Məhkəmə qərarları › İş №3(001)-4553/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4553/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4553/2024 18.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, İdrisli Jalə Qalib qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin baş məsləhətçisi X1 iştirakı ilə, X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 08 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsasında toplanmış materiala məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 08 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün məhkəməyə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli. MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X12 işçisi X4 xx.xx.2023-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı müvafiq aktı tərtib etməkdən boyun qaçırmışdır. Aşağıdakı əsaslara və faktiki hallara görə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqqında qərarda qeyd edilənlərlə razılamamışdır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 2.5-ci bəndinin ikinci cümləsinə görə, təhqiqat komissiyası hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət təhqiqat aktı tərtib edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin vəzifəli şəxsi tərəfindən isə müvafiq prosedur tələblərə tam şəkildə riayət edilməmiş, hadisənin şahidlərindən və zərərçəkən işçidən izahat alınması istiqamətində tədbirlər lazımi səviyyədə həyata keçirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş müvafiq təhqiqat aktında qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi X4 qeydiyyat ünvanına baş vermiş hadisə ilə bağlı izahat və hadisəyə münasibət bildirilməsi ilə bağlı dəvət məktubları göndərilsə də, izahat vermək üçün gəlməmişdir. Halbuki aktda yalnız dəvət məktublarının göndərilməsinə deyil, eyni zamanda həmin məktubların müvafiq tranzaksiya/göndəriş nömrələri də qeyd edilməklə poçt xidməti tərəfindən qəbul edilməsinə və çatdırılmasına dair təsdiqedici sənədlərə və məlumatlara da istinad edilməli, həmin şəxslərin iştirakı olmadan təhqiqatın aparılmasının mümkünlüyü barədə normativ akta istinad qeyd edilməli idi. Heç bir normativ hüquqi istinad aparılmadan digər müəssisə "xxxx" MMC-nin işçiləri barəsində də görülmüş tədbirlər, aparılmış araşdırma barədə məlumatları (müəssisənin direktoru və işçiləri tərəfindən verilmiş izahatları, və s.) təhqiqat aktında qeyd edilmiş, “SR CONSTRUCTİON CO" Məhdud Məsuliyyətli Cəmiyyəti və “NURUSTA" MMC-nin işçiləri “barəsində aparılmış təhqiqatların bir icraatda birləşdirilməsi hüquqi baxımdan əsaslandırılmamış, "xxxx" MMC-nin işçilərinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əmək münasibətlərində olmaması nəzərə alınmamış, komissiyanın yalnız "xxxx" MMC Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi barəsində araşdırma aparılması üçün formalaşdırıldığına, yaradılmış təhqiqat komissiyasının yalnız "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təmsil etməsinə, digər müəssisəsinin işçisinə münasibətdə araşdırmada iştirak səlahiyyətinin olmamasına diqqət yetirilməmişdir. Bu səbələrdən də, idarədən cəmiyyətə daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-17-5/3-2-164/2024 nömrəli müraciətlə əlaqədar olaraq müəssisənin SR/3-17-5/3-2- 164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktuubunda rəsmiləşdirilməsi üçün göndərilmiş müvafiq təhqiqat aktına baxış keçirilərkən həmin aktın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi X2 başqa "xxxx" MMC-nin işçisi X13 barəsində də tərtib olunduğunun müəyyən edildiyi, təhqiqat aktına onun mətnindən müəssisəyə aid olmayan hissələr xaric edildikdən sonra münasibət bildiriləcəyi qeyd edilmişdir. Təhqiqat aktında bir tərəfdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi X4 izahat verməyə gəlməməsi qeyd edilsə də, buna zidd olaraq aktın sonunda zərərçəkən Ə.Fərzəliyevə sosial təminat hüquqlarının qanunvericiliyin tələblərinə müvafiq qaydada izah edildiyi göstərilmiş, bununla bağlı heç bir təsdiqedici sənədə (hüquqların izahı barədə bildirişə və s.) istinad edilməmişdir. Halubki, işçinin izahat verməyə gəlmədiyi halda, ona sosial təminat hüquqlarının izah edilməsinin də qeyri-mümkün olduğu göstərilməli idi. Müvafiq qaydaların tələblərinə görə isə komissiyanın üzvləri zərərçəkənlərlə və ya onların ailə üzvləri ilə görüşərək, bədbəxt hadisə ilə əlaqədar qüvvədə olan qanunvericiliyə müvafiq, onların hüquqlarını izah etməlidir. Göründüyü kimi, bu istiqamətdə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin vəzifəli şəxsi tərəfindən heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 3.7-ci bəndinin tələblərinə görə, X18 Xidməti tərəfindən təhqiqat materialları Təhqiqat komissiyası üzvlərinin təmsil etdiyi müəssisə, təşkilat və orqanlara məlumat üçün göndərilir. Qeyd edilən qaydanın tələblərinə isə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin vəzifəli şəxsi tərəfindən riayət edilməmişdir. Xidmətin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli. 3-17-5/3-2- 164/2024 nömrəli məktubuna əlavə edilməklə yalnız təhqiqat aktı müəssisəyə göndərilmiş, digər təhqiqat materialları müəssisəyə göndərilməmişdir. Nəticədə, təhqiqat komissiyası üzvlərinin təhqiqat materialları ilə tanış olmaq hüququ pozulmuş, təhqiqat aktındakı məlumatların faktiki və hüquqi əsaslı olub-olmamasını müəyyən etmək və təhqiqatın nəticələrinə dair münasibət bildirilməsi qeyri-mümkün olmuşdur. Bu səbəblərdən də, idarədən Cəmiyyətə daxil olmuş xx.xx.2024- cü il tarixli. 3-17-5/3-2-164/2024 nömrəli müraciətlə əlaqədar olaraq müəssisənin SR/3-17-5/3-2-164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubunda rəsmiləşdirilməsi üçün göndərilmiş müvafiq təhqiqat aktına onun tərtib edilməsi üçün əsas olmuş sənədlərin (təhqiqat materiallarının) surətləri təqdim edildikdən sonra münasibət bildiriləcəyi qeyd edilmişdir. Yuxarıda qeyd edilmiş qanunvericilik pozuntularının olmasına baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin vəzifəli şəxsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X12 işçisi X4 xx.xx.2023-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı müvafiq aktı tərtib etməkdən boyun qaçırılması qənaətinə gəlinmişdir. Halbuki, qeyd edilmiş təhqiqat göstərilən icraat və prosedur pozuntulara görə, başa çatmış hesab edilə bilməz. O cümlədən təhqiqat yuxarıdakı pozuntuların aradan qaldırılması üçün davam etdirilməlidir. Həm də nəzərə alınmalıdır ki. müəssisə tərəfindən təhqiqat aktına münasibət bildirilməsi istiqamətində hərəkətsizlik göstərilməmiş, müəssisənin SR/3-17-5/3- 2-164/2024 nömrəli xx.xx.2024-cii il tarixli cavab məktubunda müvafiq prosedur pozuntuların aradan qaldırılmasından sonra akta münasibət bildiriləcəyi əks etdirilmişdir. Hesab edir ki, təhqiqat yalnız qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirildikdən və araşdırma rəsmiləşdirildikdən sonra işəgötürən tərəfindən müvafiq aktın tərtib edilməsi mümkündür. Yuxarıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlinir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X12 barəsində Azərbaycan Respublikasmın İnzibati Xətalar Məcəlləsinin 555.3-cii maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Şikayət vermiş şəxs X12 xx.xx.2024-cü il tarixli elektron ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin baş məsləhətçisi X5 şikayət ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: X18 Xidməti Başı şəhər İdarəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-5/3-2-164/2024 saylı məktibdan görünür ki, İZ formalı aktın tərtib olunması və iki iş günü müddətində X18 Xidmətinə təqdim olunması xahiş olunmuşdur. "xxxx" MMC-nin qəlibçisi X8 və "xxxx" MMC-nin fəhləsi X9 xx.xx.2023-cü il tarixdə xəsarət almaları ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktı tərtib olunmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında, maye qazının sızması nəticəsində partlayış baş verən zaman X17, X6 və X9 yüngül dərəcəli bədən xəsarəti alması faktında hər hansı şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci və 22-ci maddəsinin, həmçinin hər hansı digər maddəsinin tərkib əlaməti olmadığından toplanmış 362-C-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X15” X21 242 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, X3 adına təqdim edilmiş tibbi sənəddə qeyd olunan xəsarət – hər iki topuğun hemartrozu əzilməsi küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X15” X21 1057 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, vətəndaş X10 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. “İnzibati tənbeh vermə haqqında” 08 iyul 2024-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, X3 28 avqust 2023-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin baş vermə faktı barədə "xxxx" MMC-nin direktoru X12 tərəfindən DƏMX-nə məlumat verilməyərək həmin faktın gizlədilməsinə görə o, AR İXM-nin 555.3-cü maddəsi ilə təqsirli bilinərək barəsidə 2200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə nəzərdə tutumuş inzibati xətanın törədildiyi gündən şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən sonra qəbul edildiyindən həmin qərar ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə ilk növbədə şikayət ərizəsində göstərilmiş işəgötürən X12 tərəfindən İXM-nin 555.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasının sübuta yetirilməməsi ilə bağlı dəlilə qiymət verilməsini zəruri hesab edir. Məlumdur ki, AR İXM-nin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hərəkətsizliklə törədilən inzibati xətadır. Hazırki işin hallarından görünür ki, həqiqətən də «SR CONSTRUCTİON CO” MMC-nin işçisi X6 28 avqust 2023-cü il tarixdə müəssisədə baş vermiş bədbəxat hadisə nəticəsində xəsarət almış, bununla bağlı uzun müddət prokurorluq orqanında araşdırma aparılmış, eyni zamanda təhqiqat komissiyası tərəfindən araşdırma aparılmış, təhqiqat aktı tərtib edilmiş və işəgötürən tərəfindən qanunverciliklə müəyyən olunmuş qaydada iz aktının tərtib edilməsi tələb edilmişdir, lakin ötən uzun müddət ərzində «SR CONSTRUCTİON CO” MMC-nin idarə heyətinin sədri X12 (işəgötürən) tərəfindən aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmışdır. Şikayət ərizəsində X12 onun tərəfindən aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmamasının, əksinə inzibati orqan tərəfindən təhqiqat aktının tərtib edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının tələblərinin pozulduğunu, təhqiqat araşdırmasının natamam aparıldığı, onların tərtib edilmiş təhqiqat aktı ilə razılaşmadıqları, bu səbəbdən İZ formalı aktı rərtib etmədikləri göstərilsə də, hazırda məhkəməyə təqdim edilmiş material və sənədlər onun tərəfindən AR İXM-nin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dəlalət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 15-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 555.3-cü maddəsinə əsasən bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət ərizəsinin X12 tərəfindən aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırmaması ilə bağlı dəlili iş materiallarına əlavə edilmiş sənədlərlə təkzib edilmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin baş verdiyi gündən qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən və inzibati tənbeh vermə haqqında qərar da həmin müddət keçdikdən sonra qəbul edildiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi”nə dair 08 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.3-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 53.1.6-ci maddələsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 09 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət işinin başlanmasının rədd olunduğu, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduğu hallarda inzibati məsuliyyətə cəlbetmə müddətinin xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən deyil, cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi barədə qərarın qəbul edildiyi gündən hesablanması hüquqi müəyyənlik, ədalət, bərabərlik və inzibati məsuliyyət sahəsində tətbiq edilən məhdudiyyətlərin konstitusiya əhəmiyyətli məqsədlərə mütənasib olması prinsipləri ilə uyğunsuzluq təşkil edir. Yəni cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə, qeyd edir ki, hazırki fakt üzrə “cinayət işinin başlanmasının rədd edilməsi”nə dair qərar 20 oktyabr 2023-cü il tarixdə qəbul edilmiş, səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar isə qanunla müəyyən edilmiş 03 aylıq müddət keçdikdən sonra (nəzərə alınsa ki, 20 yanvar 2024-cü il tarixdə 03 ay tamam olmuş, inzibati tənbeh vermə haqqında qərar isə 08 iyul 2024-cü il tarixdə qəbul edilmişdir) qəbul edilmişdir ki, bu da özü-özlüyündə AR İXM-nin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddətin keçməsinə dəlalət edir. Odur ki, X12 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi”nə dair 08 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40.0.1, 43, 48-51, 53, 55, 105, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X12 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair 08 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər.cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar