Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4577/2025 30.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" QSC-də sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində tərtib edilmiş 27 mart 2025-ci il tarixli, İXP ******* nömrəli “inzibati xəta haqqında protokol”a açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində İXM-nin 342.9-cu maddəsi ilə 27 mart 2025-ci il tarixli, İXP ******* nömrəli protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, 27 mart 2025-ci il tarixdə Binəqədi şossesində Şəxs idarə etdiyi “Hyundai Terracan” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobildə müvafiq icazə olmadan sayrışan işıq siqnallarının quraşdırıldığı aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, onun avtomobilində göy-qırmızı rəngdə sayrışan işıq mövcud olsa da, həmin işıq yol-patrul xidməti avtomobilinə quraşdırılmış işıqdan deyil. Buna görə də, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib edən orqanın nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Binəqədi RPİ-nin DYPŞ-nin inspektoru, polis baş serjantı X1 tərəfindən tərtib edilmiş raportda göstərilmişdir ki, “xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən Binəqədi şossesində “Hyundai” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfimdən saxlanılmışdır. Nəqliyyat vasitəsinə baxış keçirərkən müvafiq icazə olmadan sayrışan işıq siqnallarının quraşdırıldığı aşkar edilmişdir...” Məhkəmə iclasında iş materiallarında olan 1 ədəd diskdəki videogörüntüyə baxış keçirilmiş, Şəxs avtomobilində sayrışan işıq quraşdırıldığı müəyyən edilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-yə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri – sayrışan işıq cihazı müsadirə edilməklə cərimə tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və İXM-nin 34, 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın aləti olan sayrışan işıq cihazı müsadirə edilməklə ona 500 (beş yüz) manat miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-4577/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4577/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver