Məhkəmə qərarları › İş №3(001)-4578/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4578/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4578/2024 15.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı, Bəbirov Qədir Nadir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında işə baxılması zamanı müəyyən olunmuşdur ki, həmin protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)- 4088/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər geri qaytarılmasına əsas olmuş səbəblər aradan qaldırılmadan, eyni inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə təkrarən göndərilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-4088/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, X4 Şəxs MMC barəsində Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraatda səalhiyyəti olmadığı halda cəmiyyətin nümayəndəsi qismində iştirak edərək faktla bağlı izahat verdiyinə, hətta inzibati xəta haqqında protokolu tərtib etdiyinə görə Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar AR Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinə qaytarılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsi tərəfindən protokol və ona əlavə edilmiş sənədlər geri qaytarıldıqdan sonra yalnız X3 məxsus yeni etibarnamə inzibati xəta haqqında protokola əlavə olunmaqla yenidən məhkəməyə göndərilmişdir. İXM-in 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolla bağlı təqdim edilmiş materiallar natamam olduğundan və bu səbəbdən işə baxmaq mümkün olmadığından həmin protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar