Məhkəmə qərarları › İş №3(001)-4545/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4545/2023

01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4545/2023 01.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs direktoru X6 iştirakları ilə, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs adlı obyektin üzərində müvafiq icazə, olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Ona görə də hüquqi şəxs Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X11 bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə qeyd edilən ünvanda yerləşən Şəxs adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi aşkar edilmiş və idarənin müfəttişi tərəfindən akt tərtib edilərək fotoşəkillər çəkilmişdir. xx.xx.2023-cü il tarixdə Şəxsnə müvafiq qanun pozuntusunu aradan qaldırılması barədə icrası məcburi göstəriş və tərtib edilmiş aktın surəti müvafiq ünvana göndərilmişdir. Lakin Şəxs tərəfindən 5 iş günü ərzində müvafiq icazənin alınması üçün müraciət olunmadığı və ya icazəsiz reklam yayımını dayandırmağı üçün barəsində xx.xx.2023-cü il tarixdə İXM-in 428.7.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Ona görə də, məhkəmədən Şəxsnın inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxsnın direktoru X12 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmiş və bununla bağlı Şəxs barəsində xx.xx.2023-cü il tarixdə İXM-in 428.7.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi halhazırda X1 mülkiyyətindədir. X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən sonuncuya Şəxs MMC-nin adı altında fəaliyyət göstərməsinə icazə verilmişdir. xx.xx.2023-cü il tarixdə X2 ilə X10 arasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. ünvan 1 ünvanında Şəxs MMC-nin adı altında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X10 fəaliyyət göstərmiş və həmin ünvanda reklamlar sonuncu tərəfindən yerləşdirilmişdir. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində qanunsuz reklam yerləşdirilməsi müəyyən edildikdən sonra X10 tərəfindən müvafiq icazələr alınmış və ödənişlər edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X10 izahat verərək bildirmişdir ki, o, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur və vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Onunla Şəxs MMC-nin direktoru X12 arasında xx.xx.2023-cü il tarixdə müqavilə bağlanmış və ona Şəxs MMCnin adı altında fəaliyyət göstərməyə icazə verilmişdir. O, xx.xx.2023-cü il tarixdə X2 ilə icarə müqaviləsi bağlayaraq ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarə götürmüşdür. O, həmin qeyri-yaşayış sahəsinin üzərinə müvafiq icazə almadan və ödəniş etmədən Şəxs MMC-nin reklamlarını yerləşdirimişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmiş və bununla bağlı Şəxs barəsində xx.xx.2023-cü il tarixdə İXM-in 428.7.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Bundan sonra o, müvafiq icazənin alınması üçün Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinə müraciət etmiş, müvafiq ödənişləri ödəmiş və ona xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən qeyr-yaşayış sahəsinin üzərinə Şəxs MMC-nin reklamlarının yerləşdirilməsinə icazə verilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: İnternet vergi idarəsinin məlumatlarından görünür ki, Şəxs vergi ödəyicisi qismində qeydiyyatdan keçərək **********1 nömrəli VÖEN almışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, Şəxs qanuni təmsilçisi X8r. xx.xx.2023-cü il tarixli 00001 nömrəli müqavilədən görünür ki, X12 ilə X10 arasında müqavilə bağlanmış və sonuncuya “FƏZA AKADEMİNİN” adından istifadə etməklə fəaliyyət göstərmək icazəsi verilmişdir. xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi X2 ilə bağlanmış icarə müqaviləsi əsasında X10 tərəfindən icarəyə götürülmüşdür. xx.xx.2023-cü il tarixli aktdan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs adlı obyektin üzərində müvafiq icazə alınmadan reklam yerləşdirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş göstərişdən və qəbzin surətindən görünür ki, həmin göstəriş Şəxsnə xx.xx.2023-cü il tarixdə çatdırılmış, lakin qəbul edilməkdən imtina edilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmiş, nəticədə Şəxs tərəfindən İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2023-cü il tarixli İ**********0001, İ**********0002, İ**********0003, İ**********0004 və İ**********0005 nömrəli “açıq məkanda reklam yerləşdirilməsinə icazə”lərdən görünür ki, X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ünvan 1 ünvanında yerləşən obyektin üzərində reklam yerləşdirilməsinə icazə verilmişdir. xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin hesabına açıq məkanda reklam yerləşdirilmisinə icazənin verilməsi və yayım haqqına görə ödənişlər edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi aşkar edilmiş, akt tərtib edilərək fotoşəkillər çəkilmiş, qanun pozuntusunun aradan qaldırılması barədə icrası məcburi göstəriş və tərtib edilmiş aktın surəti Şəxs MMC-yə göndərilmiş, Şəxs tərəfindən müvafiq icazənin alınması üçün müraciət olunmadığı və ya icazəsiz reklam yayımını dayandırmağı üçün barəsində xx.xx.2023-cü il tarixdə İXM-in 428.7.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, Şəxs MMC-nin qanuni təmsilçisi X12 ilə X10 arasında xx.xx.2023-cü il tarixdə müqavilə bağlanmış, həmin müqavilə əsasında sonuncuya Şəxs-nin adından istifadə edərək fəaliyyət göstərmək icazəsi verilmişdir. X2 ilə X10 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış icarə müqaviləsi əsasında sonuncu tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi icarəyə götürülmüş və obyektin üzərində müvafiq icazə alınmadan reklamlar yerləşdirilmişdir. Göründüyü kimi, Şəxs barəsində ünvan 1 ünvanında yerləşən obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən İXM-in 428.7.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilsə, qeyd edilən ünvanda reklam yerləşdirilməsi fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan X10 tərəfindən həyata keçirilmişdir. Bu isə onu göstərir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. “Reklam Haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci bəndinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin Qanunun 26.2-1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin formasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 26.2.-3-cü bəndinə əsasən reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. Həmin qanunun 35.3-cü bəndinə görə açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə müəyyən edilir. “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” qaydasının 2.9-cu bəndinə əsasən icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu müvafiq qurumun verdiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq quruma təqdim olunur. Həmin qaydanın 2.10-cu bəndinə əsasən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədi reklam yayıcısı müvafiq quruma təqdim etdikdən sonra 2 iş günündən gec olmayaraq icazə reklam yayıcısına verilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Həmin qaydanın 3.5 və 3.5.1-ci bəndlərinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir. İXM-in 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxsnın əməlində İXM-in 428.7.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar