Məhkəmə qərarları › İş №3(001)-4564/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4564/2023

22.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4564/2023 22.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Abşeron rayon X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Abşeron rayon X13 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X7 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 00:20 radələrində ** YP *** dövlət qeydiyyat nömrə nişanlı X13nə məxsus nəqliyyat vasitəsi idarə etmiş olduğu ** UO *** dövlət qeydiyyat nişanlı, “X10 4” MİNİK markalı nəqliyyat vasitəsinə saxla əmri verilmişdir. Bu zaman o, dərhal idarə etdiyi avtomobili saxlamışdır. Həmin vaxt arxadan gələn özünü ona Fariz kimi təqdim edən leytenant rütbəsində olan polis əməkdaşı avtomobildən düşməyini tələb etmişdir. Qeyd etdiyi hal Saray qəsəbəsində yeni istifadəyə verilmiş Qafqaz Universitetinə gedən istiqamətdə olmuşdur. Həmin vaxt iki serjant rütbəsində olan polis əməkdaşı da orda idi. Fariz adlı şəxslə aralarında mübahisə yaranmışdır. O, idarə etmiş olduğu avtomobili cərimə meydançasına apararaq onu hədələmiş və bildirmişdir ki, ona ən ağır inzibati tənbeh verəcək. Həmin vaxt onun barəsində hər hansı bir qərar qəbul edilməsi barədə ona məlumat verilməmişdir. Barəsində qəbul edilmiş Abşeron rayon X13 İdarəsi tərəfindən qəbul edilən inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı aşağıda qeyd etdiyi əsaslara görə qanunsuz və əsassız hesab edir, çünki o, saxladan zaman polis leytenatı Fariz, polis serjantı Emin və polis serjantı Həsən adlı şəxslər qeyd etdiyi yerdə olmuşlar. Ona təqdim edilən həmin qərarı qəbul etmiş şəxsin isə polis mayoru X6 olması göstərilmişdir. Həmin vaxt Nəsib Əsədov orada olmamışdır. O, avtomoli idarə etdiyi zaman hər hansı bir işıq cihazından qanunsuz istifadə etməmişdir. Nə də ki, içkili olmamışdır. Bununla bağlı ona nə video görüntü nə də ki, içkili olmağı ilə bağlı həkimə müayinə üçündə aparılmamışdır. Bu qərardan yalnız həmin gün saat 17:23 də məlumatı olmuşdur. Bu da yalnız “ASANPAY”-dən telefon nömrəsinə gələn SMS bildiriş vasitəsilə məlumatlanmışdır. Qərarı da xx.xx.2023-cü il tarixdə əldə etmişdir. Bütün bunların hər biri qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 121ci maddəsində deyilir ki, Bu Məcəllənin 122.7,122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Barəsində tətbiq olunan hər iki İnzibati Xətalar Məcəlləsinin maddələri əsasən o səlahiyyətli orqana çağrılmamalı idi, amma çağrılmışdır. Göründüyü kimi İXM- nin bu maddəsinin tələbləri pozulmuşdur.. Məhkəmə iclasında şikayətçi X7 şikayətin məzmununa uyğun çıxış edərək, təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqanın nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə bildiriş daxil olmamışdır. Eyni zamanda inzibati xəta haqqında protokolun və inzibati tənbehvermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdirı. Göstərilənlərə əsasən məhkəmə iclasının qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X7 tərəfindən verilmiş şikayət təmin edilməli, X7 barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Abşeron rayon X13 İdarəsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 tərəfindən İXM-in 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün 400 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 tərəfindən İXM-in 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. xx.xx.2023-cü il tarixli alkotesterin nəticələrinə dair qəbzin surətindən görünür ki, X4 2.020 ‰ sərxoşluq vəziyyəti aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 tərəfindən İXM-in 336.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün 100 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Nəqliyyat vasitələrini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokoldan görünür ki, X2 vəziyyətinin müəyyən olunması üçün tibbi müayinəyə göndərilmişdir. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, X7 idarə etdiyi “X10 4” minik markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İXM-in 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi səbəbindən onun barəsində Abşeron rayon X13 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs məhkəmə iclasında sərxoşluq vəziyyətini əks etdirən xüsusi texniki vasitənin nəticəsi ilə razılaşmadığını bildirmişdir. Belə olan halda şəxs sərxoşluq vəziyyətinin yoxlanılması üçün tibbi müayinəyə göndərilməli idi. İş materiallarına nəqliyyat vasitələrini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokol əlavə edilsə də, tibbi müayinənin nəticələrini əks etdirən sənəd məhkəməyə təqdim edilməmişdir. AR İXM-in 69.1-ci maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. AR İXM-in 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. AR İXM-in 69.2-ci maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. Bu səbəbdən, X7 barəsində İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmır. İXM-in 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-in 124.4-cü maddəsinə əsasən Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə, məhkəmə hesab edir ki, X7 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X7 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməli, şikayət qalan hissədə isə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Abşeron rayon X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar