nin X15 Şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, X2 tərəfindən Binəqədi Rayon Polis İdarəsi X15 Şöbəsinin polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Binəqədi Rayon Polis İdarəsi X15 Şöbəsinin polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 18 yanvar 2023-cü il tarixdə idarə etdiyi ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi rayonu istiqamətində hərəkət edən zaman icazə olan qırıq xətdən sola dönmək üçün sol qabaq işığı yandırmış, daha sonra hərəkətə başlamışdır. Arxa tərəfdə “Hyundai Azera” minik markalı, ** MO *** dövlət qeydiyyat nişanlı avtomobil qadağan olan zolaqla əks istiqamətə çıxaraq onu qabaq sol tərəfdən vurmuşdur. “Hyundai Azera” minik markalı, ** MO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü çox yüksək sürətlə hərkət etdiyi üçün onu, daha sonra 20 metr hündürlükdə olan divarı aşırmışdır. Həmin avtomobilin sürücüsü ona vurulmuş ziyanın qarşılığında 1000 manat pul təklif etmişdir. Lakin, o razılaşmadıqda həmin pulu yol polisinə verəcəklərini bildirmişdir. Hadisə yerinə yol polisi əməkdaşı X7 gəlmiş və onun barəsində əsassız olaraq İXM-in 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol hadisəsi nəticəsində onun maşınına dəymiş ziyan məbləği 2000 manatdan çoxdur. Məhkəmə iclasında iştirak edən X2 şikayətin dəlillərini müdafiə edərək, məhkəməyə yolnəqliyyat hadisəsinin baş verməsindən sonra avtomobillərin vəziyyətini əks etdirən fotoşəkilləri təqdim edərək bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi onun təqsiri üzündən baş verməmişdir, belə ki, “Hyundai Azera” minik markalı, ** MO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü əks hərəkət zolağı iilə hərəkət etmişdir və hadisə onun təqsiri ucbatından baş vermişdir. Buna baxmayaraq, inzibati xəta haqqında protokol onun barəsində tərtib edilmişdir, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla razı deyil, onun tərəfindən yol-hərəkəti qaydalarının pozulmadığını, baş-vermiş yol-nəqliyyat hadisəsində təqsirinin olmadığını bildirərək verilmiş şikayətin təmin edilməsi, barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qərarından şikayət verilən orqanın Bakı şəhər Binəqədi RPİ-nin X15 Şöbəsinin nümayəndəsi X8 şikayətin dəlillərinə münasibət bildirərək, məhkəməyə X6 barəsində İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair protokolun və 19 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş sənədləri, eyni zamanda yol-nəqliyyat hadisəsinin baş verməsini əks etdirən sxemi təqdim edərək bildirmişdir ki, həmin sxemdən də göründüyü kimi yolnəqliyyat hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi deyilən yolda baş vermişdir. Həmin yol iki tərəfli hərəkət üçün nəzərdə tutulmuşdur. “Yol-hərəkəti haqqında” qanunun 42.1-ci maddəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Qanunverciliyin bu tələbinin əksinə olaraq, **-BB-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200” minik markalı avtomobili idarə edən X6 yerdəyişmədən öncə təhlükəsiz manevr etməli olduğu halda, hərəkət etdiyi sağ zolaqdan sol zolağa yerdəyişmə edən zaman hərəkət zolağının sol tərəfi ilə hərəkət edən bütün avtomobillərə, yol verdikən sol hərəkət zolağına yerdəyişmə etməli olduğu halda, sol hərəkət zolağı ilə hərəkətdə olan nəqliyyat vasitəsini gözləmədən sağ hərəkət zolağından sol hərəkət zolağına doğru yerdəyişmə etmiş, nəticədə hərəkət edən “Hyundai Azera” minik markalı avtomobil X3 idarə etdiyi “Mercedes Benz E200” minik markalı avtomobil ilə toqquşmuşdur. Bu isə bir daha onu təsdiq edir ki, şikayətçinin şikayət rizəsində göstərdiyi bütün dəlillər əsassızdır. Göstərilənlərin nəzərə alınmasını və xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dar verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi Rayon Polis İdarəsi X15 Şöbəsinin polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 tərəfindən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Binəqədi Rayon Polis İdarəsi X15 Şöbəsinin polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə olunmuşdur. AD 226806 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E200” minik markalı, ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətindədir. AC 049953 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsi verilmişdir. AC 142419 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixə kimi sürücülük vəsiqəsi verilmişdir. AD 792251 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Azera” minik markalı, ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X16mirzə oğlunun xüsusi mülkiyyətindədir. 09 aprel 2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, “Hyundai Azera” minik markalı, ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ X16-mirzə oğlu tərəfindən X9 ötürülmüşdür. Yol-hərəkəti haqqında qanunun 42.1-ci maddəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında X3 şikayət ərizəsi inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə, qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, ** BB *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200” minik markalı avtomobili idarə edən X6 hərəkət etdiyi sağ hərəkət zolağından sol hərəkət zolağına yerdəyişmə edən zaman yerdəyişmədən öncə təhlükəsiz manevr etməli olduğu-yəni hərəkət zolağının sol tərəfi ilə hərəkət edən bütün avtomobillərə yol verdikən sonra sol hərəkət zolağına yerdəyişmə etməli olduğu halda, sol hərəkət zolağı ilə hərəkətdə olan “Hyundai Azera” minik markalı, ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini gözləmədən sol hərəkət zolağına doğru yerdəyişmə edən zaman hərəkət edən “Hyundai Azera” minik markalı avtomobil X3 idarə etdiyi “Mercedes Benz E200” minik markalı avtomobil ilə toqquşmuşdur. Göründüyü kimi X6 tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələbləri pozulmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Beləliklə, İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta X6 tərəfindən həqiqətən törədilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X3 şikayətdə göstərdiyi xüsusatlar barəsində Binəqədi Rayon Polis İdarəsi X15 Şöbəsinin polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X6 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Binəqədi Rayon Polis İdarəsi X15 Şöbəsinin polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X3 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Binəqədi Rayon Polis İdarəsi X15 Şöbəsinin inspektoru, polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar