Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4585/2024 30.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsininpolis sahə inspektoru, polis mayoru X3, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 66-da yerləşən “086 Pub” kafesində X4 qarşı dələduzluq edərək, 400 manat pulu ələ keçirtməsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərardadla Binəqədi Rayon Məhkəməsinə göndərilmşdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə vətəndaş Şəxs Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 66-da yerləşən “086 Pub” kafesində X4 qarşı dələduzluq edərək, 400 manat pulu ələ keçirtmişdir. Şübhəli bilinən Şəxs saxlanılaraq PB-nə gətirilmişdir. Bölmədə əməlini etiraf etmiş və barəsində protokol tərtib edilərək məhkəməyə göndərimişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsi bağışladığını, ona vurulmuş ziyanın ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, Fariz Məmmədovla sinif yoldaşı olmuş,məktəbi bitirdikdən sonra da dostluq münasibətləri davam edir. İşsiz olduğundan əldə qazanc etmək üçün Binance.com birjasına müəyyən məbləğ yatızdıraraq təxminən 6-7 saat ərzində həmin məbləğin üstündə bir qədər artıq qazanc əldə edir. Bundan Farizində xəbəri olduğunu və dəfələrlə ondan onu da bu işə qoşmağı xahiş etmişdir. Həmin əməliyyat istınilən pul kartı ilə həyəta keçirmək mümkündü, ancaq onlardan 18 faizə qədər ƏDV tutulur. Azerceli AKART kartından isə ƏDV tutulmur. Anasının adına AKART pul kartı var idi. 05 iyun 2024-cü il tarixdə axşam 20:00 radələrində Fariz ona zəng edərək Binəqədi rayonu, 7-ci mkrda yerləşən “086 Pub” kafesinə dəvət etmişdir. Həmin vaxtı Fariz pivə içirdi,o isə içmirdi. Söhbət zamanı Fariz ona Manato.az kredit təşkilatından 400 manat kredit götürdüyünü və ondan Binance .com birjasından pul qazandığı kimi onuda bu işə qoşmağını və əldə qazanc edib bölməyi təklif etmişdir. O da razılaşmış və ona anasının adına olan AKART-ın **********099774 nömrəli pul kartına 400 manat pul göndərməyini demişdir. Fariz qeyd edilən məbləği göndərdikdən sonra anasına məxsus pu kartın tədbiqi onun mobil telefonundada olduğundan karta 400 manat pulun köçürülməsi barədə telefonuna sms gəlmiş, o da Farizin iştirakı ilə birlikdə əməliyyatı özünün mobil telefonundan Binance.com birjasına 400 manat pulu köçürmüşdür. Həmin əməliyyatın çıxarışını təhqiqata təqdim edir. Lakin bəzən olur ki, Binance.com birjası bu cür əməliyatları keçirən zaman pulları əngəlləyir və 1-2 aydan sonra həmin məbləği üstündə qazanc olmadan geriyə qaytarır və pul yenidən Akartın balansına oturur. Belə də oldu ki,o Farizə məxsus 400 manat pulu qeyd edilən birjaya göndərdikdən sonra həmin günü axşam vaxtlarında Binance.com birjasınanın balansına baxdıqda balansın boş olduğunu görmüş və 400 mant pulun birja tərəfindən əngəllənməsini anlamışdır. Bu barədə o, Farizə məlumat vermiş və ona birja tərəfindən pulu geriyə qaytarılmasını gözləməyi demişdir. Həmçinin də o, Fazilə pulun gec qayıtdığı tədqirdə 400 manat puıu özü ona ödəyəcəyini də demişdir. Lakin bir müddət keçdikdən sonra Farizin ondan qərəzli olaraq şikayət etdiyini bilmişdir. Bildirir ki, Farizin izahatında qeyd edilənlər yalandır və qərəzlidir. O, Farizin nə mobil nə də ki pul kartının kodlarını bilməmişdir və heç bir zaman onun kartına daxil olub 400 manat pulunu oğurlamamışdır. Fazilin ona göndərdiyi səs yazısında da o, birjadan birlikdə pul qazanmaqları ilə bağlı əməlliyat etdiklərini etiraf edir. Həmin səs yazısım təhqiqata təqdim etmişdir. Şəxs məhəkəməyə ərizəylə müraciət edərək,vəkildən imtina etdiyini hüquqlarının müdafiəsinin özü tərəfindən həyata keçirilcəyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis mayoru Arif Qarayevin xx.xx.2024-cü il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İnzibati qaydada tutulma haqqında AZA 019099 nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11.00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə alınmış izahatında xx.xx.2024-cü il tarixdə X4 məxsus 400 manat pulu ələ keçirtməsini etiraf etmişdir. X2 ərizəsindən görünür ki, dəymiş ziyan ödənilmiş və sonuncudan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şəxs xırda talaması nəticəsində X4 maddi ziyan dəyməsi, həmin halın izahatlar və iş materiallarında olan sübutlarla öz təsdiqini tapması və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi müəyyən edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olsa da, həmin Məcəllənin 53.0.10-cu maddəsinə əsasən Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. İXM-in 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərinə əsasən inzibati iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara və qanunun tələblərinə əsasən məhkəmə hesab edir ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-53, 61, 105, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-4585/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4585/2024
30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver