Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4571/2023 27.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə, şikayət vermiş şəxs X2 nümayəndəsi X3 iştirakları ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə müraciət edərək, X8 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərarı ilə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 1,000 AZN (bir min manat) məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Qərar xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Həmin protokolda qeyd olunur ki, “X12 LTD” MMC-nin işçisi X6 xx.xx.2023-cü il tarixində iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə baş direktor vəzifəsini müvəqqəti icra edən X5 tərəfindən X8 Xidmətinə hadisə baş verən gün deyil, xx.xx.2023-cü il tarixdə məlumat verilmişdir. Şirkətin təsisçisinin xx.xx.2023-cü il tarixli qərarına və Şirkətin xx.xx.2023-cü il tarixli daxili əmrinə əsasən X5, xx.xx.2023-cü il tarixindən “Baş direktor vəzifəsinin müvəqqəti icra edən” vəzifəsinə təyin olunmuşdur. xx.xx.2023-cü il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində Şirkətin qanuni təmsilçisi olaraq qeydə alınmışdır. Hadisənin baş verdiyi xx.xx.2023-cü ildir və X5 həmin tarixdə işəgötürən (və ya işəgötürən vəzifəsinin icrası ona həvalə edilməmişdir) olmamış, o, xx.xx.2023-cü il tarixdə baş direktor vəzifəsini müvəqqəti icra edən vəzifəsinə təyin olunmuşdur və baş verən inzibati xətaya onun aidiyyəti yoxdur və təqsiri sübuta yetirilməmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 nümayəndəsi X7 şikayəti müdafiə edib, onun məzmununa uyğun çıxış edib, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, X5 tərəfindən verilmiş şikayət əsassızdır. Çünki “X12 LTD” MMC-də fəhlə işləyən X6 baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alması barədə işəgötürən tərəfindən X8 Xidməti Bakı şəhər İdarəsinə qanunla müəyyən edilmiş müddət ərzində məlumat verilməmişdir. Hadisə ilə bağlı Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi şəxs Təcili Tibbi yardım Xəstəxanası tərəfindən 17 iyun 2023-cü il tarixli məktubla X8 Xidmətinin Abşeron- Xızı Regional şöbəsinə məlumat verilmişdir. X8 Xidməti Bakı şəhər İdarəsinə isə hadisə ilə bağlı “X12 LTD” MMC tərəfindən xx.xx.2023-cü il tarixdə məlumat verilmişdir. Bu səbəbdən idarə tərəfindən cəmiyyət barəsində inzibati araşdırılma aparılmış və müvafiq qərar qəbul edilmişdir. Ona görə də, verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materillarından və məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, X1 ayağının deşilmiş yarası diaqnozu ilə ambulator müalicə olunması barədə Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi şəxs Təcili Tibbi yardım Xəstəxanası tərəfindən 17 iyun 2023-cü il tarixli məktubla X8 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinə məlumat verilmişdir. “X12 LTD” MMC-nin işçisi X6 xx.xx.2023-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş vermiş, lakin baş vermiş hadisə ilə bağlı cəmiyyətin rəhbəri tərəfindən X8 Xidmətinə hadisə baş verən gün verilməli olduğu təqdirdə, xx.xx.2023-cü il tarixdə məlumat verilmişdir. Həmin məlumat əsasında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma zamanı “X12 LTD” MMC-nin rəhbərliyinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin inzibati xəta tərkibi müəyyən edildiyindən cəmiyyətin rəhbəri barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla da qeyd edilməlidir ki, sözügedən inzibati xəta haqqında araşdırma polis əməkdaşı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmış və əməldə inzibati xəta əlaməti aşkar edildiyindən haqlı olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, inzibati xəta tərkibinin olmaması ilə bağlı müraciətdə göstərilə dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə, şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-4571/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4571/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver