Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4573/2023 14.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı, X1 inzibati xəta haqında iş üzrə qərardan verdiyi şikayətə dair inzibati işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: X3 onun barəsində qəbul edilmiş DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ 16128545 nömrəli inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət vermişdir. Lakin həmin şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4293/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadında qeyd edilənlərlə fikir ayrılığı yaranır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi hesab etmişdir ki, ehtimal olunan inzibati xəta Bakı şəhəri, 28 may döngəsi 4 ünvanında törədilmiş, X3 şikayətə yaşayış yeri üzrə baxılması barədə vəsatət verməmişdir. Bu səbəbdən, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət inzibati xətanın törədildiyi yer üzrə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsi qərarında İXM-nin 129.1.3-cü maddəsinə istinad edib, qeyd etmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməli olduğundan inzibati xəta haqqında işə baxılması ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin deyil, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadındakı həmin mövqeylə aşağıdakılara əsasən fikir ayrılığı yaranır. İXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarından görünür ki, törədildiyi göstərilən inzibati xəta hadisəsi Bakı şəhəri, 28 may döngəsi 4 ünvanında törədilmişdir. Şikayət vermiş şəxs X3 isə Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, ev 28, mənzil 3 ünvanında qeydiyyatdadır. Göründüyü kimi inzibati xəta hadisəsi Bakı şəhəri Nəsimi rayonunun ərazisində törədilmişdir. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4293/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının təsviriəsaslandırıcı hissəsində toplanmış materialın baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi, nəticə hissəsində isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qeyd edilmişdir. Yuxarıda qeyd edilən hallar fikir ayrılığının yaranmasına səbəb olur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Odur ki, X2 onun barəsində qəbul edilmiş DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ 16128545 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət üzrə ərazi aidiyyətinin müəyyən edilməsi üçün şikayət və ona əlavə edilmiş sənədlər Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 110, 118, 129cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X3 onun barəsində qəbul edilmiş DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ 16128545 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsindən daxil olmuş işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-4573/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4573/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver