Məhkəmə qərarları › İş №3(001)-4576/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4576/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4576/2025 19.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2015-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin polis sahə rəisi, polis mayoru X3 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə vətəndaş X1 yaşadığı evin darvazasının çöl hissəsinə qoyduğu əl çantasını oğurlamışdır. Bu səbəblə, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və Binəqədi RPİ-nin 6-cı PB tərəfindən sonuncu barəsində İXM-in 227-ci maddəsi ilə xx.xx.2015-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, oğurladığı əl çantasında 150 manat məbləğində pul vəsaitinin və dərman preparatlarının olduğunu, 150 manatı götürdükdən sonra çantanı atmışdır. Hazırda törətdiyi əməl nəticəsində oğurladığı 150 manat pul vəsatini və dərman preparatlarının əvəzini ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs çıxış edərək bildirmişdir ki, 29 may 2025-ci il tarixdə evdən çıxan zaman yaşadığı evin darvazasının çöl hissəsinə qoyduğu əl çantası naməlum şəxs tərəfindən oğurlanmışdır. O, polisə müraciət edən zaman ərizəsində çantasında 150 manat pulun və səhhətində olan xəstəliklə bağlı mütəmadi istifadə etdiyi dərman preparatlarının olduğunu qeyd etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, oğlunun əməkhaqqını təşkil edən və nağdlaşdıraraq özündə saxladığı 1700 manat məlbəğində pul vəsaiti də onun oğurlanmış əl çantasında olmuşdur. Bu fakt onlara məlum olduqdan sonra, o, təhqiqat orqanına ərizəsində göstərdiyi məbləğin dəyişdirilməsi ilə bağlı müraciət etsə də, polis ona ərizədə dəyişiklik edə bilməyəcəyini və artıq materialın baxılması üçün məhkəməyə göndərildiyini bildirmişdir. İş materialları proses iştirakçılarının izahatları ilə qarşılıqlı şəkildə təhlil olunarkən müəyyən olunmuşdur ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan xx.xx.2015-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs Zərərçəkmiş şəxs məxsus əl çantasını oğurlanması nəticəsində ona dəymiş zərərin məbləği dəqiqləşdirilməmiş, dəymiş zərərin məbləğinin 150 manat olaraq qiymətləndirilməsinə əsas vermiş heç bir sübut iş materiallarına əlavə edilməmişdir. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Göründüyü kimi, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs tərəfindən törədilmiş oğurluq əməli nəticəsində dəymiş zərərin məbləği dəqiqləşdirilməmiş, zərərçəkmiş şəxsin ona dəymiş zərərin məbləğinin dəyişdirilməsi ilə bağlı müraciəti olmasına baxmayaraq, təhqiqat orqanı tərəfindən lazımi inzibati araşdırma aparılmadan, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Odur ki, inzibati xəta haqqında işin baxılması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2015-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2015-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə geri qaytarılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar