Məhkəmə qərarları › İş №3(001)-4552/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4552/2024

13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4552/2024 13.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, Məhkəmə iclas katibi Novruzova Cəmilə Davud qızının katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 inzibati tənbeh edilməsinə dair Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 21 iyul 2024-cü il tarixli, EQ 22478330 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən 21 iyul 2024-cü il tarixli, EQ 22478330 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. X5 şikayətində göstərmişdir ki, 21 iyul 2024-cü il tarixdə saat 11:31-də “Asanpay” sistemindən telefonuna cərimə ilə əlaqədar "‘sms” daxil olmuşdur. Qeydiyyatda olduğu elektron kabinetə baxdıqda Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi ilə hərəkət edib, yol kəsişməsindən sağa S.Vurğun küçəsinə dönmə əməliyyatına hazırlaşan, xanım sürücü tərəfindən idarə edilən “Hundai Tucson” markalı, **-LA-*** d.q.n avtomobil ilə İXM-nin 327.1-ci maddəsi ilə xəta törətməsi barədə məlumat və foto-videogörüntü yerləşdirilmişdir. Həmin görüntülərə baxdıqda bu avtomobilin onun tərəfindən idarə edilmədiyi açıq-aşkar görünür. Eyni zamanda yolun bu hissəsində Füzuli küçəsinin sağ zolağı digər nəqliyyat vasitələri üçün yol kəsişməsinə yaxınlaşdıqda dönmə əməliyyatının təhlükəsiz yerinə yetirilməsinə imkan yaradılmadığını müşahidə etmək olur. Digər avtomobillər sağa dönmək üçün bu yol kəsişməsində yalnız ikinci zolaqdan bunu edəcəkləri halda təhlükəli manevr etməyə məcbur edilir. Həmin yol kəsişməsində apardığı müşahidə nəticəsində belə nəticəyə gəlmək olur ki, Füzuli küçəsinin bu hissəsində ən sağ zolaqla bir neçə avtobus ardıcıl düzünə hərəkət etdikdə orada ikinci zolaqdan digər nəqliyyat vasitələrinin sağa dönməsinə ciddi təhlükə, eyni zamanda həmin ikinci zolaqla düzünə hərəkət etmək istəyən digər nəqliyyat vasitələri üçün maneə, həmçinin süni tıxac yaradılır və burada avtobus xətti çəkilərkən bu hal nəzərə alınmamışdır.Yol kəsişməsinə yaxınlaşdıqda baş verəcək yol-nəqliyyat hadisələrinin qarşısnın alınması və təhlükəsiz manevrlə digər nəqliyyat vasitələrinin sağa dönməsinin təşkili üçün ərazidəki avtobus zolağının yol kəsişməsinə yaxın hissəsində bütöv zolağın (xəttin) sol tərəfində qırıq xətlər əlavə edilməklə dəyişiklik aparılmalıdır. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin Vİ-cı bəndinə görə dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Həmin maddənin Vİİ-ci bənində əsasən elə dönmək lazımdır ki. nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Eyni maddənin Vİİİ-ci bəndində əsasən nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. İXM-nin 48-ci maddəsinin İV-cü bəndinə görə 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda “hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Bu maddənin İV-cü bəndindəki cümlədə qeyd ediləni məntiqlə araşdırdıqda digər nəqliyyat vasitələrinin həmin yolda (avtobus zolağı ilə) yalnız hərəkət etməsinə və dayanmasına qadağalar mövcuddur. Hazırkı vəziyyətdə isə göründüyü kimi sürücü avtobus zolağı ilə hərəkət etmir, o, yalnız yol kəsişməsinə yaxınlaşdığından oradan təhlükəsiz dönmək üçün avtobus zolağına daxil olur və sağa S.Vurğun küçəsinə dönür. Hesab edir ki, 20 iyul 2024-cü il tarixdə “Hundai Tucson” markalı, **-LA-*** d.q.n. avtomobili idarə etmədiyindən, eləcə də yuxarıda qeyd etdiyin hallara görə həmin avtomobil xəta törətmədiyinə görə BDYPİ tərəfindən əsassız və qanunsuz elektron cərimə qərarı çıxarılmışdır. Avtomobili idarə edən şəxslə bağlı sübut etmə vəzifəsi dövlət qurumunun (BDYPİ) üzərinə düşür (İXM-nin 8.2 və 8.3 maddələri). Bundan başqa müəyyən olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilərkən BDYPİ tərəfindən inzibati xətalar qanunvericiliyinin tələblərinin pozulduğu da aşkar edilmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə qərarda inzibati xətanın aşkar olunmasında istifadə olunan və Qanunla tələb olunan xüsusi texniki vasitənin (XTV) tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt barədə məlumatlar göstərilməmişdir. Göründüyü kimi BDYPİ-nin elektron qərarı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. BDYPİ tərəfindən xx.xx.2024-cü il tarixli, EQ 22478330 saylı inzibati tənbeh vennə haqqında elektron qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Eyni zamanda bu “xətanı” qeydə alan XTV-nin yerləşdiyi yerdə baş verə biləcək yol-nəqliyyat hadisələrinin preventiv tədbirlərlə qarşısının alınması, nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinə şərait yaratmaq üçün xətlənmə və nişanlanma yuxarıda qeyd etdiyim qaydada dəyişdirilməlidir. Hazırkı vəziyyətdə cərimə qərarı çıxarılan avtomobil təhlükəsiz sağa dönmək üçün yol kəsişməsinə yaxınlaşdıqda zolağı dəyişərək düzgün olaraq ən sağ zolaqdan dönmə əməliyyatını yerinə yetirmiş bununla da hər hansı xəta törətməmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 75.0.7-ci maddəsinə görə işin düzgün həlli ü£ün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait qiymətləndirilməlidir. Odur ki, BDYPİnin barəsində çıxardığı xx.xx.2024-cü il tarixli, EQ22478330 saylı elektron qərarı ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şərh edilənlərə əsasən, məhkəmədən şikayətin təmin edilməsini,Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin barəsində İXM-nin 327.1-ci maddəsi ilə çıxardığı 21 iyul 2024-cü il tarixli, EQ22478330 saylı elektron qərarın ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 verdiyi izahatında şikayətin əsaslı və qanuni olduğundan təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilmiş şəxs məhkəmə iclasına gəlməmiş və səbəblərini məhkəməyə açıqlamamışdır.Məhkəmə iclasının inzibati orqanının nümayəndəsinin iştirakı olmadan keçirilməsi məqəsədəmüvafiq hesab edilmişdir. Məhkəmə iclasında şikayətçinin vəsatəti əsasında mütəxəssis qismində çağrılmış X1 yol hərəkətinin təşkili şöbəsinin böyük mütəxəssisi X2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, X4 Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsini təmin edir. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkətinin asanlaşdırılması hazırda inzibati orqanın prioritet hesab etdiyi məsələdir. Bu baxımdan yol nişanları, nişanlama xətləri bu sahədə beynəlxalq təcrübə öyrənilməklə müvafiq təhlillər və hesabatlar əsasında aparılır. Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində yol kəsişməsinə yaxınlaşdıqda sağdan birinci zolaq yalnız ümumi nəqliyyat vasitələrinin düzünə və sağa dönmə hərəkətini, ikinci zolaq isə digər nəqliyyat vasitələrinin sağa dönmə hərəkətini nizamlayır. Nəqliyyat vasitəsinin sürücüsü ikinci zolaqdan sağa dönərkən təhlükəsizlik qaydalarına riayət etməli, sağa dönmə əməliyyatını həyata keçirməzdən əvvəl təhlükəsiz manevr etdiyinə əmin olmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X3 inzibati tənbeh edilməsinə dair Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 21 iyul 2024-cü il tarixli, EQ 22478330 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə saat 17:24-də “Hyundai Tucson hibrid minik” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan üzərində 17:24 saat qeyd edilmiş foto şəkildən görünür ki, ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti nəzərdə tutulmuş zolaqda hərkət edən “Hyundai Tucson hibrid minik” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs qadındır. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Şikəyətə əlavə edilmiş fotoşəkillərdə “Hyundai Tucson hibrid minik” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qadın sürücü tərəfindən idarə edildiyi açıq-aşkar görünür. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X5 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X3 inzibati tənbeh edilməsinə dair Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 21 iyul 2024-cü il tarixli, EQ 22478330 saylı elektron qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması və yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X3 inzibati tənbeh edilməsinə dair Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 21 iyul 2024-cü il tarixli, EQ 22478330 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar