Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4577/2024 18.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) İdrisli Jalə Qalib qızının katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 06 iyun 2024-cü il tarixli, EQ 21587659 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 06 iyun 2024-cü il tarixli, EQ 21587659 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, DİN BDYPİ-nin EQ 21587659 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə qanunsuz və əsassız olaraq, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan əməli törətməklə 150 manat məbləğində cərimə edilmişdir. Əsas kimi xx.xx.2024-cü il tarixli, EQ 21587659 nömrəli protokol və inzibati xəta haqqında işin digər materialları götürülmüşdür. xx.xx.2024-cü il, saat 11:31-də Xəcəsən yolu ərazisində “CHEVROLET AVEO” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axının hərəkət zolağına keçərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi qeyd edilmişdir. O, barəsində çıxarılmış qərarda qeyd edilən İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan xətanı törətməmişdir. Belə ki, avtomobillərin gediş-gəliş yolunu 2 hissəyə bölən beton pilitələr arasında olan ara məsafədən qarşı tərəfdən gələn yola keçərək hərəkətini davam etdirmişdir. Avtomobillərin bu yoldan digər yola keçməsi üçün beton pilitələr arasında olan ara məsafə yetərincədir. Həmin beton pilitələr arasında olan keçiddən digər yola keçmək üçün hər hansı qadağan edici yol nişanı qovulmamışdır. O, EQ ******* inzibati tənbeh vermə haqqında qərarla bağlı BYDPİ-nə online şəkildə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli BYDPİ-nin cavab məktubunda barəsində elektron qərar çıxarılması, araşdırma prosessində xətanın aşkarlanması və sənədləşdirilməsində hər hansı qanun pozuntusuna yol verilmədiyi bildirilmişdir. Bundan əlavə, həmin tarixdə avtomobil onun tərəfindən idarə olunmuş, inzibati xəta haqqında protokol isə tərəfindən etibarnamə verilmiş X4 adına tərtib edilmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X7 şikayətin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş EQ 21587659 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı çıxarmış Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin nümayəndəsinin əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildiriş ona çatdırılmışdır. Buna baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X7 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 06 iyun 2024-cü il tarixli, EQ 21587659 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 İXMin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış müraciətə daxil olmuş xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, yol hərəkəti qayda pozuntusu törədilməsi halı üzrə foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin BDYPİ-nin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında şəxs barəsində elektron qərar çıxarılmışdır, araşdırma prosesində xətanın aşkarlanması və sənədləşdirilməsində hər hansı qanun pozuntusuna yol verilmədiyi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, “CHEVROLET AVEO” markalı, **- CG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarəetmə hüququ 21 may 2028-ci il tarixinədək X5 etibar edilmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədləri qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, verilmiş şikayət qismən təmin edilməli, 06 iyun 2024-cü il tarixli EQ 21587659 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən baxılması üçün inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqana göndərilməlidir. Belə ki, inzibati tənbehvermə haqqında qərara əlavə edilmiş sənədlər tədiq edilərkən müəyyən olundu ki, “Chevrolet Aveo” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətindədir. Həmin nəqliyyat vasitəsinə dair mülkiyyətçi tərəfindən X5 21 may 2018-ci il tarixdən 21 may 2028-ci il tarixə qədər qüvvədə olan nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamə verilmişdir. 06 iyun 2024-cü il tarixli EQ 21587659 saylı inzibati tənbeh vermə haqqında q ərar həmin nəqliyyat vasitəsi ilə inzibati xəta törədən X7 barəsində deyil, X9 barəsində qəbul edilmişdir. X2 inzibati tənbeh vermə haqqında qərardan elektron formada şikayət etsə də, onuin vermiş olduğu şikayətdə göstərdiyi xüsusatlar tam olaraq araşdırılmamış, araşdırma prosesində xətanın aşkarlanması və sənədləşdirilməsində hər hansı qanun pozuntusuna yol verilmədiyi göstərilmişdir. Halbu ki, X6 vermiş olduğu şikayətində inzibati tənbeh vermə haqqında qərarın X9 barəsində qəbul edilməsinə baxmayaraq nəqliyyat vasitəsinin onun tərəfindən idarə edilməsini göstərmişdir. Bundan əlavə, xx.xx.2024-cü il tarixli EQ 21587659 nömrəli inzibati təbeh vermə haqqında qərar ilə X7 “KİA RİO” minik markalı, ** SH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Binəqədi şossesi ərazisində AR İXM-in 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. Şikayətçinin elektron kabinetinə yerləşdirilmiş fotoşəkillərdən və təqdim etdiyi video görüntüdən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin olmasını müəyyən etmək mümkün olmamışdır. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli -əxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- yüz əlli manat məbləğində cərimə edilir. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. İXM-nin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: -inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); İnzibati Xətalar Məcəlləsinin yuxarıda göstərilən maddələrinin tələblərindən də, göründüyü kimi inzibati xəta törətmiş şəxs inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. Bundan əlavə, inzibati tənbeh vermə haqqında elektron qərarda inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar göstərilməli, eyni zamanda inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməlidir. Lakin, şikayətçinin elektron kabinetinə yerləşdirilmiş foto-şəkillərdən və təqdim etdiyi video görüntüdən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin olmasını müəyyən etmək mümkün olmamışdır. İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; İXM-nin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 06 iyun 2024-cü il tarixli, EQ 21587659 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 06 iyun 2024-cü il tarixli, EQ 21587659 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-4577/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4577/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver