Məhkəmə qərarları › İş №3(001)-4586/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4586/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4586/2024 31.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X4, zərərçəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi ev 31, mənzil 22-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 31 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X9 izahat verərək bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(001)-3359/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 11 oktyabr 2023-cü il tarixdən başlanaraq yetkinlik yaşına çatanadək xx.xx.2019-cu il təvəllüdlü X2 üçün 220 manat və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün 220 manat sabit pul məbləğində hər ay aliment alınıb X6 ödənilməlidir. Həmin icra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixdə başlanmışdır. Şəxs bu günədək aliment borcundan heç bir ödəniş etməmiş, icra sənədi üzrə Şəxs 3960 manat aliment borcu vardır. Hazırkı vəziyyətdə ödəməyə heç bir imkan olmadığını bildirir. Odur ki, Şəxs barəsində 31 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs reabilitasiya mərkəzində müalicədə olduğu üçün tələbin könüllü icrası barədə bildiriş 27 may 2024-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, reabilitasiya mərkəzində müalicədə olduğu vaxt 2023cü ilin oktyabr ayında məhkəmə tərəfindən iddiaçının iddiasına əsasən tərəflər arasında nikaha xitam verilmişdir. Reabilitasiya mərkəzindən 2024-cü ilin mart ayından çıxandan sonra bu hadisə ona pis təsir etdiyi üçün psixoloji durumuna görə narkotik vasitənin istifadəsinə başlamışdır. Reabilitasiya mərkəzindən çıxandan 1 ay sonra, yəni 2024-cü ilin aprel ayında CM-nin 234.1-ci maddəsi ilə narkotik vasitə istifadəçisi kimi tutulmuşdur. İşlə bağlı müstəntiq vəsiqəsini götürmüşdür. Anası 3-cü qrup əlil olduğuna görə o evə buraxılmış və ona məhkəmə olan zaman çağırılacağı bildirilmişdir. Şəxsiyyət vəsiqəsinin özündə olmamasına, və barəsində istintaq getdiyinə görə heç bir müəsissədə işə düzələ bilmir. Bir neçə dəfə müəsissələrə işlə bağlı müraciət etsə də, vəsiqəsi olmaması səbəbilə imtina edilmişdir, buna görə də pul qazanıb alimenti ödəyə bilmir. Müstəntiqə müraciət etsə də, ona bildirilmişdir ki, hal-hazırda istintaq getdiyi üçün vəsiqəni ona təqdim edə bilmirlər. Atası yoxdur, anası da xəstədir. Özünü anasının pensiyası ilə keçindirir. Məhkəmə prosesi olub bitəndən sonra işləyib ödəyəcəyini bildirmişdir. Reabilitasiyadan çıxandan sonra onlara bildirilmişdir ki, 3 ay cəmiyyətə adaptasiya dövrüdür, işləməyin. Bu və vəsiqənin olmaması səbəbilə işləyə bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahat verərək bildirmişdir ki, şəxsin babasının evi var, alimenti ödəmək üçün evi satıb uşaqlarının haqqını versinl. Anası bildirmişdir ki, əlildir, heç bir ödəniş edə bilmir. 3960 manat aliment borcu yığılmışdır. Uşaqlar üçün müvəqqəti aliment müəyyən edilmişdir. Lakin o, şəxsin 6 ay reabilitasiyada olmasına görə bu məbləği tələb etməmişdir. Amma hal-hazırda yığılan 3960 manat aliment 2023-cü ilin oktyabrından yığılmışdır və ödəməsini tələb edir. 3 ay müddətində reabilitasiya mərkəzindən çağırılsa da, orda qotur xəstəliyinin yayıldığını, həmçinin ordakı narkomanları görüb yenidən özü də istifadəsinə başlayacağını bildirərək getməkdən imtina etmişdir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 çıxışında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs borcunun olduğunu etiraf edir. Sadəcə olaraq, şəxsiyyət vəsiqəsinin olmaması səbəbilə işləyə bilmir. Anası 3-cü qrup əlildir, asma xəstəsidir. Yanında qalan tək bir oğludur, onun dərmanlarını verir, baxımlarını görür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(001)-3359/2023 saylı icra vərəqəsindən görünür ki, Şəxs 11 oktyabr 2023-cü il tarixdən başlanaraq yetkinlik yaşına çatanadək xx.xx.2019-cu il təvəllüdlü X2 üçün 220 manat və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün 220 manat sabit pul məbləğində aliment alınıb X6 ödənilməlidir. xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(001)-3359/2023 saylı icra vərəqəsinə əsasən icraata başlanmışdır. 31 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 31 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunverici tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün 2 müxtəlif hal müəyyən edilmişdir. 1. icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi; 2. icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(001)-3359/2023 saylı icra sənədi üzrə Şəxs X6 ödənilməmiş 3960 manat aliment borcu vardır. Göstərilənlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs işsiz olduğundan aliment öhdəliyini icra edə bilməməsini bildirsə də, məhkəmə onun həmin ifadəsinə tənqidi yanaşır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ifadəsində qeyd etdiyi kimi bir neçə müəsissəyə müraciət etsə də, həmin müəsissələrin imtinasından sonra geri çəkilmiş, laqeyd yanaşaraq yeni iş yerlərinə və ya işsizliyə görə dövlət qurumlarına müraciət etməmiş, səy göstərməmişdir. Şəxs hərəkətsizlik göstərmişdir, belə ki, o indiyə qədər heç bir ödəniş etməmiş, reabilitasiya mərkəzindən sonra cəmiyyətə adaptasiya dövrünün olmasından bəhanə kimi istifadə edərək alimenti ödəmək üçün uzun müddət işləməmiş, hətta bununla yanaşı yenidən narkotik vasitə qəbul etməyə başlamışdır. Qeyd olunan hallar Şəxs tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(001)-3359/2023 saylı icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsini təsdiq edir. Odur ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcuddur. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədi icra işi ilə əlaqəli şəkildə araşdıraraq bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqələri, bildiriş, tərəflərin izahatı və özünün etiraf edici izahatı ilə tam olaraq sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə işdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 31 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə tətbiq ediləcək inzibati həbs növündə tənbeh tədbirinin müddətinə münasibətdə qeyd edir ki, İXM-nin 528.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur, həmçinin İXM-in 31.4-cü maddəsinin tələbləri nəzərə alındıqda qeyd olunan tənbeh tədbirinin aşağı həddi isə 8 gündən az olmamalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi əmək fəaliyyəti ilə məşğul olaraq qazanc əldə etməsini nəzərə alır, buna görə də sonuncunun əmək fəaliyyətindən uzun müddət kənarlaşdırılmasının aliment öhdəliyinin icrasına mənfi təsir göstərəcəyini hesab edərək və uşağın mənafeyini nəzərə alaraq Şəxs barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi yolu ilə inzibati tənbehin məqsədlərinə nail olunacağı qənaətinə gəlir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 31 iyul 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar