Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4557/2024 15.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X11 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 210.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Binəqədi rayon prokurorluğu tərəfindən Şəxs MMC barəsində İXM-in 210.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2024-cü il tarixli qərara əsasən, Şəxs MMC – onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan direktor X18 MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası İqtisadiyat nazirliyi tərəfindən Şəxs MMC-yə 02 mart 2016-cı il tarixdə verilmiş 088687 nömrəli lisenziyanın əlavəsində “plastik cərrahiyə” nəzərdə tutulmadığı halda Şəxs MMC-də X7 xx.xx.2024-cü il tarixdə abdominoplastika, X13 10 fevral 2024-cü il tarixdə liposaksiya, 13 fevral 2024-cü il tarixdə lipofillinq, X8 13 yanvar 2024-cü il tarixdə liposaksiya və lipofillinq, X6 20 aprel 2024-cü il tarixdə liposaksiya, X12 04 mart 2024-cü il tarixdə abdominoplastika əməliyyatları edilməsinə şərait yaratmaqla Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında Binəqədi rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X16 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın məzmununa uyğun izahat verərək X26» MMC-nin inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-yə bildiriş göndərilmişdir. Həmçinin, Şəxs MMC-yə məxsus əlaqə nömrələrinə “sms bildiriş” göndərilməsinə, həmin “sms bildiriş”in tərəfə çatmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatətlə müraciət etməmişlər. Məahkəmə iclasının barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 088687 nömrəli Lisenziyadan görünür ki, Şəxs MMC-yə özəl tibb fəaliyyəti ilə məşğul olmaqla bağlı lisenziya verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 088687 nömrəli Lisenziyanın əlavəsindən görünür ki, Şəxs MMC-yə terapevtik, kardioloji, qastroenteroloji, endokrinoloji, nevropatoloji, dermatoloji, fizioterapevtik, ümumi cərrahi, uroloji, ginekoloji, terapevtik stomatoloji, ortopedik stomatoloji, pediatrik, ultrasəs müayinəsi, oftamoloji, otorinolarinqoloji, klinik və klinik-biokimyəvi ixtisas növləri üzrə tibbi xidmət göstərilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 088687 nömrəli Lisenziyanın əlavəsindən görünür ki, Şəxs MMC-yə ümumi cərrahiyə, urologiya, anesteziologiya-reanimatologiya, otorinolarinqologiya sahələri üzrə stasionar tibbi xidmət göstərilməsinə icazə verilmişdir. X5 izahatından görünür ki, ona Şəxs MMC-də Sadiq həkim tərəfindən liposaksiya və popoplastika əməliyyatları edilmiş, lakin əməliyyatın nəticələrindən narazı qalmışdır. X2 izahatından görünür ki, ona Şəxs MMC-də Sadiq həkim tərəfindən abdominoplastika əməliyyatı edilmiş, lakin əməliyyatın nəticələrindən narazı qalmışdır. X26” MMC-nin direktoru X14 izahatından görünür ki,o, Sadiq Durmuşovun xəstəxanada əməliyyat aparması ilə bağlı məlumatı olmamışdır. 2024-ü ilin aprel ayında isə Sadiq Durmuşov klinikadan oğurluq etdiyinə görə qovulmuşdur. X3 izahatından görünür ki, ona Şəxs MMC-də Sadiq həkim tərəfindən abdominoplastika əməliyyatı edilmiş, lakin əməliyyatın nəticələrindən narazı qalmışdır. X1 izahatından görünür ki, ona Şəxs MMC-də Sadiq həkim tərəfindən liposaksiya əməliyyatı edilmiş, lakin əməliyyatın nəticələrindən narazı qalmışdır. X4 izahatından görünür ki, ona Şəxs MMC-də Sadiq həkim tərəfindən liposaksiya və sinə dolğusu əməliyyatı edilmiş, lakin əməliyyatın nəticələrindən narazı qalmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə əsasən özəl tibbi fəaliyyət dedikdə qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsi başa düşülür. Həmin qanunun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Məhkəmədə isə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Şəxs MMC-yə terapevtik, kardioloji, qastroenteroloji, endokrinoloji, nevropatoloji, dermatoloji, fizioterapevtik, ümumi cərrahi, uroloji, ginekoloji, terapevtik stomatoloji, ortopedik stomatoloji, pediatrik, ultrasəs müayinəsi, oftamoloji, otorinolarinqoloji, klinik və klinikbiokimyəvi ixtisas növləri üzrə tibbi xidmət göstərilməsinə, ümumi cərrahiyə, urologiya, anesteziologiya-reanimatologiya, otorinolarinqologiya sahələri üzrə stasionar tibbi xidmət göstərilməsinə icazə verilsə də, Şəxs MMC-nin plastik-cərrahi əməliyyatlar aparmasına icazə verilməməsinə baxmayaraq, Şəxs MMC-də plastik-cərrahi əməliyyatlar həyata keçirilmişdir. İXM-in 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs MMC-nin İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC İXM-in 210.1-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-4557/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4557/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver