Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4543/2023 04.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, X2 inzibati xəta haqında iş üzrə qərardan verdiyi şikayətə dair inzibati işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: X7 İstismarı İdarəsinin rəisi X3 onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarından Şəki Rayon Məhkəməsinə şikayət vermişdir. Lakin həmin şikayət Şəki Rayon Məhkəməsinin 3(075)-894/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində Şəki Rayon Məhkəməsinin qərardadında qeyd edilənlərlə fikir ayrılığı yaranır. Belə ki, Şəki Rayon Məhkəməsi hesab etmişdir ki, X2 qeydiyyat ünvanı ünvan 2 hazırkı inzibati xəta haqqında protokola Şəki Rayon Məhkəməsi tərəfindən deyil, X2 qeydiyyat ünvanına əsasən aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Şəki Rayon Məhkəməsi qərarında İXM-nin 129.1.3-cü maddəsinə istinad edib, qeyd etmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməli olduğundan inzibati xəta haqqında işə baxılması ərazi aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinin deyil, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir. Şəki Rayon Məhkəməsinin qərardadındakı həmin mövqeylə aşağıdakılara əsasən fikir ayrılığı yaranır. İXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarından görünür ki, X8 İstismar İdarəsi Zaqatala şəhəri F.Əmirov küçəsi 1/11 ünvanında yerləşir və fəaliyyət göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. İş materiallarında olan 23 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan isə görünür ki, “Azəriqaz” İB-nin Zaqatala RQİ-nin işçisi olmuş X1 xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində ölümü ilə nəticələnən bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra həmin müəssisənin rəisi olmuş X3 tərəfindən Əmək Məcəlləsinin 217-ci maddəsinin 3-cü bəndinin tələbləri pozularaq müvafiq akt tərtib edilmədiyi üçün onun barəsində İXMnin 555.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, tərtib edilməli olduğu göstərilən həmin akt müsəssisənin rəsisinin qeydiyyat ünvanında deyil, X7 İstismar İdarəsinin fəaliyyət göstərdiyi (hüquqi ünvanı) ünvan 6dildiyi göstrərilən inzibati xəta hadisəsi hərəkətsizliklə müəssisənin ünvanında törədilmişdir. Şəki Rayon Məhkəməsindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş inzibati xəta haqqında şikayət və digər sənədlərin tədqiqi zamanı şikayət vermiş şəxsin işə yaşadığı yer üzrə baxılması barədə vəsatətinin olmadığı, ümumiyyətlə onun məhkəmə iclasında iştirak etmədiyi müəyyən edilmişdir. Şikayət vermiş şəxs də ərizəsini birbaşa Şəki Rayon Məhkəməsinə ünvanlamışdır. Şikayət vermiş şəxs işə qeydiyyatda olduğu yer üzrə baxılması fikrində olsaydı birbaşa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək şikayətə yaşadığı yer üzrə baxılması üçün vəsatət təqdim edərdi. Belə olan halda şikayət vermiş şəxsin bununla bağlı vəsatəti olmadan məhkəmənin öz təşəbbüsü ilə inzibati xəta haqqında işin aidiyyətinin inzibati xəta hadisəsinin törədildiyi yer üzrə (müəssisənin hüquqi ünvanı) Zaqtala Rayon Məhkəməsinə deyil, müəssisənin rəhbərinin qeydiyyat ünvanı üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi olaraq müəyyən edilməsi barədə Şəki Rayon Məhkəməsinin 3(075)-894/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadında göstərilənlərlə bağlı fikir ayrılığı yaranır. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Şəki Rayon Məhkəməsinin 3(075)-894/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadında İXM-nin 109.1.7-ci maddəsinə istinad edilmiş və inzibati xəta haqqında iş aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İXM-nin 109.1.7-ci maddəsində əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Halbuki, X3 onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki- Zaqatala regional şöbəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarından Şəki Rayon Məhkəməsinə verdiyi şikayət xx.xx.2023-cü il tarixli, 3(075)-894/2023 saylı qərardadla işin baxılmasının Şəki Rayon Məhkəməsinin səlahiyyətinə aid olması müəyyən edilmiş və xx.xx.2023-cü il tarixə, saat 11:40-a məhkəmə iclası təyin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əgər inzibati xəta haqqında işin məhkəmə baxışı zamanı aidiyyəti üzrə göndərilməsi qərara alınmışdırsa İXM-nin 109.1.7-ci maddəsinə əsasən deyil, müvafiq olaraq İXM-nin 112.4-cü maddəsinə istinadən aidiyyəti məhkəməyə göndərilməli idi. Çünki, həmin maddəyə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda qeyd edilən hallara Şəki Rayon Məhkəməsinin qərarında qiymət verilmədiyindən, məhkəmənin qərarındakı həmin mövqe ilə razılaşa bilinməz. Buna görə də həmin hallar fikir ayrılığının yaranmasına səbəb olur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Odur ki, Sübhi Qənbər oğlunun onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət üzrə ərazi aidiyyətinin müəyyən edilməsi üçün şikayət və ona əlavə edilmiş sənədlər Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 110, 118, 129cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X7 İstismarı İdarəsinin rəisi X2 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət üzrə Şəki Rayon Məhkəməsindən daxil olmuş işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4543/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4543/2023
04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver