Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4540/2024 26.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bağırlı Günay Suliddin qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X14 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X13, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı protokol və həmin protokola əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X10 "xxxx" MMC-yə müraciət edərək, onu MMC-də “Qəlibçi usta” vəzifəsinə işə qəbul etməsini xahiş etmiş və xx.xx.2024-cü il tarixdə onunla əmək müqaviləsi bağlanmışdır.Tərəflər arasında bağlanmış əmək müqaviləsi həmin gün yəni xx.xx.2024-cü il tarixdə ümumi sistemə yerləşdirilmiş və bununla əlaqədar olaraq, 7KA4CHQ000200 saylı Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi yaradılmışdır.Bundan sonra X10 işə başladığı gün ona aid olmayan və heç bir məsul şəxs tərəfindən ona tapşırılmadığı halda o, özbaşına laqondanı götürmüş nəsə kəsmək istədiyi zaman alətdən düzgün istifadə edə bilmədiyi üçün əlinə xəsarət yetirmişdir. Dolayısı ilə X10 vəzifə borcu dairəsinə aid olmayan ona tapşırılmamış işi görmək istədiyi zaman özü özünə xəsarət yetirmişdir.Buna baxmayaraq, X8 tərəflərindən bütün zəruri tibbi yardımlar göstərilmiş və tələb olunan dərman vasitələri ilə təmin edilmişdir.Baş verən hadisədə "xxxx" MMC-nin və onun vəzifəli şəxslərinin hər hansı bir təqsirinin olmamasını bildiyi üçün X6 nə MMC-yə nə da hər hansı bir məhsul şəxsə qarşı şikayəti yoxdur. Məsələ ilə əlaqədar araşdırma aparan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X14 xidməti Abşeron–Xızı regional şöbəsi xx.xx.2024-cü il tarixdə baş verən hadisəni araşdırarkən belə qənaətə gəlmişdir ki, "xxxx" MMC X10 ilə əmək müqaviləsi bağlamadan onu işə buraxmaqla Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərini pozduğundan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən "xxxx" MMC hüquqi şəxs kimi, X9 isə vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmalıdır.Bunun nəticəsi olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X14 Xidməti Abşeron–Xızı regional şöbəsi "xxxx" MMC barəsində xx.xx.2024-cü il tarixli, MN №1933811 saylı inzibati xəta haqqında protokol və xx.xx.2024-cü il tarixli, MN №0047966 saylı İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə Qərar, X9 barəsində isə xx.xx.2024-cü il tarixli, MN №1933810 saylı inzibati xəta haqqında protokol və xx.xx.2024-cü il tarixli, MN №1612432 saylı İnzibati tənbeh vermə haqqında Qərar tərtib olunmuşdur. İlk növbədə bunu bildirir ki, X10 xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə müraciət edərək, onu MMC-də “Qəlibçi usta” vəzifəsinə işə qəbul etməsini xahiş etmiş və xx.xx.2024-cü il tarixdə onunla əmək müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsi həmin gün yəni xx.xx.2024-cü il tarixdə ümumi sistemə yerləşdirilmiş və bununla əlaqədar olaraq, 7KA4CHQ000200 saylı Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi yaradılmışdır. Məhz bundan sonra o, işə buraxılmışdır. Güründüyü kimi əmək müfəttişliyinin gəldiyi nəticə heç də, həqiqəti özündə əks etdirmir. Bundan başqa X9 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN №1933810 saylı inzibati xəta haqqında protokoldan gürünür ki, guya o, müfəttişliyə dəvət olunduqdan sonra həmin gün orada iştirak etməmişdir.Lakin qeyd edir ki, bu məlumat tamamilə yanlışdır.Belə ki, onlar həmin gün müfəttişlikdə olmuşlar onlarla şifahi danışıqlar aparıldıqdan sonra ona heç bir məlumat vermədən işin bitdiyini və gedə biləcəkləri barədə məlumat verilmişdir.Yəni onlar orada olarkən onlardan hər hansı bir izahat alınmamışdır. Dolayısı ilə onun barəsində tərtib olunan xx.xx.2024-cü il tarixli, MN №1933810 saylı inzibati xəta haqqında protokol və xx.xx.2024-cü il tarixli, MN №1612432 saylı İnzibati tənbeh vermə haqqında Qərardan yalnız Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ələddin Hüseynov tərəfindən ona zəng gəldikdən sonra məlumatlı olmuşdur.Şikayətçi qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X14 Xidmətinin nümayəndəsi X18 bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X10 əmək müqaviləsi olmadan “Qəlibçi usta” vəzifəsinə işə qəbul edilmişdir. Belə ki, xəsarət alan, yəni X10 xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə müraciət edərək, onu MMC-də “Qəlibçi usta” vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. Həmin gün müraciətə cavab olaraq onun işə götürüləcəyi barədə məlumat verilmişdir. Lakin "xxxx" MMC X10 ilə əmək müqaviləsi bağlamadan onu işə buraxmaqla Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbini pozmuşdur. Bunun nəticəsi olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X14 xidməti Abşeron–Xızı regional şöbəsi "xxxx" MMC barəsində xx.xx.2024-cü il tarixli, MN №1933811 saylı inzibati xəta haqqında protokol və xx.xx.2024-cü il tarixli, MN №0047966 saylı İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə Qərar, X9 barəsində isə xx.xx.2024-cü il tarixli, MN №1933810 saylı inzibati xəta haqqında protokol və xx.xx.2024-cü il tarixli, MN №1612432 saylı İnzibati tənbeh vermə haqqında Qərar tərtib olunmuşdur. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsinə əsasən "xxxx" MMC hüquqi şəxs kimi, X9 isə vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmalıdır. Göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X9 tərəfindən verilmiş şikayət tam əsassızdır. Odur ki, göstərilənləri nəzərə alaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X9 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X14 xidməti Abşeron–Xızı regional şöbəsinin X9 barəsində tərtib etdiyi xx.xx.2024-cü il tarixli MN №1933810 saylı protokol və həmin protokola əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN №1612432 saylı qərar qanunsuz olduğundan həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, X9 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(007)-2661/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, X10 xx.xx.2024-cü il tarixdə iş zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdir. Xəstəxanada olan zaman xəsarətlə bağlı polis əməkdaşlarına məlumat verilmiş, bu məlumatdan sonra həmin gün "xxxx" MMC ilə X10 arasında əmək müqaviləsi bağlanılmışdır. Buradan məlum olur ki, Nerj Aləmi” MMC ilə X10 arasında əmək müqaviləsi vaxtında bağlanmamışdır və o, əmək müqaviləsi olmadan işə cəlb edilmişdir. X4 xəsarət alaraq xəstəxanaya çatdırılmasa idi, əmək müqaviləsi hələ də bağlanmamış olacaqdı. Buna görə də məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət əsassızdır və təmin edilməməlidir. Göründüyü kimi vəzifəli şəxs X9 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapdığı halda X9 tərəfindən qeyd edilən inzibati xətanın törədilməməsi ilə bağlı ərizəsində qeyd edilənlərin əsassız olduğu müəyyən edilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X10 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və bununla da X11 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X11 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə əsaslı olaraq xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X5 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-4540/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4540/2024
26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver